Jump to content

Recommended Posts

Posted

Bu mövzuda mən artıq astral aləmdə olan sakinlərdən danışacam. Əslində, bütün bunlar böyük bir mövzunun parçalarıdır. Bu qısa məqalədən sonra mən, astralın praktiki tətbiqi haqqında yazacam. Bu mövzunu ona giriş məlumatlarından hesab etmək olar. Əslində, biz hələ astral nədir sualına tam cavab verməmişik. Qonşu mövzuda bu mövzunun ancaq girişinə toxunulub. Çünki, informasiya həddindən artıq çoxdur və kvant fizikasına kimi gedib çıxmalı olacağıq.

Demək, astralda əsasən hansı varlıqlara və strukturlara rast gəlmək olar. Bu giriş hissədə onları sadalayacam, mövzunun davamında isə onlardan bir az ətraflı yazmağa çalışacam. Bunlar aşağıdakılardır:

1. Elementallar, və yaxud təbiət, ünsür ruhları

2. Astroideyalar, yəni insan fikirləri, həmçinin istəkləri və emosiyaları

3. Astral klişelər və yaxud, Yer aləmində baş verən hadisələrin izləri

4. Eqreqorlar. Bunlar haqqında bir az danışdıq. Bunlar insan icmalarının astralda formalaşdırdığı enerji strukturlarıdır.

5. Lyarvalar, insan ehtirasları və digər aşağı tezlikli hissləri ilə törənən astral varlıqlar

6. Astral vücudunda müvəqqəti olaraq astral plana çıxan insanlar

7. Elementerlər - vəfat etmiş və fiziki bədənini son olaraq tərk etmiş insan ruhları

Mövzunun davamında bu sakinlər barədə bir az ətraflı yazacam.

Ardı var...

 

Elkhan_P_astral_plane_creature_7.png

Elkhan_P_astral_plane_creature_7c074593-133c-4dab-b90b-7be22f47854d.png

Elkhan_P_astral_travel_db65814e-8592-433e-a5d0-01198c63d845.png

Posted

Elemental(lar)

Təbiət və ünsürlərin ruhlarıdır. Bütün orqanik cisimlərin öz prinsipi və astrosomu vardır ki, bunlar əvvəlcə astralda potensial vəziyyətdə olur, sonra isə minerallara və bitkilərə daxil olur və sanki onların ruhlarını təşkil edir. Belə astral varlıqlar ünsürlərdə də mövcuddur. Ümumilikdə, bunların hamısı elementallar adlanır.

Müxtəlif əşyaların kombinasiyası əvvəlki elementalların birləşməsindən yeni elementalların yaranmasına səbəb olur. Məsələn, oksigen və hidrogen - hər birinin öz elementalları var, amma bu qazlar birləşdikdə xüsusi astral prinsipə malik su yaranır.

Elementallar arasında, orta əsrlərdə qnomlar, undinlər, elflər və salamandrlar adlandırılan ünsür ruhlarını qeyd edə bilərik, onların aid olduğu ünsürlər müvafiq olaraq yer, su, hava və alov idi.

İnsanlara gəldikdə, ümumiyyətlə, elementalların onlara qarşı münasibəti heç də dostcasına deyil, çünki insan ünsürləri özünə tabe etməyə çalışır və orqanik dünyanın bütün əşyalarını idarə edir. Bu əşyalarla ehtiyatlı olmaq lazımdır, çünki onlar hər zaman insandan intiqam almağa hazırdır. Kimyaçı diqqətsiz olsa, qazların elementalları partlayış yaradar və onu öldürər.

Elementallar mədənlərdə partlayışlar, çökmələr, qasırğalar, siklonlar və s. yaradır. Qeyd etmək lazımdır ki, elementallar insan bədəninin tərkibinə də daxildir, müxtəlif orqanların, bakteriyaların və hüceyrələrin ruhunu təşkil edirlər ki, bunlar da öz orqanik həyatı ilə yaşayır.

Elementallar müxtəlif güc və ölçülərə malikdir; otun ruhundan tutmuş, milyardlarla hava elementallarını birləşdirən fırtınanın ruhuna qədər.

