Hermanubis Posted July 7, 2024 Posted July 7, 2024 Bu yazıyla, astral proyeksiya üçün vacib olan növbəti praktiki və fundamental mövzulardan birinə; insanın enerji bədəni və onun mərkəzləri barəsində mövzuya toxunacağıq. Beynimizdə yerləşən şüur, funksiyası və təbiətinə görə bədənin müxtəlif orqanlarında lokallaşa bilən və ya orada öz mərkəzləri olan mümkün şüur formalarından yalnız biridir. Enerjini toplayan, çevirən və paylayan bu "orqanlar" çakra və ya enerji mərkəzləri adlanır. Onlardan ikinci dərəcəli psixi enerji axınları çıxır. Çakraları çətirin və ya təkərin tirləri ilə, yaxud da fərdi xarakterinə görə rəngə və funksiyasına uyğun ləçəklərin sayına malik olan şanagüllə (lotos) çiçəkləri ilə müqayisə edirlər. Lotos, mənəvi doğuluşun, müqəddəsliyin və təmizliyin simvoludur. Buddizm ənənəsində deyilir ki, şahzadə Siddhartha doğulanda yerə toxunub ilk yeddi addımını atanda, onun izləri üzərində yeddi lotos çiçəyi açmışdı. Bu simvolun ilkin mənası belədir: necə ki, şanagüllə palçığın dibindəki qaranlıqdan suyun üzünə çıxır və yalnız günəş şüalarına çatdıqdan sonra çiçəyini açır, onu böyüdən və bəsləyən torpaq və sudan ləkəsiz qalır, eyni şəkildə də bədənə təcəssüm etmiş şüur da ehtiraslar və cəhalətin bulanıq axınından tam təmizləndikdən sonra öz həqiqi keyfiyyətlərini (ləçəklərini) açır və dərinliklərin qaranlıq qüvvələrini parlaq ilahi təmizliyə çevirir. İnsanın enerji mərkəzləri ilə bağlı şərq təlimlərinin bütün sxemi və texnikası, prananın və ya həyat-ruh enerjisinin təzahürünə əsaslanır. Bunu başa düşmək, insanın bütün mənəvi qabiliyyətlərini və Yaradanı tərəfindən verilmiş psixi gücünü tam şəkildə nümayiş etdirməyə imkan verir. Bizim təklif etdiyimiz metod və texnikaların əsas məqsədi, ilk növbədə, sizin ruhunuzla şüurlu birliyi əldə etməyinizə və materiyanın və həssas zehni təbiətin aşağı enerji sahələrini ruhani həyat enerjisinə tabe etdirməyinizə kömək etməkdir. Bunun sayəsində, mənəvi həyat prinsipi ruhu canlandıra biləcək və o, artıq heç bir maneə və məhdudiyyət tanımayacaq. Fiziki bədəndən çıxış metodikasında zərif (energetik) vücudlarımızın enerji strukturlarının və ya akupunktur kanallarının vəziyyəti böyük rol oynayır. Qeyd edək ki, insanın quruluşu və xüsusiyyətləri kainatın quruluşu və xüsusiyyətlərinə oxşayır, yəni kainatda nə varsa, insanda da mövcuddur. Bir çox ezoterik təlimlər və həmçinin İncil, “Rəbb insanı öz surətində və bənzərində yaratdı” deyərkən məhz bunu nəzərdə tutur. Bizim kainatımızın quruluşunu anlamaq üçün, əvvəlcə özümüzə diqqətlə nəzər yetirməliyik. İnsan orqanizminin hər bir hüceyrəsindəki bütün orqanoidlər eyni zamanda həm müstəqil funksional sistemlərdir, həm də hüceyrənin bir hissəsidir. Hüceyrə özü də dərinin toxumasının və ya daxili orqanın bir hissəsidir və bu orqanlar özləri də insan orqanizminin hər hansı bir orqan sisteminin bir hissəsidir. İnsan özü də həm müstəqil bir varlıqdır, həm də ailədən tutmuş xalqa, irqə və ümumiyyətlə yer üzündəki bəşəriyyətə qədər müəyyən bir insan qrupunun bir hissəsidir. Hər şey və hər kəs bu mürəkkəb çoxpilləli qarşılıqlı asılılığa az və ya çox olaraq, bu və ya digər şəkildə aiddir ki, bu da ən kiçik elementar hissəciklərdən başlayaraq planetlərə, ulduz sistemlərinə və qalaktikalara qədər uzanır. İyerarxiyanın