-
Posts
36 -
Joined
-
Last visited
-
Days Won
1
Content Type
Profiles
Forums
Store
Blogs
Events
Gallery
Downloads
Articles
Everything posted by Hermanubis
-
Bu mövzuda mən artıq astral aləmdə olan sakinlərdən danışacam. Əslində, bütün bunlar böyük bir mövzunun parçalarıdır. Bu qısa məqalədən sonra mən, astralın praktiki tətbiqi haqqında yazacam. Bu mövzunu ona giriş məlumatlarından hesab etmək olar. Əslində, biz hələ astral nədir sualına tam cavab verməmişik. Qonşu mövzuda bu mövzunun ancaq girişinə toxunulub. Çünki, informasiya həddindən artıq çoxdur və kvant fizikasına kimi gedib çıxmalı olacağıq. Demək, astralda əsasən hansı varlıqlara və strukturlara rast gəlmək olar. Bu giriş hissədə onları sadalayacam, mövzunun davamında isə onlardan bir az ətraflı yazmağa çalışacam. Bunlar aşağıdakılardır: 1. Elementallar, və yaxud təbiət, ünsür ruhları 2. Astroideyalar, yəni insan fikirləri, həmçinin istəkləri və emosiyaları 3. Astral klişelər və yaxud, Yer aləmində baş verən hadisələrin izləri 4. Eqreqorlar. Bunlar haqqında bir az danışdıq. Bunlar insan icmalarının astralda formalaşdırdığı enerji strukturlarıdır. 5. Lyarvalar, insan ehtirasları və digər aşağı tezlikli hissləri ilə törənən astral varlıqlar 6. Astral vücudunda müvəqqəti olaraq astral plana çıxan insanlar 7. Elementerlər - vəfat etmiş və fiziki bədənini son olaraq tərk etmiş insan ruhları Mövzunun davamında bu sakinlər barədə bir az ətraflı yazacam. Ardı var...
-
So you find hermeticism almost everywhere in esoterism. Even in the teachings of Jesus Christ. Hermeticism has significantly influenced various religious, philosophical, and scientific traditions. During the Renaissance, it experienced a revival and influenced notable figures such as Marsilio Ficino, Giovanni Pico della Mirandola, and Giordano Bruno. Elements of Hermeticism can also be found in modern esoteric movements, including Theosophy, the Rosicrucians, and contemporary New Age spirituality.
-
Bütün bütpərəst ənənələrdə tanrılar qismən xeyirxah, qismən isə şər hesab olunur, eynən insanlar kimi, yalnız bir fərqlə ki, tanrılara aid olan bütün keyfiyyətlər daha möhtəşəm təsvir olunur. Edda mətnlərində isə Odin tamamilə fərqli bir şəkildə təsvir olunur. Bu mətnlərin xristian müəllifləri adətən bu tanrını nifaq salan və pis bir cadugər kimi göstərirdilər. Odin kultunun xeyrixah və arzuları yerinə yetirən kimi təsvir olunan qalıqları Niderland, Almaniya və bəzi digər ölkələrdə Müqəddəs Nikolay bayramı şəklində qorunub saxlanılıb. Bu bayram 6 dekabrda qeyd olunur. Son zamanlara qədər Niderland və digər yerlərdə ilin ən məşhur bayramı idi; xüsusilə uşaqlar bunu çox sevirdi. Milad və Pasxa ilə yanaşı, bu da xristian kilsəsinin öz ənənələrini bütpərəstlikdən götürüb və hətta bütpərəst tanrılarının xristian müqəddəslərinə çevrildiyini göstərən bir nümunədir. Bu bayramla bağlı mərasimlər və inanclarda Vodanın xeyirxah cəhətləri aydın şəkildə təzahür edir. Xristian ənənəsinin gətirdiyi bəzi fərqlərə baxmayaraq, Müqəddəs Nikolay ilə Vodanın çox ortaq cəhətləri var. Əvvəla, Müqəddəs Nikolay evlərin damları üstündə boz və ya ağ atla gəzər. Onun yanında iki köməkçisi var - ikisi də "Qara Peter" adlanan qara dərililərdir. O, həmçinin qırmızı plaş və yepiskop mitrası geyinir, əlində uzun bir əsa var. Bu mənzərəni Vodanın ənənəvi obrazı ilə əlaqələndirmək çətin deyil: iki qarğa ilə müşayiət olunan, Sleypnir atı minərək, plaş və geniş günlüklü şlyapa geyinən, əlində yol əsası tutan qoca. Müqəddəs Nikolay daha çox uşaqların sevimlisidir. Burada da Vodanla bağlı elementlər görmək olar. Qədim dövrlərdə arzuolunmaz körpələri yolayrıclarına ataraq onları Vodan və Holdu ilahəsinin ixtiyarına verirdilər. Onlar bu uşaqları öz dəstəsinə götürürdülər. (Müasir günümüzdə uşaq evlərinə yerləşdirilən uşaqlar, əslində, oxşar vəziyyətdədirlər və buna görə də Vodan və Holdu tərəfindən xüsusi diqqət altında olduqları hesab olunur). Vodanın dəstəsinə qoşulan bu uşaqlar ov dəstəsinə qatılırdılar. Şlyapa və əsalar günümüzə qədər estrada fokusçularının atributları olaraq qalır. Niderland folklorunda arzuları yerinə yetirən şlyapa mövcuddur və oxşar rol oynayan sehrli çubuq vardır, German xalqlarının bir çox nağıl və miflərində bu elementə rast gəlinir. Bu çubuq haqlı olaraq Vodan/Odinin nizəsi (və ya əsası) ilə eyniləşdirilir, hansı ki, bundan başqa fallik simvol da sayıla bilər. Müqəddəs Nikolayın dəcəl uşaqlara gətirdiyi ağcaqayın budaqları, Vodanın himayəsi altında keçirilən qədim məhsuldarlıq bayramlarının ənənəvi mərasimlərinin qalıqlarıdır: bəy və gəlin bir-birini ağcaqayın budaqları ilə döyürdülər, ümid edirdilər ki, bu onların daha tez uşaq sahibi olmasına kömək edəcək. Sonda qeyd edək ki, ağcaqayın ağacı, əlbəttə, Berkana runu ilə əlaqəlidir, hansını ki, Vunyo runu ilə birləşdirərək məhsuldarlıq üçün rituallarda istifadə etmək olar. Şəkillərdə: Odin (Vodan) və Müqəddəs Nikolay
-
