Hermanubis Posted May 18, 2024 Posted May 18, 2024 Anunna və ya annunaki - şumer mifologiyasında "İqiqlər"-lə yanaşı digər tanrılar qrupudur. Mifologiyaya görə bəzən göylərdə, əsasən isə yer üzündə, yeraltı dünyada məskunlaşan və bəzi yazılara görə xtonik hesab olunan və ölülər dünyasının hakimləri hesab olunan tanrılardır. Adətən, cəm halında, heç bir ayrıca ad olmadan adlandırılırlar, Məlumdur ki, şumer panteonunda tanrılar iki ailəyə və ya fratriyə bölünürlər: İqiqlər və Anunnaki. İqiqlərə adətən əsas tanrılar: Anu, Enlil, Marduk, Nerqal daxildir. Onların məskəni əsasən səma idi. Annunaki kiçik tanrılar hesab olunurdular, Qeyd etmək lazımdır ki, tanrıların İqiqlərə və Anunnakilərə bölünməsi akkad dövrünə təsadüf edir və kiçik tanrılar sayılan Anunnakilərə çox güman ki, yerli panteonların tanrıları aid ediliblər. Bu bölgü sərt olmayıb və geniş mənada bəzən İqiqlər və Anunnakilər sinonim kimi də istifadə olunublar. Ən erkən Şumer mətnlərinə görə, Anunnakilər çoxsaylı panteondakı tanrıların ən güclüsü idilər və tanrıların ən böyüyü olan Andan və Kidən törəmişdilər. Daha sonra onlar yeraltı dünyada taxtda oturan yeddi hakim oldular. Onlar hətta Gilqameş dastanında bu cür təsvir olunurlar. Köhnə Babil mətnlərinə görə, onlar göylərin deyil, yeraltı dünyanın tanrıları idi. Üçüncü Ur sülaləsinin dövründə Anunnakilər onlardan səmada doğulmalarını əmr edən səma tanrısı Anunun övladları hesab olunurdular. Şumerlərin "Lahar və Aşnan" mifində Anunun bu tanrıları "göy və yer dağlarında" yaratmasından və onların ilkin mövcudluğundan bəhs olunur. Mifə görə, o vaxt dünya hələ qurulmamışdı və Anunnakilər otla qidalanmağa, su içməyə və ağır işlə məşğul olmağa məcbur idilər. Tanrıların həyatını asanlaşdırmaq üçün Lahar (böyük buynuzlu mal-qaranın hamisi olan tanrı) və Aşnan (əkinçilik tanrısı), həmçinin insanlar yaradıldı. "Enki və Ninhursag" mətnində Anunnakilərin doğuluşu və onların dünyanın qurulmasında rolu haqqında danışılır. Babil kosmoqonik mifində "Enuma Eliş" (təxminən İkinci İsin sülaləsi dövründə, e.ə. XII əsrdə yaradıldığı güman edilir) Mardukun altı yüz Anunnakini bölməsindən bəhs edilir, bunlardan yarısı yerdə, digər yarısı isə göydə yaşamalı idi. Xaos qüvvələri üzərində qələbə münasibətilə Anunnaki tanrıları Marduka, möhtəşəm Esagila məbədi və Etemenanki zikkuratı ilə birlikdə, bünövrəsini qoyduqları Babil şəhərini hədiyyə edirlər. Bəzən Anunnakilər kiçik tanrılar deyil, əksinə böyük tanrılar adlandırılırdı; bu mənada Anunnakilər İqiqlər ilə sinonim idi. Xüsusilə, akkad "Atrahasis Rəvayəti"ndə (ən erkən versiyası qədim Babil dövrünə aid edilir) "Yeddi Anunnaki"yə böyük tanrılar aid edilirdi, onlara kiçik tanrılar – İqiqlər xidmət edirdi; burada həmçinin tanrıların dünyanın qurulmasından və insanların yaradılmasından əvvəlki ilkin yaşayışı təsvir edilir. Ədəbiyyat mətnlərində, Anunnakilərə əsas tanrılardan biri aid ediləndə, onun adı tez-tez "Anunnakilərin birincisi", "Anunnakilər arasında ən nəcib" və ya "Anunnakilərin qəhrəmanı" epiteti ilə müşayiət olunurdu. Qeyd edildiyi kimi, başqa miflərə görə, Anunnakilər böyük tanrılar hesab olunurdular. Bir daşqın mifində, İqiqlər altıncı nəsil tanrılar kimi Anunnakilər üçün işləyirlər. Lakin, 40 gündən sonra onlar ağalarına qarşı üsyan edirlər və Anunnakilərdən biri onları insanlar ilə əvəz edir. Bu hadisənin İncil daşqını ilə olan oxşarlıqları və rəqəmləri diqqətəlayiqdir. Aydındır ki, Mesopotamiya mifləri İncilin Əhdi-Ətiqinin çox hissəsinə böyük təsir göstərmiş və ya onun mənşəyi olmuşdur. "Enuma Eliş" kimi tanınan Babil yaradılış mətnində, tanrı Marduk Anunnakiləri bölür və onlara rollar verir. 