Hermanubis Posted June 4, 2024 Posted June 4, 2024 Astralın sakinləri mövzusunda sadalananlar arasında elementerləri də qeyd etmişdik. İnsan öldükdə, onun ruhu və canı, astrosoma bürünərək, fiziki bədəni tərk edir və astral dünyaya daxil olur, bu zaman insan həmin dünyada elementer adlanır. Beləliklə, elementer - ölüm sonrası ruh, can və astrosom cismdən ibarət qeyri-maddi insandır. Deməli, ölüm əslində, əvvəl bəhs etdiyimiz astral proyeksiya prosesinin geridönməz halıdır. Əgər ölüm fiziki bədənin məhv olması və ya orqanlarının zədələnməsi nəticəsində baş verirsə, can və astrosom cism bədəni tərk edir, çünki bu bədən onların orada qalması üçün yararsızdır; bu halda insanı xilas etmək mümkün deyil, necə ki, çatlaq qabda suyu saxlamaq mümkün deyil. Lakin, bəzən ölüm və ya son astral proyeksiya fiziki bədənin həyat qabiliyyətini saxlamasına baxmayaraq baş verir, çünki astrosom zəifləmiş və orqanların funksiyasını davam etdirmək üçün kifayət qədər gücə malik deyil (məs. fiziki zəifləmə, anemiya halları), ya da insan ruhu hər hansı bir emosional sarsıntının təsiri altında bədəni tərk etmək istəyir. Bu halda insanı diriltmək ümidi var, xüsusilə, ölümün ilk saatlarında (bura həm də koma, klinik ölüm aiddir) bədən hələ letargiyada olur və onun astrosom ilə əlaqəsi tamamilə qırılmamış olur. İnsanı diriltmək üçün, ruhunu yenidən tərk etdiyi bədənə qayıtmağa məcbur etmək və eyni zamanda astrosomuna öz astral flüidinizlə dəstək vermək olar. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.