Anunna və ya annunaki - şumer mifologiyasında "İqiqlər"-lə yanaşı digər tanrılar qrupudur. Mifologiyaya görə bəzən göylərdə, əsasən isə yer üzündə, yeraltı dünyada məskunlaşan və bəzi yazılara görə xtonik hesab olunan və ölülər dünyasının hakimləri hesab olunan tanrılardır. Adətən, cəm halında, heç bir ayrıca ad olmadan adlandırılırlar, Məlumdur ki, şumer panteonunda tanrılar iki ailəyə və ya fratriyə bölünürlər: İqiqlər və Anunnaki. İqiqlərə adətən əsas tanrılar: Anu, Enlil, Marduk, Nerqal daxildir. Onların məskəni əsasən səma idi. Annunaki kiçik tanrılar hesab olunurdular, Qeyd etmək lazımdır ki, tanrıların İqiqlərə və Anunnakilərə bölünməsi akkad dövrünə təsadüf edir və kiçik tanrılar sayılan Anunnakilərə çox güman ki, yerli panteonların tanrıları aid ediliblər. Bu bölgü sərt olmayıb və geniş mənada bəzən İqiqlər və Anunnakilər sinonim kimi də istifadə olunublar. Ən erkən Şumer mətnlərinə görə, Anunnakilər çoxsaylı panteondakı tanrıların ən güclüsü idilər və tanrıların ən böyüyü olan Andan və Kidən törəmişdilər. Daha sonra onlar yeraltı dünyada taxtda oturan yeddi hakim oldular. Onlar hətta Gilqameş dastanında bu cür təsvir olunurlar. Köhnə Babil mətnlərinə görə, onlar göylərin deyil, yeraltı dünyanın tanrıları idi. Üçüncü Ur sülaləsinin dövründə Anunnakilər onlardan səmada doğulmalarını əmr edən səma tanrısı Anunun övladları hesab olunurdular. Şumerlərin "Lahar və Aşnan" mifində Anunun bu tanrıları "göy və yer dağlarında" yaratmasından və onların ilkin mövcudluğundan bəhs olunur. Mifə görə, o vaxt dünya hələ qurulmamışdı və Anunnakilər otla qidalanmağa, su içməyə və ağır işlə məşğul olmağa məcbur idilər. Tanrıların həyatını asanlaşdırmaq üçün Lahar (böyük buynuzlu mal-qaranın hamisi olan tanrı) və Aşnan (əkinçilik tanrısı), həmçinin insanlar yaradıldı. "Enki və Ninhursag" mətnində Anunnakilərin doğuluşu və onların dünyanın qurulmasında rolu haqqında danışılır. Babil kosmoqonik mifində "Enuma Eliş" (təxminən İkinci İsin sülaləsi dövründə, e.ə. XII əsrdə yaradıldığı güman edilir) Mardukun altı yüz Anunnakini bölməsindən bəhs edilir, bunlardan yarısı yerdə, digər yarısı isə göydə yaşamalı idi. Xaos qüvvələri üzərində qələbə münasibətilə Anunnaki tanrıları Marduka, möhtəşəm Esagila məbədi və Etemenanki zikkuratı ilə birlikdə, bünövrəsini qoyduqları Babil şəhərini hədiyyə edirlər. Bəzən Anunnakilər kiçik tanrılar deyil, əksinə böyük tanrılar adlandırılırdı; bu mənada Anunnakilər İqiqlər ilə sinonim idi. Xüsusilə, akkad "Atrahasis Rəvayəti"ndə (ən erkən versiyası qədim Babil dövrünə aid edilir) "Yeddi Anunnaki"yə böyük tanrılar aid edilirdi, onlara kiçik tanrılar – İqiqlər xidmət edirdi; burada həmçinin tanrıların dünyanın qurulmasından və insanların yaradılmasından əvvəlki ilkin yaşayışı təsvir edilir. Ədəbiyyat mətnlərində, Anunnakilərə əsas tanrılardan biri aid ediləndə, onun adı tez-tez "Anunnakilərin birincisi", "Anunnakilər arasında ən nəcib" və ya "Anunnakilərin qəhrəmanı" epiteti ilə müşayiət olunurdu. Qeyd edildiyi kimi, başqa miflərə görə, Anunnakilər böyük tanrılar hesab olunurdular. Bir daşqın mifində, İqiqlər altıncı nəsil tanrılar kimi Anunnakilər üçün işləyirlər. Lakin, 40 gündən sonra onlar ağalarına qarşı üsyan edirlər və Anunnakilərdən biri onları insanlar ilə əvəz edir. Bu hadisənin İncil daşqını ilə olan oxşarlıqları və rəqəmləri diqqətəlayiqdir. Aydındır ki, Mesopotamiya mifləri İncilin Əhdi-Ətiqinin çox hissəsinə böyük təsir göstərmiş və ya onun mənşəyi olmuşdur. "Enuma Eliş" kimi tanınan Babil yaradılış mətnində, tanrı Marduk Anunnakiləri bölür və onlara rollar verir. 300-ü göydə və 300-ü yerdə. Təşəkkür əlaməti olaraq, Anunnakilər Marduk, Enlil və Ir üçün Esagilanı və Babili hədiyyə etdikdən sonra, özləri üçün də məbədlər tikirlər. Sonrakı Assur mətnlərində, onlar Anu və Kin-in övladları kimi qeyd olunurlar; onlar qardaş və bacı olmaqla bərabər, səma qütblərinin tanrılarının övladlarıdır və onların nəsli ilk tanrılar olan Tiamat və Abzuya qədər uzanır. Burada biz burada artıq tanrıların göy cisimləri, ulduzlar ilə bağlılığının ilk işarələrini görməyə başlayırıq. Ən azı e.ə. beşinci minillikdə Mesopotamiyada yaranan, erkən şumer sivilizasiyası, əsasən qeyri-semit mədəniyyət idi. E.ə. 3000-ci ilə qədər, inkişaf etmiş suvarma əkinçiliyi hesabına, şumerlər bir sivilizasiya kimi çiçəklənir və Ur, İrek kimi çoxsaylı əhalisi olan şəhər-dövlətlərin inkişafı ilə əhəmiyyətli bir iz buraxıblar. Şumerlərin mixi yazını icad etmləri ilə zamanlarını çox qabaqladıqları hesab olunur. Həmçinin onlar musiqi, poeziya, incəsənət, riyaziyyat və astronomiyada irəliləmiş biliklərə malik idilər. Qədim şumerlər üçün musiqi kosmosu təsvir etməkdə bir vasitə idi. Şumerlər daha sonra uzun müddətli rəqibləri olan, Sargon I dövründə akkadlılar tərəfindən fəth edildilər. Akkadlılar paytaxtları Akkad olan bir semit xalqı idi. E.