Jump to content

Recommended Posts

Posted

“Və həmin gecə Rəbbin sözü Natana vaqe oldu” 
(İncil, 2-ci Padşahlar Kitabı, 7-ci fəsil)

9 Paula bir gecə vəhy gəldi: makedoniyalı bir adam göründü və ona dedi: Makedoniyaya gəl və bizə kömək et.
(İncil, Müqəddəs Həvarilərin İşləri, 16-cı fəsil)

 “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!” (Quran-i Kərim, əz-Zumər, 42).
 

 

Ferdinand Bol «Mələyin peyğəmbər İliyaya görünməsi».

spacer.png


Ferdinand bu əsəri Rembrandtın emalatxanasında dərs aldıqdan sonra yaratmışdır. Əsərdə Bibliya süjeti olan və 3-cü Padşahlar kitabının 19-cu fəslində bəhs olunan Mələyin İliyaya görünməsi səhnəsi əks olunmuşdur. Bu fəslə əsasən İliya səhraya çəkilir və ardıc kolunun altında uzanıb Rəbbdən özünə ölüm diləyir. Bu yerdə o yuxuya gedir, bu zaman Mələk peyda olur, ona toxunur və deyir: qalx, yemək ye (və iç). İliya bu zaman başının yanında su kuzəsi və lavaş görür. Yeyir və yenidən yuxuya gedir. Rəbbin mələyi yenə görünür, ona toxunur və deyir, ye (iç) çünki qabaqda uzun yol var. İliya yenə yeyir- içir, və 40 gün səhrada yol getdikdən sonra Horiv (Sinay) dağına çatır. Burada gecə yatarkən Rəbbdən ona yenə vəyh gəlir. 

İncil, Tövrat, Zəbur və digər dini kitablarda təsvir olunan süjetlərdə insanların ali varlıqlarla ünsiyyəti daha çox yuxu ilə oyanıqlığın zərif sərhəddində, trans vəziyyətində, gecə vaxtlarında baş verir. Elmə insan beyninin elektrik aktivliyinin elektroensefaloqrafiya ilə ölçülən bir neçə ritmi məlumdur. Bu ritm tezliklərlə ölçülür:
Qamma ritm (y-ritm) – 40 HZ - 100 HZ arasında. Beynin yüksək konsentrasiya tələb edən işlər gördüyü zaman müşahidə olunur.
Beta ritm (β-ritm) – 14 HZ- 40 HZ arasında. Beynin adi iş prosesində, açıq gözlərlə, hər hansısa adi prosesi müşahidə edərkən qeydə alınır.
Alfa ritm (α-ritm) – 8-13 HZ arasında. İnsan gözlərini qapadanda və özünü azca boşaldanda başlayır. Relaksasiya və meditasiya zamanı beynin iş rejimi bu ritmə köklənir.
Teta ritm (θ-ritm) – 4-8 HZ arasında. Bu ritm insanın sakit və rahatlaşmış halı yuxululuğa keçərkən müşahidə olunur. Bu vəziyyət inqiraz da adlanır. Psixologiyada buna şüurun dəyişilmiş vəziyyəti də deyilir ki, bu zaman insan ani, yuxuyabənzər obrazlar, səslər, hətta heç yerdə görmədiyi obrazlar və məlumatlar eşidə bilər. Bu zaman şüur və altşüur bir araya gələ bilir.
Delta ritm (δ-ritm) – 1-4 HZ arasında. Bu ritm insanın dərin yuxuda olduğu zaman qeydə alınır. Bu zaman insan yuxu görmür.

Astral proyeksiya və idarəediləbilən (aydın) yuxular ezoterikada və okkultizmdə hər ikisi vücuddankənar təcrübələrə aid edilir. Vücuddankənar təcrübələr insanın fiziki bədənindən kənarda yaşadığı olaylara deyilir. Bir çox insanlarda bu kliniki ölüm zamanı, koma və s. vəziyyətlərdə müşahidə olunur. Lakin, bu vəziyyəti daimi, spontan olaraq yaşayan, və ya planlı şəkildə həyata keçirən insanlar var.
Bu fenomenlər bir çox qrup araşdırmaçılar tərəfindən uzun illərdir araşdırılır və mən də həmin qrup insanlardanam. Bu cür qruplara rusdilli internetdə “Dream hackers” kimi tanınan və daha çox anonim niklərlə təmsil olunan qrupu misal gətirmək olar. Qeyd etmək istərdim ki, bu mövzuda bir çox praktiklər bu iki fenomeni – astral proyeksiya və yuxuları bir-birinə qataraq, eyni fenomen hesab edirlər. Lakin, bu yanlışlıqdır, idarədilən yuxular adi yuxulardan onlarda şüurun mövcud olması ilə fərqlənir və daha çox alt-şüurun iştiraki ilə müşayət olunur. Astral proyeksiya isə real zərif plan (dünya) hesab olunur və obyektiv aləmdir. Hətta beynin aktivlik ritmləri bu iki fenomendə fərqlilik təşkil edir; teta ritm (4-8 HZ) qeyd etdiyimiz kimi, yuxulara təsadüf edir və idarəedilən yuxularda da eyni ritm müşahidə olunur. Astral proyeksiya isə beynin bir az daha aktiv ritmində, alfa ritmdə (8-13 HZ) müşahidə olunur.