İnsan elementallara təsir etməsi ilə ünsürləri idarə edə bilər. Maqlar həqiqətən elementalları özünə xidmət etməyə məcbur edir; onlardan bir az aşağı səviyyədə hesab olunan cadugərlər isə onları öz məqsədləri üçün çağırır, amma tez-tez özü onların oyuncağı və hətta qurbanı olur, çünki bir dəfə çağırıldıqda, artıq onları idarə edə bilmir.

Elementallara hökmranlıq etmək üçün insan əvvəlcə öz bədənini və maddi arzularını özünə tabe etməlidir, çünki elementallar sanki maddənin ruhudur, daha sonra isə ünsürlərə qarşı olan qorxusunu məğlub etməlidir.

Qədim Misirdə, sehrbazlıq təlimi alan neofit, ünsürlər qarşısında öz gücünü sübut etməli idi; bunun üçün o, dar və alçaq keçiddən yeraltı dünyaya keçməli, qaranlıq uçurumun üstündə asılı qalmalı, dalğalanan sulara atılmalı və nəhayət, alovun içindən keçməli idi.

Bu sınaqlar yalnız görünən deyil, həqiqi təhlükəni də əhatə edirdi və onları uğurla keçmək üçün soyuqqanlılıq və cəsarət tələb olunurdu.

Elifas Leviyə görə, kim ünsürlər üzərində hökm etmək istəyirsə, elementallara qorxusuz olduğunu sübut etməli və bunun üçün qədim Misir sınaqlarına bənzər sınaqlardan keçməlidir, məsələn: coşqun çayı keçmək, uçurumun üstündəki taxta körpüdən keçmək və s.

Posted

Astroideya(lar)

Astroideya, yəni astralda olan insan düşüncələri anlayışına geniş mənada insanın arzuları daxil edilə bilər, çünki hər hansı arzu az da olsa qeyri-müəyyən bir düşüncə formasını alır və insanın təxəyyülündə astralda yaranan obrazları da bura daxil etmək olar.
Lakin qeyd edək ki, insan arzuları astralda sadə düşüncələrdən daha intensiv həyat sürür və hər hansı arzu astralda həyata keçməyə can atan, yəni onu həyata çağıran prinsip olan arzu kimi maddi dünyada reallaşmaq istəyən bir astral varlıqdır.
Bizim təxəyyülümüzdə yaranan obrazlar və təsvirlər isə astralda iz buraxır və təxəyyüldə hər hansı bir şeyi təsəvvür etmək, sadəcə olaraq, astralda məlum bir obraz yaratmaq deməkdir. Bunun üçün insanda əvvəlcə bol miqdarda astral flüid (və ya həyat qüvvəsi) olmalıdır və bu qüvvəni astral atmosferdə kondensasiya etmək və ya ona təsir etmək üçün yaymaq qabiliyyəti olmalıdır.
Beləliklə, təxəyyülümüzdəki obrazlar və təsvirlər həqiqətən astralda mövcuddur və xarici həyatdan uzaqlaşaraq, məsələn, xəyala dalanda, biz onları astrasomumuzun hissləri ilə aydın şəkildə görürük. Bu zaman bəzən bizim sinir flüidimizin köməyi ilə "astral" (burada astral dünyanın əsas materiyası nəzərdə tutulur) kondensasiya olunur və astral obraz materializə olur, və biz onu fiziki olaraq da görürük. Halüsinasiyaların mənşəyi belədir. Böyük təxəyyülü olan insanlar onunla fərqlənir ki, onların sinir qüvvəsi tez-tez öz iradələrinə zidd olaraq onlardan çoxlu miqdarda çıxır və, demək olar ki, onların düşüncə və obrazlarını astralda cisimləşdirir.

Məşhur okkultist Elifas Levi deyirdi ki, şeytanı çağırmaq qədər asan bir şey yoxdur: sadəcə onu təsəvvür etmək və bu obraza güc vermək üçün ruhunu ona bənzətmək lazımdır - və bu obraz astralda, sanki güzgüdə olduğu kimi, iz buraxacaq. İnsan tərəfindən çağırılan bir sıra obrazlar isə astral ilğım adlanan obyektlər yaradır. Bütün romanlar, poemalar, dramlar və insan təxəyyülünün digər məhsulları astralda astral ilğımlar şəklində mövcuddur.

