Master X Posted July 8, 2024 Posted July 8, 2024 Tot Hermes Trismegistus (Thoth Hermes Trismegistus) və ya Merkuri (Trismegestus – Üçqat böyük anlamına gəlir) insan bədənli ibis (durnaya bənzər quş) başlı, başının üzərində aypara təsvir olunan qədim Misirin ay tanrısıdır. Onun simvolu qanadlı ilandır. O, müdriklik, hərf və zaman tanrısı hesab olunurdu. Lakin o, təkcə misirlilərə məlum deyildi. Şumerlər onu Ningizzida, yəhudilər, güman ki, Enox, skandinavlar Odin, tevtonlular Votan ilə assosiasiya edirdilər. Ola bilsin ki, hindlilərin Buddası da onunla eyniləşdirilirdi. İslamda isə sabilərin peyğəmbəri olan İdris ilə eyniləşdirilir. Xristianlıqda müqəddəs “üçlüyün” (ata, oğul və müqəddəs ruh) hermetizmdən gəldiyi düşünülür. Tanrı olmazdan əvvəl Hermes, Misirin ilk filosofu və qədim biliklər məktəbinin banisi idi. O, 40-dan çox kitabın (Zümrüd tableti, Tot və Müəqddəs Paymandr kitabı) müəllifi olub. Kitablarda tibbdən tutmuş, kimyaya, hüquqa, incəsənətə, musiqiyə, ritorikaya, magiyaya, fəlsəfəyə, coğrafiyaya, riyaziyyata, anatomiyaya və natiqlik sənətinə aid bilgilər toplanmışdı. Tot kitabı heroqliflə yazılıb, qızıl qutuda saxlanılır. Mistik biliklər məktəbi Karnaka Ustad Sənətkar Kral Məktəbi kimi də tanınır. III Tutmos tərəfindən əsası qoyulub. Ona inanılır ki, məktəbin əsasını qoyanlar Şumerdən gəliblər. Bu məktəb, həmçinin Ali Ağ Qardaşlıq kimi də tanınırdı. Hermetizm ideyaları sonradan bir çox ezoterik və okkult cəmiyyətlərin də ana ideyasını təşkil etməyə başladı. Qızılgül və Xaç qardaşlığı (Rozenkreyserlər) öz məktəblərini Hermeslə bağlayır. Eyni zamanda, hermetizm masonluğun da əsasını təşkil edir. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.