Jump to content

Recommended Posts

Posted

Runların qədim pragerman xalqların əlifbası olduğu, tarixi bilən hər kəsə aydındır. Bu mövzuya lazım olduqda toxunacağıq.

Skandinav miflərinə görə, runlar Odinə (Votan) bəxş edilmişdir. Bunun üçün, o, özünü İqqdrasil Dünya Ağacında qurban vermişdir. Dünya Ağacı obrazı bir çox mədəniyyətlərdə və müxtəlif ənənələrin magik mətnlərində mövcuddur. Hər hansı bir əfsanə, xüsusən də magiya ilə əlaqəli olan əfsanə, hərfi mənada başa düşülməməlidir. Bu əfsanələrin bir çox mənəvi qatları vardır. Eyni zamanda Dünya Ağacı obrazı reallığın strukturunu təsvir edir və botanika ilə heç bir əlaqəsi yoxdur.

Slavyan ənənələrində də runik yazı mövcud idi və bu yazını yalnız runların həqiqi mənasına bələd olan bəzi seçilmiş şəxslər – volxvlar, vedunlar, çarodeyilər, kahinlər bilirdi. Yeni dinin gəlməsi, slavyanların və skandinavların xristianlaşdırılması ilə qədim dinin ənənələri və nəticə etibarilə məlumat ötürmə vasitələri – runlar (slavyanlar onlara "çizmələr" deyirdi) demək olar ki unuduldu. Runlar "bütpərəst" irsi olaraq qəbul edildi və beləliklə, təhlükəli hesab olunub qadağan olundu. Bu cür biliklər yeni dinin prinsiplərini və dəyərlərini sarsıdırdı. Günümüzdə bəzi insanlar slavyan runlarını yazı işarələri kimi yenidən qurmağa cəhd etsələr də, onların magik sistem kimi ilkin forması artıq itirilmişdir.

Bunu türk runlarına da aid etmək olar. Orxon-Yenisey abidələrindən qalan türk runları hazırda bizə məlum olsa da, onların magiyada istifadəsi barədə günümüzə qədər məlumat gəlib çıxmamışdır. Ona görə də, bu və digər mövzularda runların daha çox reallığa təsir üçün istifadəsindən danışacağıq. Burada, müəllifin runlara baxışı digər ezoterik mənbələrdəki baxışlardan bir qədər fərqlənə bilər.

Runların tarixi nöqteyi nəzərdən hansı mədəniyyətə aid olmasından asılı olmayaraq - onlar universaldır və Yer üzündə məskunlaşan bəşər övladına verilən qədim müdrik biliklərin qalıqlarıdır. Tarixi, mifologiyanı və əcdadlarımızın mədəni irsini öyrənərək, onların dəyərləri haqqında bilikləri qoruyaraq, ruhumuzu zənginləşdiririk. Bu biliklər bizim bir parçamıza çevrilir və beləliklə, həyatımızı dəyişdirir. Qədim ənənələri insanın şüurundan çıxarmaq mümkün deyil. Bizə hər hansı yad dəyərlər təlqin edilsə belə, bizə aid dəyərlər hər birimizdə kodlaşmışdır. Onları oyatmaq və şüurumuzun bir hissəsinə çevirmək üçün, biz, bu bilikləri əməllərimizlə həyata keçirməyi öyrənməliyik.

Mifologiyaya görə, Odin könüllü olaraq özünə əzab verib, "özünü özünə qurban etməsi" ilə runlar haqqında biliyə sahib olmuşdur. Bu magik təkris (inisiasiya) aktını o, runları – özü və kainat haqqında bilikləri, həmçinin bu sahələrə hakim olan qüvvələri əldə etmək üçün həyata keçirir. O, gözünü qurban verərək "açıq-aşkarı görməkdən" imtina edərək, "səthi" olanlarla qane olmaqdan imtina etdi və bununla da əşyaların gizli mahiyyətini dərk etməyə nail oldu. Əzablı təkris prosesində o, mənəvi biliklərin sirlərinə sahib olur və nəticədə 24 runluq "Futark" nazil olur.

Böyük Edda – "Şimal" ənənələrinə aid xalqların həyatı və dünyagörüşü haqqında miflər və əfsanələr toplusudur. Bu topluda uzaq əcdadlarımızın dünyagörüşünün açarları və runlarla bağlı bir çox biliklər vardır. Böyük Eddanın 138 və 139-cu misralarında (Hündürboylunun Nitqləri) Odinin İqqdrasil ağacından asılması təsvir olunmuşdur.

"Hündürboylunun Nitqləri"nə əsasən, Tanrı Odin runları icad etməyib. O, runları "əldə edib". Onları əcdadlarından, ilkin qüvvələrdən miras olaraq alıb. Odinin gətirməli olduğu qurban runlara sahib olmaq üçün deyil, runların biliklərinə yiyələnmək üçün idi. O, runları deşifrə etdi, anladı, hiss etdi və bu bilikləri öz gələcək nəsillərinə – bizə, Midqardın sakinlərinə çatdırdı.

Böyük Edda əfsanələrində şifrələnmiş həmin bu biliyə yiyələnmə prosesi, runik simvolizm vasitəsilə dünyanı magik olaraq öyrənmək yolunda olan birbaşa hər kəsə aiddir. Runların biliklərini əldə etmək yolunda gedən hər kəsin, Tanrı Odin kimi, "gözünü" qurban verməsi lazımdır, yəni hadisələrə və əşyaların mahiyyətinə materializm məntiqi prizmasından baxmaq vərdişindən imtina etmək lazımdır. Əşyaların mahiyyətinə varmaq üçün dəyişmək, indiyə qədər olduğun şəxsiyyəti silmək lazımdır. Köhnə norma və dəyərlərdən əl çəkmək və nəhayət, həmişə göz önündə olan, lakin məntiq və fiziki qanunlar dünyasında mövcud olmayan, diqqətdən qaçan şeyləri görməyi öyrənmək lazımdır. Bunun üçün, davamlı şəxsi transformasiya yolunu getməlisən.

"Böyük Futark" 24 rundan ibarətdir. Onlar dəqiq müəyyən edilmiş ardıcıllıqda yerləşdiriliblər (iki sonuncu runun yeri dəyişdirə bilər). Runların ardıcıllığında hər hansı bir dəyişiklik Futarkda əks olunan sistemi poza bilər. Maraqlıdır ki, insan genomu da müəyyən bir ardıcıllıqla yerləşdirilmiş 23 cüt xromosomdan ibarətdir və yalnız sonuncu – cinsi xromosom cütü ya kişi, ya da qadın ola bilər. Beləliklə, insan irqinə 24 cüt xromosom xasdır, lakin hər bir insan, cinsinə görə, 23 cüt xromosoma malikdir. Runlarla və insan genomu arasında bu açıq-aşkar əlaqəni runik magiya ilə dərin məşğul olan praktiklər hiss edə biləcəklər.

Bizə görə, Runlar nəinki sadəcə qrafik magiya elementləri, yəni siqillər, simvollardır. Onlar həm də - kosmik mənşəyi olan mürəkkəb ruhlardır, onların şüuru və xarakteri vardır. Növbəti mövzularda buna toxunacağıq.

Şəkildə: Dünya Ağacı - İqqdrasil, 9 dünya və onlara məxsus olan Runlar.

 

Screenshot 2024-06-12 163918 (1).jpg

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

×
×
  • Create New...