ə. 2000-ci ildən sonra Şumer-Akkad bir dövləti zəifləyir və daha sonra Babil və Assuriyanın genişlənən imperiyaları tərəfindən udulur. Şumer yaradılış mifində, Ananaj, Anunnaki və ya Böyük Anu Oğulları kimi tanınan mələklər onların mədəniyyətinin qurucuları idilər. Mələk (angel), Ananaj və Anakim adlarının çox oxşarlığı var. Maraqlıdır ki, Anunnaki fonetik olaraq iudaizmdə adı keçən nəhənglər irqi olar Anakim ilə oxşardır. Onlar "Parlayanlar" kimi tanınırdılar. Parlayanlar haqqında ən erkən məlumatları dörd əsas mənbədən əldə etmək olar. Birinci mənbə, Nippur kitabxanasından olan Şumer lövhələrində onlara Ananaj deyilir. İkinci, Enox kitabında onlara mələklər, gözətçilər və Nefilimlər kimi istinad edilir. Üçüncü, Yubelum (Jubilee) kitabında. Dördüncüsü isə, İncilin Yaradılış kitabında onlara Elohim adı verilir. Şumer dilində "El" adətən Tanrı kimi tərcümə edilir, lakin qadın cinsində "Elohim" "El"-in cəmidir. Yaradılış kitabında "Elohim" ifadəsi də istifadə edilir. "El" parlaqlıq və işıqlanma deməkdir. Həqiqətən də, semit sözü olan "el" qədim dillərdə tapılır. Məsələn, anqlo-sakson əfsanələrində "elf" parlayan varlıq deməkdir və beləliklə, "el" təkcə "Tanrı" kimi deyil, həm də "parlayan varlıq" kimi tərcümə edilir, və cəm halda olan "Elohim", "parlayanlar" da ola bilər. Anunun iki oğlu var idi. Enlil, fırtına tanrısı, havanı və atmosferi idarə edirdi, Enki isə suyun hakimi idi. Enki həmçinin Ea və ya Oannes kimi tanınan müdrik idi, dənizdən gələn balıq varlıqlarına rəhbərlik edirdi. Enki balıq quyruğu olan keçi kimi təsvir edilirdi və bu təsvir, Oğlaq bürcünün işarəsinə bənzəyir. Enki və ya İr'in yoldaşı Ninki və ya Damkina idi, onların uşaqları isə Marduk və Nanç idi. Enlil, Bel və ya Bal kimi də tanınırdı və onun himayədar şəhəri Nippur idi, sonrakar o orabı Anunun adından idarə edirdi. Ninlil və ya Ninkarsag yerin hakimi idi. Erkən şumerlər özlərini böyük ana ay tanrıçası Ninkarshaqın südü ilə daim bəslənən kimi təsvir edirdilər. Suriyalılar onu Atarqatis, su pərisi kimi tanıyırdılar. Enlil və Ninlilin oğlu olan müharibə tanrısı Ninurtu, həmçinin Nimrod kimi də tanınırdı və Horus və Osiris kimi Orion ulduz bürcü ilə əlaqələndirilirdi. Burada həmçinin Nana, ay tanrıçası, və Utu, günəş tanrısı, Oqmaş və Şamaş kimi də tanınırdı. Şamash sonradan Kral Hammurapiyə 29 qanunu verən hesab olunur. İnanna və ya İştar Venera ilə əlaqələndirilir və beşguşəli ulduzla simvolizə edilir. Şəkildə: E.Ə. 2300 aid Şumer lövhəsində, Anunnaklara aid olan İnanna, Utu və Enki tanrıları.
-
Bu yazıda paqanizmlə ibrani dinlərinin daha bir oxşarlığından, tanrılara verilən çoxsaylı adlardan danışılacaq. Əsmayi-hüsna - Allahın gözəl adları, islamda islam tanrısına verilən 99 addır. Məhəmməd peyğəmbərdən rəvayət hədislərdən birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Quranda qeyd olunan ilahi adlar 100-dən çoxdur; Müxtəlif hədislərdə Allaha aid edilən başqa adlar da vardır. Esma-i Hüsna kompozisiyasının bütün bunları geniş mənada ehtiva etdiyi, lakin bir termin olaraq daha çox doxsan doqquz adı ehtiva etdiyi qəbul edilir. İslama görə "Allahın şəxsi adı Allahdır. Digər adların bu adın hərəkətləri, xüsusiyyətləri və təzahürləri olduğu düşünülür." Həmin adlar və onların mənaları aşağıdakı kimidir: Allah: Hər adın xüsusiyyətlərini ehtiva edən öz ad. Özündən başqa ilahı olmayan yeganə Allah. Bu ad Uca Allahın bənzərsiz adıdır. Bu baxımdan başqa adlarla ifadə olunan bütün gözəl sifətləri və ilahi sifətləri özündə ehtiva edir. Yalnız digər adlar onların mənasına rəhbərlik etməlidir. Bu baxımdan heç bir ad Allahın adını əvəz edə bilməz. Bu adı məcazi olaraq Allahdan başqasına vermək olmaz. Onun başqa adlarından bəzilərinin Allahdan başqa adlar kimi verilməsi caizdir. Rəhman: Dünyadakı bütün məxluqata mərhəmətli, şəfqətli və xeyirxah olan. Rəhim: Axirətdə sadəcə möminlərə mərhəmət edən. Məlik: Mal sahibi, kainat, mülk sahibi və hökmranlığı daimi olan. Kuddus: O kəs ki, hər cür nöqsanlardan uzaq və hər cür nemətlərə layiqdir. Salam: Bütün təhlükələrdən qurtulmaq. O kəs ki, cənnətdə xoşbəxt bəndələrinə salam verir. Mömin: Güvən verən, əmin edən, qoruyan, iman nuru verən. Muheymin: Hər şeyi görən və nəzarət edən, hər bir varlığın etdiyindən xəbərdar olan. Əziz: Şərəf sahibi, hər şeyə qalib gələn, qarşısıalınmaz. Cabbar: O, əzəmətli və qüdrətlidir. İstədiyini edən və istədiyini elətdirəndir. Ona qarşı etiraz etmək mümkün deyil. Mütekebbir: Böyüklükdə tayı bərabəri olmayan Xalik: Yaradan, yoxdan var edən. Varlıqların keçirəcəyi halları təqdir edən. Bâri: Hər şeyi mükəmməl və mütənasib şəkildə yaradan. Musəvvir: Varlıqları formalaşdıran və onları müxtəlif xüsusiyyətlərlə yaradan. Qaffar: Günahları örtən və çoxunu bağışlayan. O kəs ki, istədiyini günahdan qoruyar. Kəhhar: İstədiyini etməyə qadir olan, qalib və hakim olan. Vəhhab : Qarşılıqsız nemət verən, çox ehsan verən. Rəzzək: Hər bir varlığın ruzisini verən və ehtiyacını ödəyən. Fəttah: Hər cür bəlaların aradan qaldıran. Alim: Əbədi və əzəli elmi ilə sirri və aşkarı, keçmişi, gələcəyi, hər şeyi bilən. Kəbid: O kəs ki, istədiyinin ruzisini daraldar və ruhuhu alar. Basit: O kəs ki, istədiyinin ruzisini genişləndirir və ruhunu verir. Hafid: O, kafirləri və fasiqləri zəlil edər. Rafi: Şərəf verib yüksəldən Muiz: O kəs ki, istədiyini əzizləyir Muzil: O kəs ki, istədiyini zəlil edər, xar edər və alçaq edər. Səmi: Hər şeyi ən yaxşı eşidən, duaları qəbul edən. Bəsir: Gizli açıq, hər şeyi ən yaxşı görən. Həkəm: Doğrudan batili ayıran mütləq hakim. Hikmət sahibi. Ədl: Mütləq ədalətli, yerli yerində edən. Lətif: Hər şeyi bilən, mərhəmətli və xeyirxah. Həbir: O, hər şeydən xəbərdardır. Hər şeyin gizli tərəfini bilir. Həlim: Cəzada tələsməz, yumşaq davranar, hilm sahibi. Əzim: Böyüklükdə bənzəri olmayan. Çox uca Qafur: Əfvi, bağışlaması