Hermanubis Posted May 3, 2024 Posted May 3, 2024 Odin və ya Votan (qədim skan. Óðinn) - German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir. Tanrıların atası (Allfather - Hər kəsin atası); Asqarddakı sarayı Valhalla və onun zalı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir. Bundan əlavə, yer üzü və səmanın hakimidir, onu daim iki köməkçisi, quzğunlar Huqin (düşüncə) və Munin (yaddaş) müşayət edirlər. Bu quzğunlar ona dünyadan xəbərlər gətirir. Bundan başqa, ona Freki və Geri adında iki qurd yoldaşlıq edir. Odinin yalnız günəş kimi parlayan tək bir gözü vardır. Digər gözünü müdriklik quyusundan su içə bilmək üçün fəda etmiş və sonsuz bilik əldə etmişdir. Xəbərçiləri valkirlər, vəfat etmiş döyüşçülərin ruhlarını Valhallaya daşıyırlar. İngilis dilindəki "Wednesday" (Çərşənbə günü) "Woden's Day" (Odinin günü) deməkdir. Heç vaxt hədəfdən yayınmayan nizəsi "Qunqnir", hər doqquzuncu gecədə yeni səkkiz üzük meydana gətirən üzüyü Draupnir və səkkiz ayaqlı atı Sleypnir vardır. Sleypnir suda, quruda və havada gəzə bilir. Rəvayətə görə Odin nizəsi ilə özünü Həyat ağacı İqqdrasildən asaraq qurban vermişdir. Bu element xristianlıqda İsanın ağacdan asılaraq qurban verməsi ilə oxşarlıq təşkil edir. Odin 9 gün Varlıq və Ruh ağacı olan Iqqdrasild'n başı aşağı asılarkən əzabları böyük idi: sonra o Runları eşitməyə və onları ağacda çizməyə başladı. Tanrılar və qəhrəmanlar haqqında qədim İslandiya mahnıları toplusu olan "Böyük Edda" əsərində bu hadisə belə danışılır. Runların əldə edilməsi Həqiqətə nail olmağı simvollaşdırır və doqquz gün və gecə başı aşağı sallanan bir əzabkeşin şüurlu bir hərəkətidir, O "Mən" indən imtina etməyə hazırdır. Tanrının fədakarlığı Ali Mənə keçid oldu və qəfil daxili vəhy adi şüur üçün əlçatmaz olan runlarin əsl mənasını dərk etməyə imkan verdi. Asılmış Odinin ağacın köklərinə yönəlmiş baxışları məvhumların mahiyyətinin dərkini simvollaşdırır. Xristianlıq əsrlər sonra Şimala gəldikdə, çarmıxdakı İsa Məsihin əzabları skandinaviyalılara İggdrasildə asılan Odinin əzabını xatırlatdı, buna görə də yeni xristianlıq dini onlar üçün məqbul idi. "Mən"dən imtina, həqiqət naminə özünü inkar - bu əsas məqamlarda xristianlıq və Şimal xalqlarının qədim inancları oxşar idi. Şəkillərdə: Tanınmış Taro arkanı olan "Asılmış adam" və İqqdrasildən asılan Odinin illüstrasiyası Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.