Master X Posted July 8, 2024 Posted July 8, 2024 Bu məqalə Orfey – qədim yunan ezoterizminin başlanğıcı, həmçinin insanlığı aydınladan Delfi məbədi haqqındadır. Dünya sivilizasiyasının iki beşiyi olan Misir və yunan sivilizasiyaları arasında uzun bir sürədə bağlılıq mövcud olmuşdur. Bu təsir daim təktərəfli qaydada, yəni yeninin qədimdən, şagirdin müəllimdən təsiri kimi anlaşılmalıdır. Bir sözlə deyə bilərik ki, yunan sivilizasiyası Misirdən çox böyük ölçüdə təsirlənmişdir. Misir paqanizmindən 2 axın doğdu: 1. İudaizm (Tanrı Yehovah Musanı öyrətmişdi); 2. Orfeizm (Tanrı Zeus Orfeyi öyrətmişdi) Yunan uyqarlığının qurucularından olan Orfey (Orfeus), eləcə də, sonralar bu yolu davam etdirən Evklid, Siseron, Herodot, Pifaqor və Platon kimi filosoflar, fəlsəfə məktəbləri və din qurucularının hamısı Misirdə, məşhur “Osiris məbədi”ndə inisiasiya olunublar. Orfeyin atasının Trakya kralı Oiagros olduğu deyilir. Musiqi alətində ifa etməyi Apollondan öyrənmişdir. Bu alət, Apollonun Hermesdən aldığı 7 simli lira idi. Onun kral Midasa Eley (Eleusis) sirlərini və ayinlərini öyrətdiyi deyilir. Orfey tanrı Apollona tapındığı üçün Baküs (Bacchus) ayinində öldürülmüşdü. O, Apollon dininin islahatçı lideri və Dionis kültünün qurucusudur, Osiris rahiblərinin ilk yunan tələbəsidir. Nuh tufanından sonra bəşəriyyət çox böyük geriləmə yaşadı. Sanki ibtidai yaşama qayıdıldı. Cəmiyyətdə anaxaqanlığı (matriaxat) quruluş hakim idi. Mu dinində Tanrının dişi tərəfini simvolizə edən Ay, qadınların üstün olduğu bütün cəmiyyətlərdə baş tanrıça statusuna yüksəldildi. Artıq Günəş tanrılarına olduğu kimi, Ay tanrısına da qurbanlar verilməyə başlandı. Apollon, Anadoluda ilk uyqarlığı yaradan Luvilərin günəş tanrısı idi. Ay tanrısına sitayişi isə Baküs dini tərəfdarları (Hekat rahibələri / Bakant) həyata keçirirdi. Bu iki toplum arasında barışmaz mübarizə getməkdə idi. Əslində bu mübarizə, cəmiyyətin matriaxat və ya patriaxat sistem üzərində inkişafını qətiləşdirmək üstündə idi. “Apollon” kəlməsi finikiya dilində “Evrənsəl ata” anlamına gələn “Ap O Len” sözündən yaranmışdır. Apollonun ilk olaraq, Anadoluda meydana gəlməsi, onun Atlantis kökənli olmasını sübut edir. Bundan əlavə, Apollona ithafən tikilmiş Delfi məbədində həyata keçirilən inisiasiyalar da bu bağlantıya sübutdur. Belə bir iddia var ki, Orfey, Apollonun şərəfinə tikilmiş Delfi məbədinin bakirə rahibələrindən birinin oğlu olub. Bu məbəddə olan rahibələrin bakirə olması zəruri idi. Belə çıxır ki, onda bakirə rahibə tanrı Apollondan hamilə qalıb. Bu inanış, sonradan digər inanışlara da siraət etmişdir. Örnək olaraq, xristianlığı göstərə bilərik – bakirə Məryəmdən İsanın doğulmasını. E.