Hermanubis Posted June 3, 2024 Posted June 3, 2024 Astral varlıqlar mövzularının birində (Lyarvalar) inkublar haqqında qısa yazmışdım. İndi isə inkubizmi bir az detallı nəzərdən keçirək. Okkultizmə görə, inkubizm, insanın materiallaşmış şəhvət lyarvası (başqa sözlə, onun özünün yaratdığı astral kişi və qadın obrazı) ilə cinsi əlaqəsidir. Lyarvanın materiallaşması üçün insanın astralı (burada: astral materiya nəzərdə tutulur) kondensasiya etmək üçün psixi gücünü çıxarmaq qabiliyyətinə malik olması lazımdır. Buna nail olunarsa, cinsi əlaqənin tam illüziyası yaranır. Lakin, biz heç kəsə belə təcrübələrlə məşğul olmağı məsləhət görmürük, çünki tezliklə orqanizm buna alışır və insan artıq psixi gücünün çıxışını dayandıra bilmir, nəticədə şəhvət lyarvaları iradəsindən asılı olmayaraq materiallaşır və onun enerjisini tükəndirir. Lanslinin (Lance-lin) "Le ternaire magique de Shatan" əsərinə görə, Parisdə kişiləri və qadınları süni inkubizmə məşq etdirən bir müəssisə var, lakin bu qoetia (demonologiya) məktəbinin girişində bunu yazmaq lazım idi: "Burada sizi onurğa beyninin sümürülməsi və axmaqlıq gözləyir". İnkubizmin reallığı şübhə doğurmur. Dediyimiz kimi, orta əsrlərdə xüsusilə monastırlara təsir göstərən inkubizm epidemiyaları yayılmışdı. Müasir hallardan biri, məsələn, Dr. Durand de Qrosun hekayəsidir. Bir dəfə ona bir əyalət notariusu pasiyent kimi baş çəkir və belə bir hadisəni danışır: o, spiritizmlə məşğul olurdu və bir gün XIV Lyudovikin ruhunu çağırmışdı. Bu monarx isə ondan qisas almaq üçün hər gecə ona iki məşuqəsini göndərməyə başlayır: bir gecə Lavalier və Fontanjı, o biri gecə isə Mariya Mançini və Montespanı. O, onların nəvazişlərindən uzaq durmağa çalışsa da, Lyudovikin məşuqələri onu qucaqlayır, öpür və nəticədə notarius onlara təslim olurdu. Bunun nəticəsində onun orqanizmi hər gün daha da zəifləyirdi. Şübhəsiz ki, notarius əvvəllər qadın obrazlarını və şəhvətli səhnələri təsəvvür etməklə bu məsələdə elə özü də iştirak etmişdi. Nəticə olaraq məcburi inkubizm yaranmışdı. Qeyd edək ki, spiritizm seansları zamanı və spiritlərin müəyyən əhval-ruhiyyəsində, medium və iştirak edənlərin çıxardığı psixi güc, bəzən şəhvət lyarvalarını canlandırır. Onlar müəyyən dərəcədə materiallaşdıqda, iştirakçılara birmənalı olmayan nəvazişlər göstərirlər (Misal üçün Niderland ordusunun mayoru, cənab Reviusun, 25 avqust 1859-cu il tarixli "Revue Spiritualiste" jurnalı üçün yazdığı yazılara internetdə baxmaq olar). Çox vaxt inkubizmin qurbanı dul qadınlar olur. Onlar sevdikləri ərinin ölümünə yas tutaraq və özlərini onun qucağında təsəvvür edərək, nəticədə forması olmayan bir lyarvanı həyata gətirir və həzz içində ona təslim olurlar. Onlar düşünürlər ki, bu ruh ərinin ruhudur. Amma, təəssüf ki, lyarvalarla əlaqə yalnız psixi enerjinin tükənməsinə və hətta psixi pozuntulara gətirib çıxarır. Henrix Heyne inkubizmi "Helena" adlı şeirində mükəmməl təsvir edib. Bəzən inkub (və ya sukkub) lyarva deyil, canlı insanın materiallaşmış astrosomu da ola bilir. Bu fenomen isə artıq insanın astral bədəndə astral dünyaya çıxışına aiddir. Astral varlıqlar mövzusunda bu fenomenə də toxunmuşduq və bu barədə də ətraflı danışacağıq. Şəkildə: Vinçenz Georg Kiningerin 1795-ci ilə aid qravürü, "İnkub". Quote
Asgard Posted June 3, 2024 Posted June 3, 2024 Can we say that it works on the same principle, not only the larva of lust when you are temped from sexual desires, but also when you grieve or think about a certain person who no longer inhabits the material world and suddenly his image appears in your dream, then it is not that person anymore but an astral being intent on parasitising and taking advantage of you? Quote
Hermanubis Posted June 4, 2024 Author Posted June 4, 2024 17 hours ago, Asgard said: Can we say that it works on the same principle, not only the larva of lust when you are temped from sexual desires, but also when you grieve or think about a certain person who no longer inhabits the material world and suddenly his image appears in your dream, then it is not that person anymore but an astral being intent on parasitising and taking advantage of you? Exactly. Based on the same principle, if your memories with the dead person is based on any material desire, it creates a larva of that desire which starts exhausting the creator. The safest way is to memorize that person just by paying a tribute to honor the passed one, without any emotional dependencies like crying or beating yourself up that he left and especially without any desires him to be back. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.