Posted

Burada yeri gəlmişkən, magiya zənciri barədə də danışmaq istərdim.


Bir neçə insan bir iradə ilə birləşdiyi zaman onların düşüncələri, arzuları, obrazları astralda xüsusi güclü iz buraxır və yaşayır. Buna görə, eyni arzuyla dua edən möminlərin duası böyük gücə malikdir və möcüzələr yarada bilir.

Dinlərin yaratdığı obrazlar, məsələn, İsa Məsih, Müqəddəs Məryəm və müxtəlif müqəddəslərin obrazları, onların həqiqi şəxsiyyətlərindən asılı olmayaraq, milyonlarla insanın təxəyyülü və iradəsi tərəfindən astralda yaradılmışdır və bu iradədən həyatlarının prinsipi və istiqamətini alaraq güclü qüvvələrə malikdirlər.

Lakin qeyd edək ki, bu obrazlar öz gücünü insanların iradə və təxəyyülündən aldıqları üçün onlara olan inamdan asılıdırlar. 

Belə ki, Yulian Apostatın maqları Olimpiya tanrılarının kölgələrini çağıranda, həmin tanrılar zəif və əzgin görünürdülər. Həqiqətən də, o dövrdə artıq heç kim onlara inanmırdı.

Beləliklə, hər hansı kollektiv, yəni bir neçə insan tərəfindən yaradılan astroideya, fərdi insanın astroideyasındən daha güclüdür. Magiya zəncirinin qurulması və fəaliyyət prinsipi bunun üzərində qurulub. Onun əsas qaydası Kuprat pantakllarından birində yazılmış sözlərdir: "əvvəlcə topla, sonra astral gücü yay".

Magiya zənciri, bir insanın iradəsi və ideyası ilə birləşmiş insanların birləşməsi ilə yaranır. Zəncirin bütün üzvləri yalnız başçı istisna olmaqla mənfi olmalıdırlar. Zəncir başçısı müsbət olmalıdır, yəni bütün üzvlər zəncir başçının iradəsini qəbul etməli və onu mənimsəyərək astral axınlar şəklində geri qaytarmalıdırlar. Zəncir başçıs, beləliklə, əsl astro-psixik batareya olur və böyük astral güc ehtiyatını öz istəyinə görə yönləndirə bilir.

Posted

Astral klişelər

Astralda insan fəaliyyətlərinin və digər yer üzündəki hadisələrin izləri belə adlanır. "Klişe" sözünə burada bir astral praktikası termini kimi baxmaq lazımdır. Bu adətən "şablon" "qəlib" mənasında istifadə olunan "klişe" deyil. Hadisələrin bir növ surəti olduğu üçün belə adlanır. Bizim hər bir düşüncəmiz və hərəkətimiz astralda iz buraxdığı üçün, orada bütün yer üzündəki hadisələr saxlanılır və onların klişeləri astral fırtınanın axınlarına tabe olaraq hərəkət edir.

Astral klişelər yalnız keçmişə deyil, gələcək fəaliyyətlərə və hadisələrə də aid ola bilər. Bunun səbəbi odur ki, yer üzündəki hər bir hadisə kimi, hərəkət əvvəlcə potensial vəziyyətdə olur və onun prinsipi əvvəlcə astralda, daha sonra isə maddi dünyada, yəni yer üzündə reallaşır.

Lakin qeyd etmək lazımdır ki, insanın iradəsindən və baş verən müxtəlif hadisələrdən asılı olaraq, gələcəyin klişeləri yer üzündə reallaşmadan əvvəl dəfələrlə dəyişə bilər.

Digər sakinlər, astral varlıqlar barədə danışmağa gəldikdə isə, eqreqorlar barədə qonşu mövzuda artıq danışmışıq və yenə danışacağıq. Lyarvalar, insanlar və elementerlərə isə ayrıca mövzu aid etmək lazım olacaq.

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

×
×
  • Create New...