ə. 700-cü illərdə Yunanıstanda Apollon tərəfdarları azlıqda idi. Baküs tərəfdarları onları yox etmək üzrə idi. Buna görə, Orfey Yunanıstandan qaçdı və Misirdə Osiris rahiblərinə sığındı. O, burada inisiasiya edildi və təxminən 20 il burda yaşadı. Bundan sonra o, Apollon inancını yenidən qurmaq görəvi ilə Yunanıstana qayıtdı. O, Baküs dininin tərəfdarlarına qalib gəldi. Lakin yeni dini köhnə dinin (Baküs/Bachus dini) təməlləri üzərində qurdu. Nəticədə ortaya çoxtanrılı Zeus dini və Dionisis kültü çıxdı. Orfeik inanışa görə, ruh bədəndə sanki həbsdədir. İnsanın görəvi ruhu arındırmaq və azad etməkdir. Ruh, istər bu dünyada, istərsə də, o biri dünyada yalnız rituallar ilə arına bilər. Ölümdən sonra ruh, əgər insan həyatda doğru işlər görübsə, cənnətə, əksinə, pis işlərlə məşğul olubsa isə cəhənnəmə göndərilir. Mükafat və ya cəza aşamasından sonra ruh başqa bir bədəndə yenidən doğar. Yalnız üç dəfə doğru yaşam sürən bir ruh, yenidən doğuş yaşaya bilər. Yeddi simli lira musiqisinin müşayiəti ilə, göyün yeddi kürəsindən keçər və Uca Tanrı qatına çatar. Orfeik inanışa görə, tanrıların ən böyüyü Zeus, bütün kainatın özündən var olmuş tanrıdır. Dionisis isə onun oğlu, yəni təzahür etmiş İlahi Kəlamdır. Onun bir digər adı Horusdur. İnsanlar Dionisisin parçalarıdır. İnisiasiyalar isə insanoğlunun Hermesləri, yəni ikinci tanrılardır. Orfey, “Tanrılar bizdə ölür, bizdə dirilir” deyirdi. Yenidən doğuşa inanan Orfey, gerçək Tanrının tək, ikincil tanrıların isə sonsuz sayda və müxtəlif olduğunu qeyd edirdi. Göründüyü kimi, bakirə rahibə qadından doğulmuş olması, eləcə də Uca Tanrı ideyası Orfeyin xristianlığa böyük təsir etdiyini ortaya qoyur. Hətta erkən xristianlıqda bəzi mozaiklərdə bu elementləri görmək olar. Sonradan xristianlıqda Mitra elementlərinin aradan qaldırılması zamanı, Orfey elementlərinin də çıxarılmasını sezmək mümkündür. Orfey inisiasiyasının parolu “Evohe” idi. Misirdə “İod-He-Vau-He” şəklində tələffüz edilən bu kəlmə Musa tərəfindən işlədimişdi. Burada “İod”un Osirisi, “He-Vau-He”nin isə İsisi təmsil etdiyi deyilir. Bu kəlməni Pifaqor da işlətmişdir. Bu dönəmdə Orfeik inanc kimi Misirdən Yunanıstana başqa inanclar da daxil oldu. Bu, Hermesə ithafən adlandırılan “Hetairies”lər idi. Onlar da cəmiyyətə insanları inisiasiya vasitəsilə alırdılar. Hermesi müqəddəs sayan və misirlilər kimi ona üç dəfə ulu anlamına gələn “Trismagestis” deyən bu cəmiyyətin üzvləri özlərinə “Dionisis işçiləri” deyirdilər. Bu gün heyranlıqla izlənilən antik yunan əsərlərinin və İonik sütunlarının hər birinin altında bu işçilərin imzası vardır. Onlar bir-birilərini tanımaq üçün gizli işarət və kəlmələrdən istifadə edirdilər. E.ə. 594-cü ildə qəbul edilmiş “Solon qanunları” bu işçilərə bir çox imtiyazlar tanımışdır. Onlar ölkə ərazisində sərbəst gəzə bilərdilər və bir çox vergi imtiyazlarına malik idilər. Hər bir kəs müəyyən əxlaqi imtahanlardan keçdikdən sonra, müəyyən məbləğ ödəmək müqabilində Dionisis qardaşlığına üzv ola bilərdilər. Zamanla bu qardaşlıq sistemi Romada korporasiyalarda və “Collegia”da özünü biruzə verməyə başladı. Özlərinə məxsus binalarda (Schola) toplanan birlik üzvləri əcdadları kimi sirlərini saxlamaq üçün and içir və bu sirri digər nəsillərə ötürürdülər. Onlara da bir çox imtiyazlar verilmişdi. Göründüyü kimi bu oxşarlıqlar orta əsrlərdə digər birliklərdə özünü göstərdi. Orta əsr daş ustaları da bu imtiyazlara sahib idilər. Günəş tanrısı Apollon İşıqdır, tanrısal Nurdur. Ona ithaf edilmiş Delfi məbədinin qapısı üzərinə “Özünü tanı” ifadəsi yazılmışdı. 