Jump to content

Recommended Posts

Posted (edited)

Karma

Təsir əks təsirə bərabərdir. Nyutonun 3-cü qanunu ədalət prinsipinə dayanıqlı və hər şeyi də olmasa çox şeyi təbiətdə açıqlayan nadir klassik qanunlardan biridir. Bu qanun təbiətdə olduğu kimi əslində digər sahələrdə də aktualdır. Cəmiyyətdə mənfi təsirə məruz qalındıqda ekvivalenti cəzadır. Ədalət prinsipi burda nə dərəcədə dəqiqdir bu isə sual altındadır. Cəmiyyətdə qurulan qanunlar insan təfəkkürünün məhsulu olduğu üçün təbiətdə olan dəqiqlik dərəcəsi burda təhrif olunur çox zaman. Yəni əgər sən təbiətin məhsulu olan pişiklərin nəslini kəsəcək olsan bunun əks təsiri, yəni cəzası olaraq qarşılığında xəstəliklər yayacaq gəmiricilərin yayılmasına yol açarsan. Bu isə təsirin nə dərəcədə əks təsirə bərabər olduğunu sübut edir. Sən əgər öz EQO-nu təbiətdən üstün tutsan o da götürüb sənə nə qədər aciz və cılız olduğunu və dolayı olaraq yerini göstərər. Təbiətin süura malik olmasını oturub burda müzakirə edərək sübuta gətirmək niyyətində deyiləm. Ancaq əgər insan bu canlı aləmin bir kiçik parçasıdırsa deməkdir ki, onun hərəkətlərini, fikirlərini və hisslərini də idarə edən məhz bu şüurdur. Kəpənək effektinin uzaq Çin Xalq Respublikasının bilmirəm hansısa vilayətindən başlayıb işıq pulunu ayın sonunda necə ödəyəcəyi haqqında düşünən sadə bir azərbaycanlının həyatına girməsi kimi incə ancaq qanunauyğun bir sistemlə qurulmuş böyük sistemdir təbiət. Onun özünə aid yumor hissi var. Özünə aid ölçü vahidləri və ən gülməlisidə öz siyasətləri vardır. Daha doğrusu bir siyasəti var. Yaşamaq, həyatda qalmaq. Onun üçün çin, avstriyalı, yasamal uşağı, demokratlar, faşistlər, biznesmenlər, kasıblar və s. kimi insanların qurduğu ayırmaları yoxdur. Onun üçün dağlar, dərələr, toxumu bir yerdən başqa bir yerə lazım olduğu üçün daşıyan külək, quşlar, lazımsız bitgiləri balansda saxlamaq üçün lazımlı canlılar vardır və onları daim tarazlıqda saxlamaq üçün nizamlayıcı amillər vardır. Yəni həyatda qalma siyasətində Pandaların nəsli tükənir, qoy onlar üçün bir zoopark düzəldim bir dənə də fond düzəldim ki kenqurular Avstraliyadan, Lemurlar bilmirəm hardan onlar üçün okeanlardakı cərəyanlar vasitəsilə ərzaq göndərsinlər.  Insan bədənində necə ki, süd dişlərinin vaxtı keçib düşməlidirlər yerinə yeni dişlər gəlməlidirsə, Pandalarda elə düşməlidirlər. Yerinə də onları lazımi dərəcədə əvəz edəcək başqa bir heyvan gəlməlidir. Bu nəslin tükənməyinə insanlar səbəb olsa belə bu icazə verilmiş qədərdir. 

