Jump to content

Recommended Posts

Posted

Lyarva - (latınca "larva", "ruh" deməkdir, "maska" və ya müasir italyan dilində "sürfə" mənasını da verir). - qədim Roma mifologiyasında ölmüş bədniyyət insanın ruhu hesab olunur. 
 

Astral varlıqlar haqqında mövzuya toxunarkən qeyd etdiyim kimi, insanın hər bir arzusu astralda yaşayır. Bizim ehtiraslarımız və mənfi nəfslərimiz tərəfindən yaradılan astral varlıqlar lyarva adlanır. Həyata çağırıldıqdan sonra, lyarva onu yaradan nəfsə nail olmaq üçün yarımşüurlu şəkildə yaşayır. Məsələn, kiməsə qarşı nifrət lyarvası həmin şəxsə zərər verməyə çalışır. Bu, həssas insanların onlara düşməncəsinə yanaşan şəxsin yanında hətta fiziki narahatlıq keçirməsini izah edir.

Yaradan nəfs nə qədər güclü və davamlı olsa, lyarva bir o qədər canlı olur; çünki lyarvanın həyatı insanın psixi gücü ilə dəstəklənir və bu səbəbdən lyarva onu yaradan insana yapışır.

Astralın plastiklik xüsusiyyətinə görə, lyarvalar müxtəlif formalar ala bilər və sıxıla, genişlənə və ümumiyyətlə, görünüşlərini dəyişdirə bilərlər. Adətən, lyarvalar insanın aurasında, başının ətrafındakı astral dairədə olur, lakin daha güclü olanları hətta insanın astral vücuduna nüfuz edərək onu əhəmiyyətli dərəcədə dəyişdirir və bunun vasitəsilə fiziki bədənin forması, xüsusilə üz cizgiləri dəyişir. Beləliklə, insanın üzündə adətən ehtiraslarının və vərdişlərinin izləri olur. İnsanın astral bədəninə daxil olan lyarvalar okkultizmdə "kork" adlanır.

Lyarvanı yaradan arzu, nəfs sönərsə, lyarva da tezliklə ölür, lakin o, həyata yapışır və öz efemer varlığını davam etdirməyə çalışır. Bunun üçün o, insanın içində onu yaradan arzunu dəstəkləməyə və ya alovlandırmağa çalışır və beləliklə, insanda vərdişlərin və asılılıqların yaranmasına kömək edir. Məsələn, alkoqolik və ya narkotik asılılığı olan şəxs iyrənc lyarvanın əsiridir və bu lyarva ona bir an da rahatlıq vermir. Nifrətə qapılmış insan da lyarvanın əsiridir və lyarva insanda bu nifrəti qidalandıracaq və özünü bu nifrətdən qidalandıracaqdır.

Xüsusilə təhlükəli olanlar şəhvət lyarvalarıdır. İnsanın cinsi arzusu tərəfindən yaradılan bu lyarvalar daim onun şəhvətini oyandırır, onun qarşısında çılpaq qadınların obrazlarını canlandırır. 

Qeyd edək ki, sperma da, qan kimi, astralın (burada, astral materiyanın) koagulyasiyasına, qatılaşmasına və lyarvaların yaranmasına kömək edən həyat gücünü özündə ehtiva edir. Buna görə də həddindən artıq onanizm normal qadınlarla əlaqədə olmaqdan daha təhlükəlidir. Çünki, cinsi əlaqə zamanı kişinin arzusu sönür və bu səbəbdən lyarva ölür, lakin onanizm zamanı itirilən sperma yeni lyarvalar yaradır və onlar insanın psixi gücünü sovurmaq ilə tükəndirir.

Spermanın və qanın qeyd olunan xüsusiyyətinə görə, Musa peyğəmbər yəhudilərə hər hansı sperma axıntısından sonra yuyunmağı və qadınlara menstruasiyalardan sonra təmizlənməyi əmr etmişdir. Şəhvət lyarvalarının ən çox yayıldığı yerlərdən biri müxtəlif dinlərə aid olan kişi və qadın monastırları olub, belə ki, burada insanın cinsi təbiətinin məhdudlaşdırılması, onanizmə və lyarvaların yaranmasına gətirib çıxarır. 

Orta əsrlərdə Qərbi Avropada dini fanatizmin hədsiz əxlaqsızlıqla qarışdığı zamanlarda, sanki bir şəhvət dalğası monastırlardan keçərək, dindar rahibələrin düşüncələrində "şeytani" şəhvət səhnələrinə səbəb olurdu. Bu zaman bu cür hisslər tərəfindən ələ keçirilmiş rahibələr hər cür utanıclarını unudurdular. 

Bir çox rahibələr müqəddəs atalara etiraf proseslərində "şeytanla" cinsi əlaqədə olduqlarını iddia edirdilər. Ümumiyyətlə, orta əsrlərdə hər yerdə kişilər və qadınlar üçün şeytanla əlaqədə olmağın mümkünlüyünə inanılırdı və bir çox qadın şeytani ruhlarla əlaqədə olmaq ittihamı ilə yandırılmışdı. Qadını ələ keçirmək üçün kişi formasını alan şeytan "inkubus", kişini aldatmaq üçün qadının formasını alan şeytan isə "sukkubus" adlanırdı, bu adların mənşəyi latın felləri "incubo" ("üzərinə çökmək") və "succubo"dan ("altına uzanan", "məşuqə") sözlərindən gəlir.

scale_1200.jpg

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

×
×
  • Create New...