300-ü göydə və 300-ü yerdə. Təşəkkür əlaməti olaraq, Anunnakilər Marduk, Enlil və Ir üçün Esagilanı və Babili hədiyyə etdikdən sonra, özləri üçün də məbədlər tikirlər. Sonrakı Assur mətnlərində, onlar Anu və Kin-in övladları kimi qeyd olunurlar; onlar qardaş və bacı olmaqla bərabər, səma qütblərinin tanrılarının övladlarıdır və onların nəsli ilk tanrılar olan Tiamat və Abzuya qədər uzanır. Burada biz burada artıq tanrıların göy cisimləri, ulduzlar ilə bağlılığının ilk işarələrini görməyə başlayırıq. Ən azı e.ə. beşinci minillikdə Mesopotamiyada yaranan, erkən şumer sivilizasiyası, əsasən qeyri-semit mədəniyyət idi. E.ə. 3000-ci ilə qədər, inkişaf etmiş suvarma əkinçiliyi hesabına, şumerlər bir sivilizasiya kimi çiçəklənir və Ur, İrek kimi çoxsaylı əhalisi olan şəhər-dövlətlərin inkişafı ilə əhəmiyyətli bir iz buraxıblar. Şumerlərin mixi yazını icad etmləri ilə zamanlarını çox qabaqladıqları hesab olunur. Həmçinin onlar musiqi, poeziya, incəsənət, riyaziyyat və astronomiyada irəliləmiş biliklərə malik idilər. Qədim şumerlər üçün musiqi kosmosu təsvir etməkdə bir vasitə idi. Şumerlər daha sonra uzun müddətli rəqibləri olan, Sargon I dövründə akkadlılar tərəfindən fəth edildilər. Akkadlılar paytaxtları Akkad olan bir semit xalqı idi. E.ə. 2000-ci ildən sonra Şumer-Akkad bir dövləti zəifləyir və daha sonra Babil və Assuriyanın genişlənən imperiyaları tərəfindən udulur. Şumer yaradılış mifində, Ananaj, Anunnaki və ya Böyük Anu Oğulları kimi tanınan mələklər onların mədəniyyətinin qurucuları idilər. Mələk (angel), Ananaj və Anakim adlarının çox oxşarlığı var. Maraqlıdır ki, Anunnaki fonetik olaraq iudaizmdə adı keçən nəhənglər irqi olar Anakim ilə oxşardır. Onlar "Parlayanlar" kimi tanınırdılar. Parlayanlar haqqında ən erkən məlumatları dörd əsas mənbədən əldə etmək olar. Birinci mənbə, Nippur kitabxanasından olan Şumer lövhələrində onlara Ananaj deyilir. İkinci, Enox kitabında onlara mələklər, gözətçilər və Nefilimlər kimi istinad edilir. Üçüncü, Yubelum (Jubilee) kitabında. Dördüncüsü isə, İncilin Yaradılış kitabında onlara Elohim adı verilir. Şumer dilində "El" adətən Tanrı kimi tərcümə edilir, lakin qadın cinsində "Elohim" "El"-in cəmidir. Yaradılış kitabında "Elohim" ifadəsi də istifadə edilir. "El" parlaqlıq və işıqlanma deməkdir. Həqiqətən də, semit sözü olan "el" qədim dillərdə tapılır. Məsələn, anqlo-sakson əfsanələrində "elf" parlayan varlıq deməkdir və beləliklə, "el" təkcə "Tanrı" kimi deyil, həm də "parlayan varlıq" kimi tərcümə edilir, və cəm halda olan "Elohim", "parlayanlar" da ola bilər. Anunun iki oğlu var idi. Enlil, fırtına tanrısı, havanı və atmosferi idarə edirdi, Enki isə suyun hakimi idi. Enki həmçinin Ea və ya Oannes kimi tanınan müdrik idi, dənizdən gələn balıq varlıqlarına rəhbərlik edirdi. Enki balıq quyruğu olan keçi kimi təsvir edilirdi və bu təsvir, Oğlaq bürcünün işarəsinə bənzəyir. Enki və ya İr'in yoldaşı Ninki və ya Damkina idi, onların uşaqları isə Marduk və Nanç idi. Enlil, Bel və ya Bal kimi də tanınırdı və onun himayədar şəhəri Nippur idi, sonrakar o orabı Anunun adından idarə edirdi. Ninlil və ya Ninkarsag yerin hakimi idi. Erkən şumerlər özlərini böyük ana ay tanrıçası Ninkarshaqın südü ilə daim bəslənən kimi təsvir edirdilər. Suriyalılar onu Atarqatis, su pərisi kimi tanıyırdılar. Enlil və Ninlilin oğlu olan müharibə tanrısı Ninurtu, həmçinin Nimrod kimi də tanınırdı və Horus və Osiris kimi Orion ulduz bürcü ilə əlaqələndirilirdi. Burada həmçinin Nana, ay tanrıçası, və Utu, günəş tanrısı, Oqmaş və Şamaş kimi də tanınırdı. Şamash sonradan Kral Hammurapiyə 29 qanunu verən hesab olunur. İnanna və ya İştar Venera ilə əlaqələndirilir və beşguşəli ulduzla simvolizə edilir. Şəkildə: E.Ə. 2300 aid Şumer lövhəsində, Anunnaklara aid olan İnanna, Utu və Enki tanrıları. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.