4 dorik sütun üzərində üçbucaq damdan ibarət olan Delfi məbədi, ezoterik təlimin təməllərini özündə əks etdirir. Bu 4 sütun, Mu dinindəki dörd yaradıcı gücün, Misir və Kabbala ezoterizmindəki dörd təməl elementin simvollarıdır. Bu 4 sütun həmçinin insanın var olduğu fiziki ortamı, dünyanı və mikrokosmosu təmsil edir. Dörd sütun üzərində ucu yuxarıya üçbucaq dam isə, insanın ucalmaq istədiyi Tanrını, yəni Makrokosmosu ifadə edir. Damının üç bucaqlı olması tanrısal üçləməni, yəni kutsal kəlamı – Oğulu bildirir. Hermetik Eleuisis gizəmlərinin mərkəzində, ölən və yenidən doğulan bir Tanrı-insan mifi vardır. Bu ayinlər baharın ilk gündönümü zamanında, təxminən otuz min insanın iştirakı ilə gerçəkləşdirilirdi. Ayaqyalın şəkildə müqəddəs Eleuisis məbədinə 30 kilometr məsafə qət edilirdi. İştirakçılar məbədin ətrafına dövrə vururdular. Ümid edirəm ki, bu səhnə sizlərə bir şeyi xatırladır. Yol boyunca oruc tutulur və qurbanlar kəsilirdi. İnsanlar əvvəllər inisiasiya olunmuş üzü maskalı şəxslər tərəfindən müxtəlif təcavüzlərə məruz qalırdılar. Bunun məqsədi, yeni inisiasiya olunacaq şəxslərin səbrini və dözümünü yoxlamaq idi. İzdihamın başında Dionisisin heykəli daşınırdı. Yeni namizədlər çılpaq şəkildə dənizdə çimdikdən sonra törənə aparılırdılar. Salona yalnız yeni namizədlər və əvvəllər inisiasiya olunmuş şəxslər daxil ola bilərdi. Namizədlər sirri saxlayacaqları üçün Dionisis üzərinə and içirdilər. İnisiasiya güclü musiqinin müşayiətilə, gur işıqlar vasitəsilə aparılırdı. Baş rahib (Hyorofan) Dionisis kimi geyirdi. Proses ölümü və yenidən doğuşu simvolizə edirdi. Ümumiyyətlə, yunan hermetik inisiasiyalarının məqsədi, törənə qatılanlara yeni nəsə öyrətmək deyil, yeni bir fərqliliyi yaşatmaq idi. Getdikcə Baküs dini tərəfdarları yenidən ortaya çıxdı və Orfey dini tərəfdarlarını yox etmək qərarına gəldilər. Hətta sonralar elə oldu ki, Orfeyin real şəxsiyyət olması belə şübhəli məqama çevrildi. Bu inancın daşıyıcıları özlərini müdafiə etmək üçün üzdə özlərini Baküs dini tərəfarları kimi göstərsələr də, altda öz inanclarını saxladılar. Hətta e.ə. 570-ci ildə anadan olmuş Pifaqor belə, Delfi məbədində inisiasiya edildi. O da Orfey kimi Misirə, Memfisə getdi, orda 22 il qaldı və Osiris qardaşlığı cəmiyyətinə üzv oldu. ************************************ Qaynaq: • Cihangir Gener – Ezoterik, Batini Doktrinler Tarihi • Edouard Schure – İnsanlığı Aydınlatan Büyük İnisiyeler/Dinlerin Gizli Tarihi • Lady Queenborough &Edith Starr Miller – Occult Theocracy • Charles Freeman – Mısır, Yunan, Roma (Antik Akdeniz Uygarlıkları) 1 Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.