İnsan cəmiyyəti tarix boyu təbiətin yəni dolayı yolla desək orqanı olduğu canlının bədənini işğal etməyə çalışır. Ancaq özü də bilmədən bədənin tələbatını yerinə yetirir. Bunu mən həmişə beynin ayağı, əli, ağciyərləri idarə etməsinə oxşatmışam. Beynin sadəcə iradi, qeyri iradi və yarımiradi idarə etdiyi bu orqanlar onun verdiyi siqnallar vasitəsilə hərəkət edir. İnsan cəmiyyəti də bu təbiətdəki beynin qeyri iradi həyatda hərəkət etdiyi bir orqan kimidir. Biraz qarmaşıq bir açıqlama olduğunu başa düşürəm. Bunu sadə bir misalla izah etmək istərdim. İnsan beyni vasitəsilə öz eqosunu yüksəltmək niyyətindədir daim. Ağıllı insan bu bədəni daim sağlam tutmaq üçün onu bəsləyir, təmizləməyə çalışır və öz əhatəsini münbit etməyə çalışır. Yəni çoxlu pul qazanmağa çalışır ki, yesin, içsin, əylənsin və s. Ancaq bir müddətdən sonra hər şey ona sıxıcı gəlir və yeni macəralar axtarmağa, eksperimentlər etməyə, yeni dadlar dadmağa başlayır. Bunu edən elə öz qoruduğu yüksəltdiyi EQO-dur. Artıq beyin bədəni idarə etmir. EQO beyni idarə edir. EQO deyir ki ay beyin sən bir az gül. Beyin isə araşdırır ki, EQOnu razı salmaq üçün mən necə gülə bilərəm. Axırda tapır ki, bir bitgi var. Onun tüstüsünü ciyərlər vasitəsilə özümə hopdursam güləcəm və EQO razı qalacaq. Beyin amma bilir ki bununla ciyərlər yad bir cismə məruz qalacaq. Yavaş yavaş öləcək amma beyin artıq EQO-nun köləsi olduğu üçün o nə deyirsə onu da edir. Təbiətdə EQO İnsanlıqdır. Adamlar deyil. Məhz insanlıqdır ki, tarix boyu özünü təbiətdən üstün bilərək onu virus kimi işğal etməyə çalışır. Təbiətdə isə beyini idarə edəndən başqa bir şeydə vardır. İstər buna ruh deyin istər fövqal qüvvə mən buna Karma deyirəm ki, onun isə bir siyasəti var. Tarazlıq. Tarazlıq isə təsirin əks təsirə bərabər olmasıdır.

Mənə elə gəlir ki, Təbiət insanlığa bir şans verib. Onun edə bilmədiyi şeyləri insanlıq etsin. Canlı olan təbiət özündə olan bütün elmi, məlumatları insanlıq vasitəsilə yaymaq və bu məlumatlardan daha başqa cür istifadə etmək istəyir. İnsanlıq vasitəsilə ilişib qaldığı bu planetdən çıxıb səyahət etmək istəyir. İstəyir ki, İnsanlıq öyrənsin və elə bir ixtira etsin ki, onda olan məlumatlardan daim asanlıqla istifadə edərək digər ənginliklərə yayılsın. Başlanğıcda axı canlı heç bir şey yox idi. Yalnız böyük bir partlayış var idi. Bu partlayışdan doğan təmiz energi get gedə soyuyaraq maddəni meydana gətirdi. Kainatın EQO-su daha da irəli gedərək eko sistem qurdu özünə və öz laboratoriyasında canlı aləmə dönüşdü ki, qanunlarını məlumatlarını həyata keçirtsin. Ancaq bu qanunları artıq süurla etməli idi. Daha sonraki pilləyə keçid almalı idi. Bir etapın gəlməsi üçün ondan öncəki etap dağılmalıdır prinsipi ilə bu dəfə İnsanlıq üçün münbit bir laboratoriya şəraiti qurdu. İnsanlıq öz EQOsunu inkişaf etdirir artıq. Çünki buna təbiət icazə verir. Katastrofaları ilə, təbii fəlakətləri ilə. Ağzı yoxdu ki, başa salsın. Onun da özünə məxsus başa salma dili var. Əvvəl axır insanlıq anlayacaq ki, onun EQO-su elə təbiətin EQO-sudur. Və bu Eqo yeni bir şeylər dadmaq istəyir. Yenilənmək istəyir. Adı planetə verilmiş həmyerlimizin sözləri yadıma düşdü: “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam.” Təbiət artıq yanğınları ilə, xəstəlikləri ilə, fəlakətləri ilə İnsanlığa hayqırır ki, bəsdirin çoxaldız. Bəsdirin bir birinizi yediniz. Kainatda enerjidən çox nə var ki?! Neft üstündə hakimiyyət üstündə bəsdirin bir birinizi qırdınız. Çıxın artıq bu cılız çərçivədən. Başqa planetlərə ayaq açın. Enerjinizi bir birinizi yeməkdən öz evinizi yaşanılmaz yer etməkdən öz ölümünüzü yaxınlaşdırırsınız. Qaldırın bir yerinizi yerdən və yuxarı baxın. İstədiklərinizin hamısı göydə gözünüzün önündədir. Sadəcə fikrinizi cəmləyib gedib götürmək lazmdır. 

Təbiət Şivanın rəqsini edir. Bizdə Korona virus belə gəldi, Tramp yenə gijdiyir. Problemlərinizi böyük tutun insanlıq!

Edited by ENLIL
Name
  • Thanks 1

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

×
×
  • Create New...