bol olan Şəkur: Az əmələ çoxlu savab verən. Alliy: Uca, çox yüksək. Kəbir: Böyüklükdə bənzəri yox. Çox böyük Hafis: Hər şeyin qoruyucusu. Mukit: Ruzilərin yaradıcısı. Həsib: Bəndələrin hesabını ən yaxşı görəndir. Cəlil: Cəlal və əzəmət sahibi Kərim: Səxavətlə, bol lütf və xeyirxahlıqla verən və çox verən. Rəkib: Hər zaman hər varlığı, hər işi seyr edən. O, bütün işlərə cavabdehdir. Mucib: Dua və istəkləri qəbul edən. Vasi: O kəs ki, mərhəmət və qüdrət sahibidir, elmi ilə hər şeyi əhatə edir. Hakim: Hər şeyi hikmətli və hər şeyi hikmətlə yaradan. Vədud: Yaxşılığı sevən, yaxşılıq edənlərə xeyirxah olan. sevgiyə layiq. Məcid: Neməti sonsuzdur, izzəti çox ucadır, hər cür tərifə layiqdir. Bais: Axirətdə ölüləri dirildən, peyğəmbər göndərən. Şəhid: Zamansız, məkansız, heç yerdə mövcud olmayan və həmişə hər yerdə mövcud olan. Haqq: Onun mövcudluğu dəyişməz olaraq qalır. Mövcud olan, haqqı ortaya çıxaran. Vəkil: Qullarının işini bitirən. Ona güvənənlərin işini ən yaxşı nəticəyə çatdıran. Kafi: Onun qüdrəti üstündür və heç vaxt azalmır. Mətin: Güc və qüdrət mənbəyi, çox güclü. Vəli: Müsəlmanların dostu, onları sevən və onlara kömək edən. Həmid: O, hər cür tərifə layiqdir. Muhsi: O yaratdığı və yaradacağı bütün varlıqların sayını bilir. Mübdi: Maddəsiz, nümunəsiz Yaradan. Muid: O kəs ki, məxluqatını məhv edəcək, sonra dirildəcək. Muhyi: Canlandıran, yaratdıqlarına can verən. Mümit: Hər canlıya ölümü daddıran. Hayy: Əbədi həyatla diri olan biri. Kəyyum: Məxluqları varlıqda durduran. Zatı ilə möhkəm olan Vacid: Ondan heç bir şey gizli qalmayan, heç bir şeyə möhtac olmayan Macid: Böyük qüdrət və şöhrət sahibi olanın səxavəti çox olan. Vahid: Yeganə odur ki, mahiyyətində, sifətində və felində oxşarı və ortağı yoxdur. Səməd: Heç nəyə ehtiyacı olmayan, hər kəsin möhtac olduğu Qədir: O, istədiyini istədiyi kimi yaratmağa qadirdir. Müqtədir :İstədiyi kimi qənaət edən, hər şeyi rahatlıqla yaradan qüdrət sahibi Müqəddim: İstədiyini yüksəldən, önə sürən, irəli aparan. Muahhir : İstədiyini alçaldan, geriyə, sona qoyan Əvvəl : Əbədi, varlığın başlanğıcı olmayan. Ahir: Əbədi olan, varlığın sonu olmayan. Zahir: Yaratdıqları ilə varlığı aydın və aşkar olan, qəti dəlillərlə tanınan. Batin: Ağlın təxəyyülündən gizli olan . Vali: Bütün kainatı idarə edən və onların işlərini nizama salan. Mütəali: Son dərəcə əzəmətli. Bərr: Yaxşılığı və ehsanı bol olan Ət-Təvvab: Tövbələri qəbul edib və günahları bağışlayan. Müntəkim: Üsyançıları və zalımları cəzalandıran. Əfüvv: Əfviçox olan. Günahları bağışlayan Rauf: Çox mərhəmətli, çox şəfqətli Məlik-ül Mülk: Bütün əmlakın sahibi. Zül-Cəlali vəl İkram: Cəlal böyüklük, şərəf, kamillik və şərəf sahibi olan . Muksit: Məzlumun haqqını alan, ədalətlə hökm edən, hər şeyi bir-birinə uyğun edən. Cami: İki əksin birləşməsi. Qiyamət günü bütün məxluqları bir yerə toplayan. Qənni: Ehtiyacsız, möhtac olmayan hər şey Ona möhtacdır. Muğni: Müstəqil edən. Ehtiyacları bitirən, zəngin edən Mani: İstəmədiyi şeyin qarşısını alan. Əd-Darr: Zərər verənlərin yaradıcısı. Ən-Nafi: Faydalı şeylərin yaradıcısı. Ən-Nur: Aləmləri nurlandıran və istədiyinə nur verən. Hadi: Hidayət verən Bədi: Analoqu olmayan, bənzərsiz möcüzələr yaradan. (Tayı bərabəri olmayan). Baqi: O, əbədidir, sonu yoxdur. Varis: Hər şeyin əsl sahibi. Rəşid: Hidayətə ehtiyacı olmayan, doğru yolu göstərən. Sabur: Cəza verməyə tələsməyən. "Böyük Edda"dakı poemalardan biri olan "Qrimnir Nitqləri"ində (Grímnismál) Odinin 60-a yaxın adı sadalanır. Ümumi olaraq isə Odinin 170-ə yaxın adı qeydə alınıb. İslamda da olduğu kimi, hər bir adın Odinlə bağlı xüsusiyyətləri və təzahürləri var. Adlardan bəzilərini nəzərdən keçirək: Alfödr (Alfǫðr, «hamınıın atası») Atrid (Atríðr) Baleyq (Báleygr) Bölverk (Bǫlverkr, «yaramaz») Bivlindi (Biflindi, «zəhmli qalxan») Bileyq (Bileygr) Vavud (Váfuðr) Vak (Vakr) Valfödr (Valfǫðr, «mərhumların atası») Veqtam (Vegtamr, «səyyahlığa öyrəşmiş») Vidrir (Viðrir) Vidur (Viðurr) Qaqnrad (Gagnráðr, «qələbə ilə hökmranlıq edən») Qanqleri (Gangleri) Qaut (Gautr) Göndlir (Gǫndlir) Qlapsvinn (Glapsviðr) Qrim (Grímr) Qrimnir (Grímnir, «maska altında gizlənən») İqq (Yggr, «vahiməli, qorxulu») Kyalar (Kjalar) Odin (Óðinn) Omi (Ómi) Oski (Óski) Ofnir (Ófnir) Sann (Saðr) Sannqetal (Sanngetall) Svafnir (Sváfnir) Svidrir (Sviðrir) Svidur (Sviðurr) Svipul (Svipall) Siqfödr (Sigfǫðr, «zəfər atası») Sidqrani (Síðgrani, «uzun saqqal») Sidskeqq (Síðskeggr, «uzun saqqallı») Siddhött (Síðhǫttr) Skilvinq (Skilfingr) Tekk (Þekkr) Tridi (Þriði, «üçüncü») Tror (Þrór) Tud (Þuðr) Tund (Þundr) Ud (Uðr) Farmatür (Farmatýr) Fenq (Fengr) Fyölnir (Fjǫlnir) Fyösvinn (Fjǫlsviðr) Har (Hár, «yüksək») Harbard (Hárbarðr, «ağsaqqal») Helblindi (Helblindi) Henqikyöft (Hengikjǫptr, «əngi sallaq») Herteyt (Herteitr) Heryan (Herjann, «döyüşçü», «ordu başçısı», eynherlərin başçısı) Hnikar (Hnikarr, «ixtilaf salan») Hnikud (Hnikuðr, «ixtilaf salan») Hroft (Hroptr, «döyüşçü») Hroftatür (Hroptatýr) Hyalmberi (Hjálmberi) Yavnhar (Jafnhár, «bərabər hündür») Yalk (Jálkr) Tanrıların çoxsaylı adlarına digər dinlərdə də rast gəlinir. Məsələn, vişnuizmdə ali tanrı olan Vişnunun "Vişnu Sahasraname"yə görə 1000 adı var.