hər hansı bir səviyyəsində mövcud olan hər bir şeyin eyni zamanda həm müstəqil bir bütöv, həm də daha böyük bir varlıq sisteminin bir hissəsi olduğu aydın şəkildə müşahidə olunur. Hər hansı bir orqanizmdə, istər bitki, istər heyvan, istər insan, istərsə də planet olsun, onların tərkib hissələri öz səviyyələrində daim öz fərdiliklərini müdafiə etməlidirlər, çünki əks halda onların strukturları tədricən itir və tamamilə dağılırlar. Eyni zamanda, qanun hər bir fərdi hissənin, bütövün tələblərinə qeyd-şərtsiz tabe olmasını tələb edir. İyerarxik pilləkənin bütün mərhələlərində həm fərdi, həm də bütövün meyilləri uyğunlaşdırılaraq tarazlaşdırıldıqda, harmoniya əldə edilə bilər. İnsan simmetrik və mərkəzləşmiş bir varlıqdır; onun bədəninin mərkəzi onurğa beyninin ortasında yerləşir. Kainatın quruluşuna uyğun olaraq, insanın mərkəzindən aşağıdakı bədəni və ayaqları kainatın yüksək inkişaf etmiş varlıqlarının gücləri tərəfindən dəstəklənən yeddi aşağı dünyanı təşkil edir. Yuxarı hissədə isə yeddi plan yerləşir ki, hər birinə yeddi əsas enerji mərkəzi - çakra uyğundur. Bunlardan başqa, insanın 21 kiçik enerji burulğanı və 49 kiçik çakrası var, yəni ümumilikdə 77 çakra mövcuddur. Hər bir dünyaya, hər bir plana və ya kainatın ayrı-ayrı hissələrinə insan orqanizminin müəyyən bir hissəsi uyğun gəlir, bu da onun ruhu və bədənindən ibarətdir. Gələcəkdə bu, "Həyat Ağacı" adlanan sxemi daha detallı araşdıracağıq. İnsanın zərif bədənlərində kainatın onlara uyğun incə-maddi planları əks olunur, fiziki bədəndə isə kainatın bütün kobud-maddi enerji strukturları özünü əks etdirir. Beləliklə, insan bioorqanizminin hər bir strukturu kainatın ona uyğun strukturunun (dünyanın, planın, sahənin) bir hissəsidir və bu strukturların təsirini öz üzərində hiss edir. Bu səbəbdən, insan öldükdən sonra bütün bu hissələr və ya elementlər ilkin məkanlarına "qayıdırlar" (əslində isə bəlkə də heç vaxt bu dünyaları və planları tərk etməmişdilər). Çakralar kosmosun ali planlarının enerjilərini qəbul edən və həmin enerjiləri çevirən, emal edən ötürücülərdir. Bu proses insanın düşüncə və inkişaf funksiyalarını təmin edir. Onlar Günəş sisteminin yeddi planetdən gələn enerjilərini qəbul edir və şüurumuza ötürürlər. Bu planetlər, öz növbəsində, Günəş sistemimizin "logosu"nun bədənindəki güc mərkəzləridir. Düşüncəmizin mənbəyi monad enerjiləridir hansıları ki, ali ruh (və ya "dahi sahəsi") hər bir ruha ötürür. İnsanın vəzifəsi yalnız öz psixi və ruhani enerjiləri arasındakı vibrasiya axınlarının ritmlərindəki uyğunsuzluğu aradan qaldırmaq, onları harmoniya və tarazlığa gətirməkdir ki, öz ruhunun, dolayısı ilə isə Yaradanının iradəsini təhrif etmədən qavramaq mümkün olsun. Məhz şüurlu düşüncə, özünü tanıma və özünü təkmilləşdirmə qabiliyyəti sayəsində insan yalnız öz şüur səviyyəsini yüksəltməklə kifayətlənməyib, həm də enerji sistemini keyfiyyət baxımından yüksəldə bilər. Yuxarıda qeyd etdiyimiz insan bədəninin mərkəzi hesab olunan onurğa beyninin ortasından əsas enerji kanalı, şərq təlimlərində Suşumna adlanan kanal keçir. Suşumna ilə yanaşı iki digər kanal - İda və Pinqala yerləşir. Suşumnanın onurğanın başlanğıc ən aşağı nöqtəsində yerləşən mərkəzə Kundalini enerjisi mərkəzi deyilir. Kundalini enerjisi oyadılarkən (aktivləşdirilərkən), ən