Master X Posted July 8, 2024 Posted July 8, 2024 Şumer panteonunun ən əsas tanrısı An (Akkadlılara görə isə Anu) idi. O, səma allahı olaraq, həm də cənnətin ağası hesab edilirdi. Enlil: şumerlərin ikinci ən böyük tanrısı Panteonda ikinci pillədə hava, külək və tufan allahı Enlil dururdu. O, An ilə Kinin övladı idi. Atası öləndən sonra o, tanrıların rəhbəri funksiyasını yerinə yetirməyə başlayır. Onu bəzən tanrıların yaradıcısı da hesab edirlər. Enki: insanın yaradıcısı Akkadlılar və babillilər onu Ea adlandırır. O, müdriklik və magiya tanrısı, eyni zamanda insan nəslinin yaradıcısı idi. İnanna: əsas tanrıça Assuriyalılar və babillilər ona İştar deyirdilər. Cinsəllik, ehtiras, sevgi və müharibə tanrıçası idi. Şumer yeddiliyi Şumer panteonunun əsas tanrıları olan An, Enlil, Enki və İnannadan başqa, daha üç tanrı da vardı. Onlardan biri günəş və ədalət tanrısı Utu idi. O, İnannanın əkiz qardaşı idi. Digər tanrıça – Ana ilahə – Ninhursaq idi. Eyni zamanda o, bolluq, təbiət və yaşam tanrısı idi. Əlavə olaraq, Ninhursaq, qadınların və uşaqların, xüsusilə də, hamilə qadınların və kiçik yaşlı uşaqların himayədarı idi. Yeddilikdə sonuncu tanrı ay və müdriklik tanrısı Nanna idi. Bəzən o, İnannanın atası hesab olunurdu. 1 Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.