-
Hazırki mövzuda şimal paqanizminin xristianlıq rəvayətlərinə daha bir oxşarlığından söz açacağıq. Baldr - As qrupuna daxil olan tanrılardan biri, Odinin və onun həyat yoldaşı Friqq ilahəsindən ikinci oğludur. Qədim skandinavların "Parlayan Tanrı" adlandırdıqları Baldr, hamı və bütün digər tanrılar tərəfindən sevilirdi. O heç kimə pislik edə bilməzdi və heç kim də ona pislik edə bilməzdi. Baldr Nannanın əri və Forsetinin atası idi və onlarla birlikdə cənnətin qədim skandinav ekvivalenti hesab oluna bilinən Breidablikdəki palatasında yaşayırdı. Bu yerdə əxlaqsız və natəmiz heç nə ola bilməzdi, ona görə də dünyanın bütün məhkəmələrinin ən böyüyü burada idi; onun sayəsində Breidablikdə ədalət bütün tərəfləri tamamilə qane edirdi. Baldrın özü kimi mükəmməl bir həyatının ironiyası onun həyatını itirməsinin özəlliyindədir. Parlayan Tanrı məhz ölüm epizoduna görə xatırlanır. Bir tanrının ölümü, tanrıların ölməz və yenilməz olduğuna dair ümumi inancdan maraqlı bir uzaqlaşmadır. Yunan və Roma panteonunun bütün tanrıları əbədi mövcud idi, bu, qədim inanclar üçün standartdır. Halbuki Skandinaviya mifologiyasında bütün tanrılar ölməli idi. Bütün Aslara məlum olan vaxt və məkan müəyyən idi və hamı bilirdi ki, tanrılar yıxılacaq və dünya qaçılmaz Raqnarokla qarşılaşacaq. Balderin ölümü Raqnarokun müjdəçisi idi, ona görə də ən təmiz tanrının ölümü təkcə kədərləndirici deyil, həm də qorxuncdur. Baldrın ölümü Böyük Edda əsərində daha yaxşı təsvir olunmuşdur. Lakin, buradakı maraqlı aspekt xristinalıqla olan paralellərdir. Odin və İsa Məsih kimi Baldr də qaçılmaz ölümünü bilirdi. Baldrı kor tanrı Höd öldürür. Kor tanrılar taleyin və hökmün əksidir (Themis, Triglav). İsa da onun kimi mühakimədən (ədalətsiz, yəni “kor”) keçir. Onun qatilləri “nə etdiklərini bilmirlər” (Luka 23:34), yəni onlar əslində kordurlar. Höd Balderi bağamburc iynəsi ilə öldürür (Mistlteinn, “Dumanlı Tiyə”), yəni. Allahın Oğlunun Ox/Nizəsi ilə. Ölümdən sonra Baldr Helə, Məsih isə Ölülər Dünyasına enir. Lakin sonra hər iki tanrı dirilir ki, bu da onları Hind-Avropa panteonlarındakı ölən və dirilən (günəş və bahar) tanrılarının arxetipinə bənzədir. Baldrın ölümündən sonra tanrılar dünyanı dolaşır və hər şeydən (məxluqlardan və əşyalardan) Baldrın ölümü üçün ağlamağı xahiş edirlər ki, bu da bir növ “evangelizm” adlandırıla bilər. Onun ölümündən sonra Fimbulvetr adlanan apokaliptik dövr başlayır. Bu, Əhdi-Cədid mifindəki Dəccal hökmranlığına bənzəyir. Maraqlıdır ki, Fimbuvetr də Yəhyanın Apokalipsisinə görə Dəccal Hökmranlığı kimi üç il davam edir, lakin bu, İsa Məsihin ölümü ilə dirilməsi arasında üç günü də göstərə bilər. Baldr atası Odinin öldüyü Apokalipsisdən (Ragnarok) sonra diriləcək. Bundan sonra Baldr xristianlıqda hökmün/gücün Atadan Oğula ötürülməsinə bənzəyən bir yolla, yeni ali tanrıya çevriləcək (hakimiyyəti atasından sülalə olaraq miras alır). Biz bu motivi bir çox ənənələrdə görə bilərik, burada (səmavi) Ata dünya üzərində hakimiyyəti öz (günəş) Oğluna verir və özü də təqaüdə çıxır. Pravoslavlarda bu, belə bir çaşdırıcı ifadəni xatırladır - "Allah öləndə Nikola allah olacaq." Bu həm də qədim teoloji motivdir, ona əsasən Yaradan Tanrı-Demiurq Dünyanı yaradaraq onun üzərində hakimiyyəti arxontlara, “tanrılara” ötürür. Odin (Qaranlıq) Göy Tanrısıdır. Onun oğlu Baldr Günəş, bahar tanrısıdır, İncil mifinə paralel misal gətirsək, o, Oğuldur, Odin isə (hamının/Allfather) Atasıdır. Lakin artıq qeyd etdiyimiz kimi, İncil hekayəsi çərçivəsində Oğul Ata ilə həm də mahiyyətcə eynidir. Səma ayrı bir obyekt deyil və bir çox ayrılmaz hissələri üzərində yerləşən və ona daxil olan Ay, Ulduzlar və Günəşi ehtiva edir. Onlar Vahid Səmanın təzahürləri, emanasiyalarıdır. Günəş Səmadan ayrılmazdır (sanki dəmirçi allah tərəfindən ona “mixlanmışdır”) və Oğul da Atası ilə birdir. Oğul Atasının yenidən doğuluşu (və ya davamıdır).