aşağı, kök çakra olan Muladharadan, bütün enerji mərkəzlərindən keçərək, ən yüksək, tac çakra olan Sahasrara çakrasınadək qalxır. Kundalini enerjisi hər bir enerji mərkəzindən keçərək sərbəst şəkildə dövr etməyə başladıqda və çakralardan yuxarıya doğru hərəkət etdikdə mənəvi energetik intensivləşmə aşağıdakı üç istiqamət üzrə baş verir: 1. Ruhun şüurunun üç aşağı vücuduna - fiziki, astral və mental vücudunda fokuslanması. Bu, onların daha tam ifadəsinə və ruhun hər üç planda və üç dünyada əlaqələrinin genişlənməsinə səbəb olur; 2. Ali ruh daha çox öz "alovunu" təcəssüm olmuş (cismani) ruha göndərmək imkanı əldə edir və bu da kauzal vücud üçün ruhun öz üç vücuduna etdiyi işi yerinə yetirir; 3. Ali şüur aşağı şüurla birləşir və fəal mənəvi həyata qoşulur. Çakralar astral vücudda duyğu və şüur işığı olaraq meydana gəlir və bütün insan vücudunda - fiziki bədəndən, astral (hisslər bədəni) və mental (düşüncə) bədəninə qədər forma və məzmun qazanır. Fizioloji planda bu mərkəzlərdə sinir düyünləri yerləşir. Onlar psixi funksiyaların və enerjilərin birləşdiyi və ya bir-birinə nüfuz etdiyi "nöqtələr"dir. Bu, psixi və kosmik enerjilərin vücud olaraq kristallaşdığı və vücud keyfiyyətlərinin yenidən psixi güclərə çevrildiyi mərkəzdir. Alman filosofu Novalis deyirdi, "ruh iç və xarici dünyaların qovuşduğu yerdədir. Onlar bir-birinə nüfuz etdikdə, ruh, onların hər bir toxunma nöqtəsində mövcuddur." Buna görə də, hər hansı bir psixi mərkəzin bu mənəvi nüfuzun tanındığı yer olması, ruhumuzun məskəni olması deməkdir və müxtəlif mərkəzlərin fəaliyyətini gücləndirərək və ya oyadaraq, vücudumuzu ruhlandırır və dəyişdiririk. Müxtəlif enerji mərkəzlərinin oyanması zamanı, maddənin fiziki səviyyəsindən daha mənəvi səviyyələri açılır. Mənəvi insan əsasən diafraqmanın üstündəki mərkəzlərlə əlaqəlidir ki, bunlar da ruhani qavrayış, digər insanların psixi vəziyyətlərini düzgün anlama və interpretasiya, yaradıcı fəaliyyət şəklində ilham kimi xüsusiyyətlərə malikdir. Hər an insanın içində olduğu psixi vəziyyət onun ruhunun hansı ali mərkəzdə olduğunu müəyyən edir. Təkmilləşmə və meditativ iş sayəsində, insan baş, boğaz və ürək kimi üç əsas mərkəzində şüurlu şəkildə fəaliyyət göstərməyə qadir olur və aşağı üç mərkəzə (onurğa dibində, sakral və günəş pleksusu) bədənin normal enerji təminatını avtomatik olaraq həyata keçirməyə imkan verir ki, həzm, cinsi və bəzi sinir sistemi aspektləri öz işlərini görə bilsinlər. Təəssüf ki, insanların əksəriyyəti "diafraqmadan aşağıda" yaşayır və yalnız heyvani instinktlərə və aşağı duyğulara fokuslanır. Fiziki bədənin gücü cinsi həyatı cinsi orqanlar vasitəsilə qidalandırır və stimullaşdırır; onlar döyüş və inkişaf vəzləri olan böyrəküstü vəzlər vasitəsilə, döyüş və mübarizə gücünü yaradır; onlar psixi instinktiv həyatı günəş pleksusu vasitəsilə idarə edirlər. Ümumilikdə insan orqanizmində yetmiş yeddi böyük və kiçik mənəvi-enerji mərkəzi yerləşir. Enerji mərkəzləri sistemi daxili orqanlar sistemi ilə sıx bağlıdır, çünki bütün motor-sekretor və mübadilə prosesləri mərkəzi sinir sistemi tərəfindən tənzimlənən müəyyən enerji fonunda həyata keçirilir. Lakin mərkəzlər fiziki obyektlər deyil, enerjinin hərəkətə gətirdiyi, efir, astral və mental materiyanı aktivliyə cəlb edən güc