Hermanubis Posted July 16, 2024 Posted July 16, 2024 İnsanın enerji vücudu mövzusunda enerji kanallarından danışmışdıq. Orqanizmdə "prana"nı (kosmik və ya həyat enerjisi) ötürən, orqanları və beyni onunla qidalandıran kanallara şərq təlimlərində "nadi" deyilir. Düzgün olmayan həyat tərzi, ekoloji vəziyyət, əsəb gərginliyi, neqativ düşüncə və s. bu kanalları tıxaya bilər. Bunun da nəticəsində, enerji çatışmazlığı, müxtəlif orqanlarda xəstəliklər və eyni zamanda astral reallığın dərk olunması mümkünsüz olur. Pranayama - prananın nəfəs vasitəsilə idarə olunması texnikalarına deyilir. "Nadi Şodhana" pranayaması bu kanallardakı blokları aradan qaldırmaq, onların təmizlənməsi üçün effektiv məşğələdir. Nəticədə, zərif enerjinin hissiyatı, qavranması və paranormal qabiliyyətlər mümkün olur. "Nadi Şodhana"nın faydalarını saymaqla bitməz. Bu nəfəs texnikası altşüurla, əlaqəni nəinki trans vəziyyətində, həm də gündəlik həyat üçün gücləndirir. 3 ay ərzində, hər gün, fasiləsiz 20 dövrdən ibarət 4 dəfə Nadi Şodhana etmək kifayətdir ki, praktikin enerji vücudunda olan bütün problemlər aradan qalxsın. "Nadi Şodhana" məşğələsi: Poza: Qaməti düz tutub bardaş qurararaq oturun. Bu cür otura bilmirsinizsə arxası düz olan adı stulda otura bilərsiniz. Otaq: Otağın havasını öncədən təmizləyin. Mümkünsə, otaq yarımqaranlıq olsun. Nəfəsə hazırlıq: Sağ əlin barmaqlarını aşağıdakı şəkildəki kimi bükün - şəhadət barmağı ilə orta barmaq birləşdirilir və Acna çakrası üstündəki nöqtəyə (iki qaşın arasından bir az yuxarıda) qoyulur. Pranayama zamanı sərbəst qalmış adsız və çeçələ barmaqlar vasitəsilə sol nəfəs dəliyi, baş barmaq vasitəsilə isə sağ nəfəs dəliyi növbə ilə bağlanacaq. Nəfəsə başlama: Sağ nəfəs dəliyi ilə ağciyərlərinizi tam boşaldın. Bu zaman sol nəfəs dəliyinizi adsız barmağınızla qapalı saxlayırsınız. Sol əliniz sol dizinizin üzərində aşağıdakı şəkildə kimi, "Bilik" mudrasında tutularaq saxlanır. Texnikanı hərəkətə keçirərkən, eyni zamanda bütün ətraflarınızı boş buraxmaq, həddən ziyadə gərginlikdən azad olmaq lazımdır. Nəfəsalma prosesi: 1. Nəfəs alınır: Yavaş-yavaş və dərindən sağ nəfəs dəliyindən nəfəs alın, bu zaman "ürəyinizdə" bu qaydada sayırsınız : OM1, OM2, OM3, OM4, OM5, OM6. Ciyərlərinizi tam doldurun, amma bunu özünüzü gərginliyə salmadan edin. 2. Nəfəs saxlanılır: Nəfəs eyni sayda saniyələrə saxlanılır. (Məs. OM1, OM2, OM3 və s.). Nəfəsi 6 saniyəyə və ya ondan az müddətə də (bacarığınızdan və rahatlığınızdan asılı olaraq) saxlaya bilərsiniz. 3. Nəfəs verilir: Nəfəs dəliklərini qapadan barmaqlarınızı dəyişirsiniz - bu zaman sağ dəliyi bağlayıb, sol dəliklə nəfəsi yuxarıda qeyd olunan qaydada saymaqla buraxırsınız. 4. Nəfəs saxlanılır: Nəfəs tam buraxıldıqdan sonra eyni sayda saniyələrlə saxlanılır. 5. Nəfəs alınır: İndi isə barmaqların vəziyyətini dəyişmədən sol nəfəs dəliyindən eyni qaydada nəfəs alırsınız. 6. Nəfəs saxlanılır: Nəfəs tam alındıqdan sonra eyni qaydada saxlanılır 7. Nəfəs verilir: Sol nəfəs dəliyi qapadılır və sağ nəfəs dəliyindən eyni qaydada nəfəs verilir. Yuxarıda qeyd olunan 1-7 addımları bir dövr sayılır. Gün ərzində, hər biri 20 dövrdən ibarət olan 4-6 belə pranayama etmək tövsiyə olunur. Tövsiyələr Ritm: Kiçik bir ritmdən başlayın və tədricən artırın, özünüzü zorlamayın. Nəfəs alma və vermə müddətlərini bərabər saxlayın. Nəfəsi saxlama: Əgər nəfəs ritmi çox çətindirsə, saxlama müddətini azaldın. Dövr sayı: 6 dövr ardıcıl yerinə yetirin, bu təxminən 8 dəqiqə davam edəcək (ritm 6 olduqda). Əgər ritm 4-dürsə, 4 dövr, 8-dirsə, 8 dövr yerinə yetirin. Məşğələdən sonra poza: aşağıdakı şəkildəki kimi, Şavasana pozasında (arxası üstə uzanaraq) uzanın və bir neçə dəqiqəliyinə istirahət edin. Praktikaya mane olan aşağıdakı hallardan qaçılmalıdır: - Həddindən artıq duzlu, turş, acılı qidalar - Həddindən artıq yemək, pəhriz, aclıq - İkiüzlülük, yalançılıq, təkəbbür Məşğələni hər gün eyni zamanda etmək məsləhətdir. Vacib xəbərdarlıq: Ürək-damar sistemi xəstəlikləri və ya yüksək təzyiqi olanlar: Nəfəsi saxlamadan məşğul olun. Bu pranayama ürək-damar sistemi problemlərini həll edir, problemlər aradan qalxandan sonra, normal qaydada davam edə bilərsiniz. Aşağı təzyiqli insanlar: Yalnız nəfəsi aldıqdan sonra saxlayın. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.