-
“Və həmin gecə Rəbbin sözü Natana vaqe oldu” (İncil, 2-ci Padşahlar Kitabı, 7-ci fəsil) 9 Paula bir gecə vəhy gəldi: makedoniyalı bir adam göründü və ona dedi: Makedoniyaya gəl və bizə kömək et. (İncil, Müqəddəs Həvarilərin İşləri, 16-cı fəsil) “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!” (Quran-i Kərim, əz-Zumər, 42). Ferdinand Bol «Mələyin peyğəmbər İliyaya görünməsi». Ferdinand bu əsəri Rembrandtın emalatxanasında dərs aldıqdan sonra yaratmışdır. Əsərdə Bibliya süjeti olan və 3-cü Padşahlar kitabının 19-cu fəslində bəhs olunan Mələyin İliyaya görünməsi səhnəsi əks olunmuşdur. Bu fəslə əsasən İliya səhraya çəkilir və ardıc kolunun altında uzanıb Rəbbdən özünə ölüm diləyir. Bu yerdə o yuxuya gedir, bu zaman Mələk peyda olur, ona toxunur və deyir: qalx, yemək ye (və iç). İliya bu zaman başının yanında su kuzəsi və lavaş görür. Yeyir və yenidən yuxuya gedir. Rəbbin mələyi yenə görünür, ona toxunur və deyir, ye (iç) çünki qabaqda uzun yol var. İliya yenə yeyir- içir, və 40 gün səhrada yol getdikdən sonra Horiv (Sinay) dağına çatır. Burada gecə yatarkən Rəbbdən ona yenə vəyh gəlir. İncil, Tövrat, Zəbur və digər dini kitablarda təsvir olunan süjetlərdə insanların ali varlıqlarla ünsiyyəti daha çox yuxu ilə oyanıqlığın zərif sərhəddində, trans vəziyyətində, gecə vaxtlarında baş verir. Elmə insan beyninin elektrik aktivliyinin elektroensefaloqrafiya ilə ölçülən bir neçə ritmi məlumdur. Bu ritm tezliklərlə ölçülür: Qamma ritm (y-ritm) – 40 HZ - 100 HZ arasında. Beynin yüksək konsentrasiya tələb edən işlər gördüyü zaman müşahidə olunur. Beta ritm (β-ritm) – 14 HZ- 40 HZ arasında. Beynin adi iş prosesində, açıq gözlərlə, hər hansısa adi prosesi müşahidə edərkən qeydə alınır. Alfa ritm (α-ritm) – 8-13 HZ arasında. İnsan gözlərini qapadanda və özünü azca boşaldanda başlayır. Relaksasiya və meditasiya zamanı beynin iş rejimi bu ritmə köklənir. Teta ritm (θ-ritm) – 4-8 HZ arasında. Bu ritm insanın sakit və rahatlaşmış halı yuxululuğa keçərkən müşahidə olunur. Bu vəziyyət inqiraz da adlanır. Psixologiyada buna şüurun dəyişilmiş vəziyyəti də deyilir ki, bu zaman insan ani, yuxuyabənzər obrazlar, səslər, hətta heç yerdə görmədiyi obrazlar və məlumatlar eşidə bilər. Bu zaman şüur və altşüur bir araya gələ bilir. Delta ritm (δ-ritm) – 1-4 HZ arasında. Bu ritm insanın dərin yuxuda olduğu zaman qeydə alınır. Bu zaman insan yuxu görmür. Astral proyeksiya və idarəediləbilən (aydın) yuxular ezoterikada və okkultizmdə hər ikisi vücuddankənar təcrübələrə aid edilir. Vücuddankənar təcrübələr insanın fiziki bədənindən kənarda yaşadığı olaylara deyilir. Bir çox insanlarda bu kliniki ölüm zamanı, koma və s. vəziyyətlərdə müşahidə olunur. Lakin, bu vəziyyəti daimi, spontan olaraq yaşayan, və ya planlı şəkildə həyata keçirən insanlar var. Bu fenomenlər bir çox qrup araşdırmaçılar tərəfindən uzun illərdir araşdırılır və mən də həmin qrup insanlardanam. Bu cür qruplara rusdilli internetdə “Dream hackers” kimi tanınan və daha çox anonim niklərlə təmsil olunan qrupu misal gətirmək olar. Qeyd etmək istərdim ki, bu mövzuda bir çox praktiklər bu iki fenomeni – astral proyeksiya və yuxuları bir-birinə qataraq, eyni fenomen hesab edirlər. Lakin, bu yanlışlıqdır, idarədilən yuxular adi yuxulardan onlarda şüurun mövcud olması ilə fərqlənir və daha çox alt-şüurun iştiraki ilə müşayət olunur. Astral proyeksiya isə real zərif plan (dünya) hesab olunur və obyektiv aləmdir. Hətta beynin aktivlik ritmləri bu iki fenomendə fərqlilik təşkil edir; teta ritm (4-8 HZ) qeyd etdiyimiz kimi, yuxulara təsadüf edir və idarəedilən yuxularda da eyni ritm müşahidə olunur. Astral proyeksiya isə beynin bir az daha aktiv ritmində, alfa ritmdə (8-13 HZ) müşahidə olunur. “Astral” termini bəzi adamlar tərəfindən “new-age” ilə əlaqələndirilsə də, bu sözdən hələ kimyagərlər istifadə ediblər. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bu termin teosoflar tərəfindən populyarlaşdırılıb. Bunların arasında Anni Bezant, Çarlz Ledbiteri misal gətirmək olar. Kosmologiyada astral fiziki plandan (müstəvidən) sonra birinci metafiziki plan hesab olunur, lakin mental plandan (yuxu) daha “sıx” hesab olunur və bu da yuxarıda qeyd etdiyimi kimi, praktik nöqteyi nəzərdən həqiqətə yaxındır. Astral plana həm də bəzən “istəklər” və “emosiyalar” planı deyilir və Yelena Blavatskaya kimi məşhur teosofların əsərlərində “kama” (sanskrit) planı adlanır. İlkin teosofiya ədəbiyyatında (məs. Blavatskaya) “astral” termini sonrakı ədəbiyyatlarda (Ledbiter) daşıdığı eyni mənanı daşımırdı. Blavatskayanın əsərlərində astral bədən emosional vücuda deyil, efir oxşarına və ya “linqa şarira” deyilir. Paramahansa Yoqananda "Bir Yoginin Avtobioqrafiyası" kitabında hind fəlsəfəsinin ənənəsində astral, mental və səbəb müstəviləri arasındakı fərqi izah edir. Onun sözlərinə görə, kimsə öləndə onun ruhu astral müstəviyə keçir. Burada o, keçmiş əməllərinin və ya karmasının bəhrələrini biçir və müvafiq olaraq ya fiziki bədəndə yenidən məskunlaşır, ya da daha yüksək səbəb müstəvisinə keçir. "Astral müstəvi" termini də sonradan başqalarının ruhlarının yaşadığına inandığı mövcudluq müstəvisi mənasına gəldi. Gizli təlimlərə görə, astral müstəvi meditasiya, mantralar və ya digər təlim və inkişaf formaları vasitəsilə astral bədəndə şüurlu şəkildə ziyarət edilə bilər. Maks Handelin qızılgül xaçlıları (rozenkreyser) haqqında yazılarına görə, Arzu Dünyasında (astral) fiziki aləmin əksinə, güc və maddə demək olar ki, bir-birindən fərqlənmir. “İstək əşyası” öz aramsız hərəkəti sayəsində bu dünyada məskunlaşan çoxlu varlıqların ən kiçik hisslərinə cavabdeh olan bir güc maddə növü kimi təsvir edilə bilər. O, bir neçə insanın və əşyanın eyni yerdə eyni vaxtda mövcud ola biləcəyini və başqalarının nə etməsindən asılı olmayaraq kifayət qədər müxtəlif fəaliyyətlərlə məşğul ola biləcəyini vurğulayır. Həm də deyilir ki, Arzu Dünyası ölülərin ölümündən sonra bir müddət onların astral bədənlərinin məskənidir və bu müstəvi fiziki dünya ilə kəsişdiyi üçün bu “ölü” varlıqlar çox vaxt kifayət qədər uzun müddət qalırlar. Yaşayan dostlarının yanında vaxt keçirirlər. O, həm də digər müxtəlif varlıq sinifləri arasında, bu səltənətin "yerli" sakinləri olan baş mələklərin evidir. Başqa bir nöqteyi-nəzərdən astral müstəvi ideyası fiziki dünyanın düşüncə və şüur dünyasından tamamilə ayrıldığı Dekartın dualizminin davamı kimi qəbul edilə bilər. Dualistik mövqe şüuru öyrənən nevroloqlar və əksər filosoflar tərəfindən çoxdan rədd edilib. Emanasiya və ezoterik nöqteyi-nəzərdən (fizikiizmin paradiqmalarını qəbul etməyən) astral müstəvi, kainatın bilavasitə əvvəlki və fiziki olanı doğuran, həqiqi metafizik və ontoloji reallıq kimi də qəbul edilir. Ardı var...