burulğanlarıdır. Amma bu heç də aşağıı çakraların kəsilməsini, donub hərəkətsiz vəziyyətdə olması demək deyil. Əksinə, onlar daha intensiv fəaliyyət göstərəcək, lakin aşağı təbiəti idarə edən orqanların fəaliyyətini tənzimləyən və əlaqələndirən ürək mərkəzinin daimi nəzarəti və impulsları altında olacaqlar. Yalnız ağıl mənəvi planda şəxsiyyət üzərində artan nəzarəti qəbul etdikdə, aşağı alov (kundalini) qalxaraq yuxarı mərkəzlərin alovları ilə birləşəcək və şəxsiyyət ruhdan gələn siqnallara itaətlə cavab verəcək. İnsan orqanizmində enerji üçbucaqları tərəfindən əmələ gələn üç həyati vacib zona vardır: 1. Baş (üç əsas mərkəz - epifiz vəzisi, hipofiz, yuxarı çakra). 2. Kürək arası sahə (piran üçbucağı - diafraqma üstü, dalaq). 3. Onurğa sütununun əsası (üç aşağı mərkəz - büzdüm, cinsiyyət orqanları). Çakralar üzrə yüksələn kundalini alovu hər bir mərkəzi ardıcıl olaraq oyadır və insana müvafiq çakraya xarakterik olan fövqəladə qüvvələri bəxş edir. Beyin zonasına çatdıqda, kundalini kosmik şüur mərkəzi olan ən yüksək çakra - sahasrara ilə birləşməlidir və bununla da insanı kosmik varlığa çevirməlidir. Biz kundalini haqqında "yatan" güc kimi danışsaq da, əslində o heç də "yatmır" - o, bədənin bütün fəaliyyət göstərən enerjilərinə aid olan mərkəzi gücdür. Yuxarıda deyilənləri nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, biz hal-hazırda yalnız qismən yaşayırıq. Gündəlik həyatımızda bu güc tələb olunmur və adətən insanın şüursuz şəkildə aktivliyə təhrik etdiyi çox kiçik bir hissəsi fəaliyyət göstərir. Əksəriyyətimiz daimi tarazlıq və harmoniya vəziyyətində olmadığımız üçün, hətta bu cüzi kundalini hissəsi də bizə qarşı yönəlir və bir çox əzablarımızın səbəbi olur. Kundalini insan ruhu və bədəninin fokuslanmış enerjisi, insanın bütün potensialı və imkanlarıdır. Kundalinini oyandırma yolları, insana verilmiş bu potensialın reallaşdırılması yollarıdır. İnsan orqanizmi müxtəlif enerji növlərinin universal, daimi generatorudur. Bu, bizim həyat adlandırdığımız nəsnədir: insanın həyat enerjisini daim yaratmaq və onu geniş hiss və emosiyalar palitrasında rəngləmək qabiliyyəti. Bu qabiliyyət itərsə, insan artıq ölmüş sayılır, baxmayaraq ki, fiziki bədən öləndən sonra da ondan və ruhun incə bədənlərindən enerji ayrılması davam edir. İnsan daim ziddiyyətlər arasında parçalanır: fasiləsiz enerji istehsal edərkən, o, hər zaman onun istifadəsi problemini həll etməyə məcbur olur. Çox vaxt bu enerjini hara yönəltmək lazım olduğunu bilmədiyi üçün, o, sadəcə onu emosional partlayışlar və hissi dalğalar şəklində atır ki, bu da əksər hallarda anlıq sevinc və həzz mənbəyi deyil, tükənməz əzab və kədər mənbəyi olur. Necə ki, elektrik cərəyanı müxtəlif metallardan keçə bilər və hətta, gərginlik kifayət qədər böyük olarsa, onlarsız ötüşə və ya radio dalğaları şəklində yayıla bilər, - psixi enerji axını da nəinki tənəffüs, qan və ya sinir sistemlərini, həm də kifayət qədər konsentrasiya və yönləndirmə ilə, məkanın sonsuzluğunda bu kanallar olmadan da hərəkət edə və təsir göstərə bilər. Buna görə də, enerji kanalları sinir və qan damarlarının uzunluğu ilə qismən üst-üstə düşə bilsə də, onlara bərabər deyil. Çin, Yapon və Vyetnam sağlamlıq sistemlərində və şərq döyüş sənəti məktəblərində əsasən 12 əsas meridian