Jump to content

Recommended Posts

Posted

İnsanın astral dünya ilə üç ünsiyyət yolu mövcuddur:

1. O, astrala çıxmadan belə, astral vücudun, yəni astrosomun orqanları vasitəsilə astral dünya ilə əlaqə qura bilər. Buna, psixometriya deyilir.
2. Astral dünya sakinləri materializasiya ola bilər və fiziki orqanlar tərəfindən hiss olunurlar.

3. Bildiyimiz və artıq danışdığımız astral proyeksiyalardır.

İndi isə psixometriyadan danışaq. İnsan tamamilə fiziki dünyadan uzaqlaşdıqda, o, astral dünyanın hadisələrini görə bilər. Okkultizmin dili ilə desək, bu zaman o, translüsid və ya diafan vasitəsilə görür. Translüsid, əslində, passiv təsəvvürdür. Aktiv təsəvvür ilə insan, yuxarıda izah etdiyimiz kimi, astralda öz obrazlarını yaradır, passiv təsəvvür ilə isə artıq mövcud olan astral obrazları qavrayır.

Astral dünyanı görməyə misallar yuxular, bəsirət, yəni gələcəyi və ya indiki zamanı məsafədən görmə, ola bilər.
Bəzi yuxuların formasızlığı və "qorxulu" olması, bu zaman insanın astral lyarvaları görməsi ilə izah olunur.
Telepatiya, məlum olduğu kimi, hisslərin və fikirlərin uzaq məsafəyə ötürülməsidir. Bəzən, telepatiya zamanı insanlar yaxınlarını onlardan minlərlə kilometr uzaqda olmasına baxmayaraq ölümləri anında və tez-tez ölümün baş verdiyi şəraitdə görürlər. 

Lakin bəzi hallarda telepatiya hadisələrini yalnız həmin şəxsin və ya hadisənin translüsid vasitəsilə astral təsvirini görməklə izah etmək olmur, həm də ölənin astral cismində peyda olması və onun materializasiyası ilə izah etmək mümkündür.

Bəsirət və somnambulizm zamanı insan, işığı keçirməyən örtük vasitəsilə məktubu oxumağa və ya minlərlə kilometr uzaqda baş verən hadisələri görməyə qadirdir. Bu halda o, translüsid vasitəsilə astral izi görür.
Somnambulalar və baxıcılar həmçinin insanın aurasını, yəni onun ətrafındakı astrosomda olan astroideyaları və ya astraldakı bütün düşüncələri və istəklərinin təsvirini görə bilirlər.
Heyvanlar da həmçinin, astral dünyaya qarşı həssasdırlar və məsələn, itlər, insanın astral vücudunda olduğunu hiss edərək, hətta proyeksiyadan əvvəl belə, hürüb gizlənirlər. Kənd yerlərində yaşayan insanlar, şəhərlilərə nisbətən daha intuitiv bir həyat yaşadıqları üçün astral dünyaya daha həssas olurlar.

Ümumiyyətlə, psixometriya, yəni astral dünyanı görmək qabiliyyəti, yalnız uzun müddətli və çətin təlimlə əldə edilir.

Psixometr insanın aurasını, yəni astralda onun düşüncələrini və istəklərini, həmçinin tez-tez onun keçmiş hərəkətlərinin və hətta gələcəyinin astral təsvirlərini görə bilər. Bu hallarda, psixometrin şəxsiyyətindən asılı olaraq, bu görmələr simvolik xarakter daşıya bilər: məsələn, insanın aurasında ilan onun hiyləgərliyini, başı üzərində asılmış qılınc isə ona təhdid edən təhlükəni təsvir edəcək.
Psixometr hər hansı bir əşyanı (materiyaya bükülmüş və ona məlum olmayan olsa belə) əlinə aldıqda və ya başına toxundurduqda, həmin əşya ilə bağlı keçmiş hadisələrin astral təsvirlərini görür.
Əgər bu əşya müəyyən bir şəxsə məxsus olubsa, psixometr həmin şəxsi və onun astralda doğurduğu düşüncələri, hissləri və hərəkətləri görür. Vacib olan, əşyanın həmin şəxs tərəfindən uzun müddət daşınması və ya sıx əlaqədə olmasıdır; xüsusilə, uzun müddət üzərində daşınan əşyalar və ya fotoşəkillər daha uyğun olur.
Bəzən astral görmələr (və ya baxıcılıq) gələn obrazların mənasını izah edən daxili səslə müşayiət olunur; buna uzaqdan eşitmə deyilir.
Psixometriya anlayışıa bəzi fal üsulları da aid edilə bilər, məsələn, qəhvə çöküntüsü, yumurta ağı, su, ayna və s. üzərində fala baxmaq. Bu əşyalar astralı udmaq və yığmaq qabiliyyətinə malikdir və onlara diqqətlə baxaraq, insan özünü hipnoz edir, astral dünya ilə əlaqəyə girir və bu əşyaların içində astral şəkilləri görür. 

Burada qeyd edək ki, astral dünya ilə ünsiyyət zamanı həmişə bizim qeyd etdiyimiz hermetik simpatiya və antipatiya qanunu işləyir, yəni: "yaxşı yaxşını cəlb edir və pisi dəf edir, pis isə pisi cəlb edir və yaxşını dəf edir."

Buna görə də astral təsvirlər və obrazlar psixometrin xarakteri və əhval-ruhiyyəsindən çox asılıdır. Belə ki, yaxşı və yüksək hisslərə sahib olan insan, xeyirxahlıq eqreqorlarını cəlb edəcək və onun görmələrinin simvolları daha ali mənəvi xarakter daşıyacaq, halbuki, alçaq və pis arzularla dolu olan insan, asanlıqla bədniyyətli eqreqorların və lyarvaların təsirinə məruz qala bilər. Buna görə də bütün okkultistlər astral dünya ilə ünsiyyət zamanı dua etməyi, qəlbi təmizləməyi və ruhu yüksəldən düşüncələri bir şərt kimi qoyurlar.

adzhna-chakra-1.jpg

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

×
×
  • Create New...