-
Odin və ya Votan (qədim skan. Óðinn) - German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir. Tanrıların atası (Allfather - Hər kəsin atası); Asqarddakı sarayı Valhalla və onun zalı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir. Bundan əlavə, yer üzü və səmanın hakimidir, onu daim iki köməkçisi, quzğunlar Huqin (düşüncə) və Munin (yaddaş) müşayət edirlər. Bu quzğunlar ona dünyadan xəbərlər gətirir. Bundan başqa, ona Freki və Geri adında iki qurd yoldaşlıq edir. Odinin yalnız günəş kimi parlayan tək bir gözü vardır. Digər gözünü müdriklik quyusundan su içə bilmək üçün fəda etmiş və sonsuz bilik əldə etmişdir. Xəbərçiləri valkirlər, vəfat etmiş döyüşçülərin ruhlarını Valhallaya daşıyırlar. İngilis dilindəki "Wednesday" (Çərşənbə günü) "Woden's Day" (Odinin günü) deməkdir. Heç vaxt hədəfdən yayınmayan nizəsi "Qunqnir", hər doqquzuncu gecədə yeni səkkiz üzük meydana gətirən üzüyü Draupnir və səkkiz ayaqlı atı Sleypnir vardır. Sleypnir suda, quruda və havada gəzə bilir. Rəvayətə görə Odin nizəsi ilə özünü Həyat ağacı İqqdrasildən asaraq qurban vermişdir. Bu element xristianlıqda İsanın ağacdan asılaraq qurban verməsi ilə oxşarlıq təşkil edir. Odin 9 gün Varlıq və Ruh ağacı olan Iqqdrasild'n başı aşağı asılarkən əzabları böyük idi: sonra o Runları eşitməyə və onları ağacda çizməyə başladı. Tanrılar və qəhrəmanlar haqqında qədim İslandiya mahnıları toplusu olan "Böyük Edda" əsərində bu hadisə belə danışılır. Runların əldə edilməsi Həqiqətə nail olmağı simvollaşdırır və doqquz gün və gecə başı aşağı sallanan bir əzabkeşin şüurlu bir hərəkətidir, O "Mən" indən imtina etməyə hazırdır. Tanrının fədakarlığı Ali Mənə keçid oldu və qəfil daxili vəhy adi şüur üçün əlçatmaz olan runlarin əsl mənasını dərk etməyə imkan verdi. Asılmış Odinin ağacın köklərinə yönəlmiş baxışları məvhumların mahiyyətinin dərkini simvollaşdırır. Xristianlıq əsrlər sonra Şimala gəldikdə, çarmıxdakı İsa Məsihin əzabları skandinaviyalılara İggdrasildə asılan Odinin əzabını xatırlatdı, buna görə də yeni xristianlıq dini onlar üçün məqbul idi. "Mən"dən imtina, həqiqət naminə özünü inkar - bu əsas məqamlarda xristianlıq və Şimal xalqlarının qədim inancları oxşar idi. Şəkillərdə: Tanınmış Taro arkanı olan "Asılmış adam" və İqqdrasildən asılan Odinin illüstrasiyası
-
Şumerdə magiya həyatın əsasını təşkil edirdi. Şumerlər dörd əsas coğrafi səmtə və dörd ünsürə sitayiş edirdilər. Məhz buna görə də hər hansı bir ritualın əsas atributu mərkəzində qonom, mənsubiyyət simvolu və ya büt olan xaç idi. Şumerlərin qara magiyası dövrümüzdə geniş yayılmış magiya ilə qarışdırmaq olmaz. Qara magiya çoxlarının düşündüyü kimi mütləq pislik deyil, universal və insan ehtiyaclarını və istəklərini təmin etmək üçün nəzərdə tutulmuşdur. Amma insanların özlərinin nə istəməsi tamam başqa sualdır. Şumer magiya ritualları Hər bir ritual yalnız bir qaranlıq tanrının iştirakını nəzərdə tuturdu. Yalnız Şumer Yeni ilində bütün on iki cin rituala daxil edilirdi. Yeraltı Dünyanın qüdrətli qüvvələrinin bu festivalında ən güclü hesab olunan magiya ritualında qara öküz qurbanı edilirdi. Öküz səmavi tanrılar arasında müqəddəs heyvan sayılırdı. O, tanrıça Annlura tərəfindən himayə olunan Müqəddəs İnək kultuna mənsub idi. Buna görə də, Qaranlıq tərəfin qurbanı və sakitləşməsindən sonra kahinlər Annlura məbədinə bəxşişlər gətirərək ondan bağışlanmalarını xahiş edirdilər. Qara Şumer magiyasının atributları elə də müxtəlif deyil. Bəzi əşyalar qurban kəsilmiş öküzdən hazırlanır. Məsələn, ritual şeypuru öküzün sol buynuzundan, ritual nağarası isə öküz dərisindən hazırlanırdı. Şumerlərin magiya ritualları üç qrupa bölünür: xidmət, dəfn, təmizlənmə və müqəddəsləşdirmə. Bütün rituallar ritualı yerinə yetirən ustanın konsentrasiyasına, düşüncələrinin gücünə əsaslanırdı. Şumer maqları bütün rituallarda küknar və sərv kimi müxtəlif buxurdan istifadə edirdilər. Qurban şərabı deyilən şey də bütün ayinlərdə iştirak edirdi. Bu qırmızı şərab üç gün paklaşdırılırdı. Un və qaymaqdan müxtəlif ritual kuklaları hazırlamaq üçün istifadə olunurdu ki, bu da şumer magiyasını vudu dininə yaxınlaşdırır. Şumer ritualları çox mürəkkəb bir quruluşa malikdir. Maqın yerinə yetirdiyi hərəkətlərin sırasını nəzərdən keçirək. Birincisi, maq bütün lazımi atributları öz yerlərində yerləşdirir, sonra dörd əsas səmtə baş əyir. Sonra buynuzu müqəddəs qurbanlıq şərabla doldurur və ətirli yağla müqəddəs məsh edir. Sonra ustad tanrının bütü və ya onun Qonomunu xaçın tələb olunan tərəfinə qoyur, sol əlinin şəhadət barmağından ritual buynuza dörd damcı qandan qurbanlıq axıdır. Maq dörd qurtum içdikdən sonra qalan şərabı xaçın dörd tərəfinə səpir və özünü onun ortasına qoyur. Bu hazırlıq mərhələsindən sonra qurban kəsmə anı gəlir. Qurban hər şey ola bilər. Bu qurban kəsilən tanrıdan asılıdır. Heyvanı