haqqında bilgilər var. Lakin çakralar təkcə kundalininin qalxışı prosesində deyil, həm də gündəlik həyatımızda aktivdirlər. Psixi mərkəzlərin reallığı bədənimizin ətraf mühitə incə reaksiyalarını dərk etməyimiz məsələsidir. Mərkəzlərdən şüurlu şəkildə istifadə etmək üçün onları vizuallaşdırmaq vacib deyil. Gündəlik fəaliyyətlərində onları şüursuz istifadə edən insanlar var. Fərq yalnız effektivlikdədir. Adətən insanlar çakralarından şüurlu şəkildə istifadə edə bilmirlər, çünki bu mərkəzlər onlarda "bağlıdır" - onların fəaliyyətini görmürlər. Öz mərkəzlərini "açaraq" və onların fəaliyyətini "kənardan görərək", yəni, bu fəaliyyətlərlə özlərini eyniləşdirməyərək, onları insan "biokompüterinin" giriş-çıxış cihazı kimi istifadə edərək, həm xarici, həm də daxili dünyalarla şüurlu əlaqə kanalı kimi istifadə etməyə nail olur. Bundan əlavə, çakralar kosmik efir enerjisini udma mərkəzləri olduqları üçün, çakraların funksiyaları ilə orqanizmin psixofizioloji tonu (energetikası) arasında birbaşa əlaqə mövcuddur. Bədənimizdə çakraların olması sayəsində, bədənimiz vasitəsilə təkcə bizimlə ünsiyyət quran insanlar, ətrafımızda yaranan vəziyyətlər və bizi əhatə edən mühit haqqında spesifik məlumatları əldə etmək deyil, həm də müəyyən şəkildə bütün bunlara təsir etmək mümkündür. İnsanlar bir-biri ilə yalnız boğaz çakrasının (Vişudha) çoxsaylı fəaliyyət formalarından biri olan danışıq vasitəsilə deyil, bütün mərkəzləri ilə bütöv şəkildə qarşılıqlı əlaqədə olurlar. Çakralar vasitəsilə orqanizmin daxili mühiti haqqında məlumat almaq və onunla qarşılıqlı əlaqədə olmaq mümkündür. Mərkəz nə qədər inkişaf etmişsə, onun vasitəsilə bir o qədər "incə" və dəqiq məlumat əldə etmək olar. Çakralar vasitəsilə insanın xarici mühitə təsiri isə ən çox "şəxslərarası münasibətlər" şəklində özünü göstərir, bəzi hallarda isə magiya və parapsixologiyada tətbiq olunur. Yeddi əsas çakra: A) Diafraqmanın üstündə olan mərkəzlər: Baş mərkəzi (talamus) - Sahasrara - 1.000 ləçək Qaşlar arasında olan mərkəz (beyincik) - Acna - 2 ləçək Boğaz mərkəzi (Vişudha) Boyun fəqərəsinin 7 seqmenti - 16 ləçək Ürək mərkəzi (Anahata) Üst döş fəqərəsinin 7 seqmenti - 12 ləçək Diafraqma B) Diafraqmanın altında olan mərkəzlər: Günəş pleksusu mərkəzi (Manipura) Aşağı döş fəqərəsinin 5 seqmenti - 10 ləçək Sakral mərkəz (Svadhisthana) Bel fəqərəsinin 5 seqmenti - 6 ləçək Onurğa sütununun əsası (Muladhara) Kök çakra - 4 ləçək Enerji kanallarının tıxanması müəyyən yerlərdə enerjinin həddindən artıq yığılmasına səbəb olur ki, bu da müxtəlif patologiyaların və orqan funksiyalarının pozulması şəklində özünü bürizə verir. Bundan əlavə, belə "tıxaclar" enerjinin ətraf mühitdən normal qəbul olunmasına mane olur və bu da, fiziki bədəndə narahatlıq və xəstəliklər şəklində əks olunur. Bunun əsasında enerji mərkəzlərinin fəaliyyəti barədə aşağıdakı nəticələrə gəlmək olar: - Çakralar enerji axınlarının idarə edilməsində fəal iştirak edir, onların gücünü və informativliyini dəyişdirir. - Çakralar və onların əlaqələri orqanizmin fizioloji vəziyyəti haqqında məlumatı ehtiva edir, enerji qəbul edən və yayan kimi, eləcə də informasiya-paylama mərkəzləri kimi fəaliyyət göstərir. - Sağlam və harmoniyada olan hər bir orqanizmdə enerjini qəbul edən mərkəzlərin potensialı enerji yayan