“Astral” termini bəzi adamlar tərəfindən “new-age” ilə əlaqələndirilsə də, bu sözdən hələ kimyagərlər istifadə ediblər. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bu termin teosoflar tərəfindən populyarlaşdırılıb. Bunların arasında Anni Bezant, Çarlz Ledbiteri misal gətirmək olar. Kosmologiyada astral fiziki plandan (müstəvidən) sonra birinci metafiziki plan hesab olunur, lakin mental plandan (yuxu) daha “sıx” hesab olunur və bu da yuxarıda qeyd etdiyimi kimi, praktik nöqteyi nəzərdən həqiqətə yaxındır. Astral plana həm də bəzən “istəklər” və “emosiyalar” planı deyilir və Yelena Blavatskaya kimi məşhur teosofların əsərlərində “kama” (sanskrit) planı adlanır. İlkin teosofiya ədəbiyyatında (məs. Blavatskaya) “astral” termini sonrakı ədəbiyyatlarda (Ledbiter) daşıdığı eyni mənanı daşımırdı. Blavatskayanın əsərlərində astral bədən emosional vücuda deyil, efir oxşarına və ya “linqa şarira” deyilir.

Paramahansa Yoqananda "Bir Yoginin Avtobioqrafiyası" kitabında hind fəlsəfəsinin ənənəsində astral, mental və səbəb müstəviləri arasındakı fərqi izah edir. Onun sözlərinə görə, kimsə öləndə onun ruhu astral müstəviyə keçir. Burada o, keçmiş əməllərinin və ya karmasının bəhrələrini biçir və müvafiq olaraq ya fiziki bədəndə yenidən məskunlaşır, ya da daha yüksək səbəb müstəvisinə keçir.
"Astral müstəvi" termini də sonradan başqalarının ruhlarının yaşadığına inandığı mövcudluq müstəvisi mənasına gəldi.
Gizli təlimlərə görə, astral müstəvi meditasiya, mantralar və ya digər təlim və inkişaf formaları vasitəsilə astral bədəndə şüurlu şəkildə ziyarət edilə bilər.

Maks Handelin qızılgül xaçlıları (rozenkreyser) haqqında yazılarına görə, Arzu Dünyasında (astral) fiziki aləmin əksinə, güc və maddə demək olar ki, bir-birindən fərqlənmir. “İstək əşyası” öz aramsız hərəkəti sayəsində bu dünyada məskunlaşan çoxlu varlıqların ən kiçik hisslərinə cavabdeh olan bir güc maddə növü kimi təsvir edilə bilər. O, bir neçə insanın və əşyanın eyni yerdə eyni vaxtda mövcud ola biləcəyini və başqalarının nə etməsindən asılı olmayaraq kifayət qədər müxtəlif fəaliyyətlərlə məşğul ola biləcəyini vurğulayır. Həm də deyilir ki, Arzu Dünyası ölülərin ölümündən sonra bir müddət onların astral bədənlərinin məskənidir və bu müstəvi fiziki dünya ilə kəsişdiyi üçün bu “ölü” varlıqlar çox vaxt kifayət qədər uzun müddət qalırlar. Yaşayan dostlarının yanında vaxt keçirirlər. O, həm də digər müxtəlif varlıq sinifləri arasında, bu səltənətin "yerli" sakinləri olan baş mələklərin evidir.

Başqa bir nöqteyi-nəzərdən astral müstəvi ideyası fiziki dünyanın düşüncə və şüur dünyasından tamamilə ayrıldığı Dekartın dualizminin davamı kimi qəbul edilə bilər. Dualistik mövqe şüuru öyrənən nevroloqlar və əksər filosoflar tərəfindən çoxdan rədd edilib.
Emanasiya və ezoterik nöqteyi-nəzərdən (fizikiizmin paradiqmalarını qəbul etməyən) astral müstəvi, kainatın bilavasitə əvvəlki və fiziki olanı doğuran, həqiqi metafizik və ontoloji reallıq kimi də qəbul edilir.

Ardı var...

 

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

×
×
  • Create New...