bağlayıb dörd dəfə ritual dirəklə vururdular, yaralardan axan qanı bütə və onun ətrafındakı torpaqlara yuyardılar. Əgər tanrı qurban tələb etmirdisə (bu son dərəcə nadir hallarda olurdu), onda hər cür yemək və çiçəklər torpağa basdırılırdı. Ayin başa çatdıqdan sonra, maq mütləq dəstəmaz alır və gecənin qalan hissəsini açıq havada keçirir ki, ayində iştirak edən tanrının onun üçün göndərdiyi enerjini bədəni qəbul etsin. Şumerlərdə çoxlu müxtəlif tanrılar və cinlər var idi. Əsas olanlar bunlardır: Anunnaki - yeraltı dünyada yaşayan dörd cin; od tanrısı İşum; xəstəliklər və lənətlər göndərən iblis Asakku; Balbeiro yeraltı dünyanın ən yaşlı iblisidir; dostları ayıran və düşmənçilik toxumu səpən iblis Labasu; magiya və elmin hamisi olan, yeraltı dünyanın kralı Nabu və s. Qədim şumerlərin Qaranlıq qüvvələrə açıq bir meyli var idi. Xristian inancı müəyyən dərəcədə bu vəziyyətin əks-sədasıdır. Məbədlər Məsihin adı ilə tikilir, lakin demək olar ki, hər kəs yalnız Qaranlıq tərəfin verə biləcəyini istəyir: güc, pul, cinayətkarın cəzası və s. Şumer kahinləri hipnozu mükəmməl bilirdilər. Onlar ondan təkcə rituallar üçün deyil, həm də xəstələri müalicə etmək üçün istifadə edirdilər, bunu aşkar olunan abidələrdəki fraqmentlər sübut edir. Şumer kahinləri də hipnozun üç mərhələsini bilirdilər: yüngül, orta və dərin. Bu gün biz hipnozun bu üç dərəcəsini eyni şəkildə ayırırıq.
-
Hər bir ezoterik praktika ilə məşğul olan eqreqorlarla bağlı kifayət qədər məlumata sahib olmalıdır. Astral praktika da istisna deyil. Yəqin ki, bir qrup insanın gördüyü işin, bir insanın gördüyü işdən çox zaman daha məhsuldar olduğunun hamı fərqindədir. İnsanların və digər varlıqların diqqətləri bir ideya ətrafında uzun müddət cəmləşəndə metafizik planda bu, eqreqor adlanan enerji-informasiya varlıqlarının yaranmasına gətirib çıxarır. Bu varlıqlar psixi enerji ilə qidalanır. Okkultizmdə birinci və vacib tezislərdən biri deyir: diqqətin haradadırsa, enerji(n) də oradadlr. Eqreqorlar bəşəriyyət yaranandan var. İlk və ibtidai eqreqorlar ailə, qəbilə, qədim allahların inanclarından yaranan eqreqorlar olublar. Eqreqorlarla təmas qaçılmazdır, belə ki, bəşəriyyət onların mövcud olduğu reallıqda mövcüddür. Futbol matçı gedən zaman ora astral plandan baxsan, stadionun üzərində bulud şəklində hər iki komanda azarkeşlərinin enerjisindən yaranan eqreqorları görmək olar. Eqreqorlar mahiyyət etibarilə şüursuz varlıqlardır və onlara qoyulmuş proqram çərçivəsində fəaliyyət göstərirlər, lakin şüurlu varlıqlar kimi onlar da ölürlər. Eqreqorları qidalandıran enerji-toplum məhv olarsa, bu da onların məhvinə və ya "yuxuya" getməsinə gətirib çıxarır. Bir sıra məhv olmuş eqreqorlara, qədim qəbilələr, fəaliyyətini dayandırmış strukturlar, ibtidai insanların sitayiş etdiyi paqanizm dinləri və s. aiddir. Astral və bu kimi ezoterik praktikalarda eqreqorlardan və onun gücündən istifadə olunur. Eqreqorlar daha çox insanları manipulyasiya edən və onların həyatını dağıdan strukturlar kimi tanınsa da, bu onların mahiyyətini başa düşməməkdən irəli gəlir. Təcrübəli ezoterik eqreqorların imkanlarından çox faydalana bilər.
-
Welcome to Pages! Pages extends your site with custom content management designed especially for communities. Create brand new sections of your community using features like blocks, databases and articles, pulling in data from other areas of your community. Create custom pages in your community using our drag'n'drop, WYSIWYG editor. Build blocks that pull in all kinds of data from throughout your community to create dynamic pages, or use one of the ready-made widgets we include with the Invision Community. View our Pages documentation
-
"Üstdə olan altda olan kimi, altda olan isə üstdə olan kimidir." kimi təqribən latıncadan tərcümə olunan bu ifadə Hermetizm fəlsəfəsinin əs deyimi və prinsipi hesab olunur. Hermetizmin əsas mənbəyi sayılan "Zümrüd Lövhələr"inin ikinci beytində ilk dəfə rast gəlinən deyimdir. "Zümrüd Lövhələri" - səkkizinci əsrin sonu və ya IX əsrin əvvəllərində ərəb mənbəsində ilk dəfə çıxan qısa Hermetik mətndir. Sözügedən parafraz "Zümrüd Lövhələr"inin bir neçə mövcud Latın tərcümələrindən birinə əsaslanır, həmin ikinci beyt aşağıdakı kimidir: Quod est superius est sicut quod inferius, et quod inferius est sicut quod est superius. Şəkildə: Adı çəkilən prinsipi özündə ehtiva edən, "Rayder Uayt" tarosuna aid olan, "Maq" arkanı.
Müəllif hüquqları
Saytda və forumda paylaşılan bütün məlumatlar Ordenə məxsusdur və müəllif hüquqları ilə qorunur. Bütün paylaşımlar və nüsxələrin çıxarılması yalnız mənbəyə istinad verməklə icazə verilir.
Copyrights
All information published on the site and the forum is owned by the Order of Red Gonrul and protected by copyrights. All sharing and copying is permitted only with reference to the source.