mərkəzlərin potensialı ilə tarazlaşdırılmalıdır ki, sistem neytral vəziyyətdə qalsın. İnsan bədənindəki çakralarda kosmik enerji onun həyat fəaliyyəti üçün lazım olan enerji növünə çevrilir. Eşitmə aparatı mexaniki dalğalanmaları necə qəbul edib işləyirsə, çakralar sistemi də saf prananı istifadə edir və onu titrəşmələr şəklində kosmosa geri qaytarır. Bu titrəşmələr orqanizmin ətrafında yalnız ona məxsus enerji-informasiya qatı - aura və ya bioloji sahə yaradır. Qeyd etmək lazımdır ki, mərkəzlərin "ləçəkləri" metafizik qüvvənin simvolik ifadəsidir və onun maddə üzərindəki aydın təsirini göstərir, hər çakranın idarə etdiyi müxtəlif növ incə enerjiləri təmsil edir. Misal olaraq, kişi və qadın münasibətlərində çakraların təsirinə baxaq. Kişinin efir bədəninin çakraları daim qadının - onun mənəvi yarısının - efir bədəninin çakraları ilə hətta onlar kainatın müxtəlif nöqtələrində olsalar belə, qarşılıqlı əlaqədə olur. Dörd qadın prinsipi yer, su, od, hava kimi əsas ünsürlərin həyat qüvvələrini (prananı) və onların müvafiq psixi mərkəzlərini təmsil edən xüsusi bir qrup əmələ gətirir. Hər birində kişi və qadın prinsiplərinin birliyi baş verir və bununla da beşinci və ən yüksək səviyyəyə nail olunur. Başqa sözlə, biz özümüzdən kənarda qadınla (evliliklə) ittifaq axtarmaqdansa, kişi və qadın təbiətimizin uyğunlaşması ilə bu birliyi içimizdə axtara bilərik. Üst çakra (Sahasrara) kosmik şüura açılan pəncərədir və bu şüur, əslində, bir-birinin mənəvi yarısı olan kişinin "mən"i və qadının "mən"i üçün ümumi olan bir varlıqdır. Üst çakradan aşağıdakı çakra (Acna) zahiri aləmləri müşahidə edən şüura açılan pəncərədir. Bu çakranın inkişafı insana bu aləmlərdəki uzaqgörənlik qabiliyyətini verir. Lakin, burada təcəssümün dərk olunması, şüurluluq anları ilə şüursuzluq anlarının ardıcıl dəyişməsinə əsaslanır. Kişinin "mən"ində şüurluluq anı mövcud olduqda, ona ruhən uyğun gələn qadının "mən"ində şüursuzluq anı müşahidə olunur (və əksinə). Daha aşağıda, kişidə eqoizm ilə, qadında isə cəhalətlə qapanmış olan "iradə pəncərəsi", boğaz çakrası (Vişudha) yerləşir. Kişi və qadında bu çakralar eqoizm və cəhalətin dəf edilməsi yolu ilə əlaqəyə girməyə başlayırlar. Ondan da aşağıda ürək çakrası (Anahata) yerləşir ki, bu da dörd fazadan ibarət həyat dövranının tənəffüsünü ifadə edir. Bu çakralar kişi və qadın cütlərində birbaşa əlaqədədir, belə ki, kişinin tənəffüsünün bir fazasına qadının əks fazası uyğun gəlir. Bu proses şüurluluq və şüursuzluq anlarının qarşılıqlı bir-birini əvəz etməsi prosesi ilə analojidir. Belə ki, illüziyada vibrasiya edən bu iki şüur, bir vaxtlar bütün həqiqəti bir anda və tamamilə qavramaqda olan, bölünməz "Mən"dən yaranmışdır. Anahata çakrasından sonra astral bədənin qüvvələrinin efir bədəninə daxil olub, bütün kanallarına və mərkəzlərinə paylandığı göbək çakrası (Manipura) gəlir. Bu çakra vasitəsilə kişi və qadın arasında simpatiya, mənəvi əlaqə yaranır. Manipuradan aşağıda kosmosun yaradıcı enerjisinə açılan sakral çakra (Svadhisthana) yerləşir. İnsan ruhunun meylindən asılı olaraq, bu çakranın enerjisi fiziki nəsil artırma və cinsi zövq almağa, ya da efir bədəninin xarici analoquna yaradıcı ölməzlik bəxş etmək üçün daxilə yönələ bilər. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.