Hermanubis Posted June 3, 2024 Posted June 3, 2024 Likantropiya - (yunancadan "likantrop" - qurd adam və yaxud canavar adam). Astral varlıqlar mövzusunun davamı olaraq, bu fenomendən də yazmağı vacib bildim. Orta əsrlərdə hər yerdə canavar adamların mövcudluğuna inam var idi. Yəni, cadugərlər və ifritələrin öz bədənlərini sanki yuxuya gedirmiş kimi buraxaraq, canavar şəklində yollarda dolaşdığına və əsasən uşaqlara hücum edərək onları öldürdüyünə inanırdılar. Bu hadisə likantropiya adlanırdı. Okkultizm bu hadisəni insanın astral bədəndə çıxması və sonradan canavar şəklində materializasiya olması ilə izah edir. Bu fenomeni təsdiq edən bütün likantropiya hekayələri aşağıdakı məqamlarda üst-üstə düşür: 1. Canavar adamların hücumuna məruz qalan insanlar yarasız və qan tökülmədən, yəni əslində, canavar adam tərəfindən onların psixi enerjisinin çəkilməsi nəticəsində boğulmaqdan ölürdülər. (Bu vampirizmə aiddir, bu barədə gələcəkdə danışacağıq). 2. Canavar adamlara güllə və kəsici yaralar vurulsa da, onlar heç vaxt yerindəcə öldürülmürdülər. 3. Canavar adam yaralandıqda, canavar şəklində olan insan da mütləq yaralanırdı. Qeyd etmək lazımdır ki, bəzi insanların astral bədənləri ümumiyyətlə, xarakterlərinə ən çox uyğun olan heyvanların formasını alır. Buna görə də, məsələn, ekstrasens Svedenborq bir çox tanışlarını heyvan formasında görürdü. Likantroplar qaniçənliyinə görə, açıq-aşkar canavara bənzəyirdilər. Lakin astral bədəndə çıxış zamanı təhlükə yalnız astral bədənin özü üçün deyil, həm də insanın fiziki bədəni üçün ola bilər. Astralda çoxlu lyarvalar, həmçinin öz varlıqlarını davam etdirmək və materializasiya olmaq istəyən elementerlər (ölülərin ruhları) var və onlar sahiblərinin, yəni astral bədəndəki ruhun fiziki bədəndən uzaqlaşmasından istifadə edə bilər ki, onun inert bədəninə sahib olsunlar. Bu zaman üç nəticə mümkündür: 1. Astral bədəndəki ruh, bədəninə sahib olunduğunu hiss edərək, adətən anidən geri qayıdır. Əgər o, lyarvanı qova bilsə, insan normal vəziyyətə qayıdır. 2. Əks halda, ruh və astral bədən fiziki bədənə daxil olur və lyarva ilə bir yerdə qalır, bir növ kondominium yaradırlar. Bu zaman psixi pozuntular ara-sıra sağlam düşüncə parıltıları ilə müşayiət olunur. 3. Ruh tamamilə bədənini tərk edir və lyarva ona tam sahiblənir. Bu zaman tam psixi pozuntu yarana bilər. Bu halda lyarvanın xarakteri insandakı müxtəlif maniyaları və pozuntuları əks etdirir: məsələn, əgər bədəndə şöhrətpərəstlik lyarvası yerləşmişsə, o zaman həmin şəxsdə meqalomaniya olacaq. Məlumdur ki, psixiatrik xəstəliklər bəzən beyin travmaları və ya güclü mənəvi sarsıntı nəticəsində meydana gəlir. Bu ona görədir ki, belə anlarda astral bədəndə çıxış asanlıqla baş verir, nəticədə insan ruhu ağır zərbə aldığından, lyarvanın fiziki bədənə sahib olmasına mane ola bilmir. Bu zaman onların "yığım nöqtəsi" (bu ezoterik termin haqqında danışacağıq) öz yerini dəyişir və onların şüuru öz müstəvisini dəyişir. Buna görə də, insan huşunu itirəndə onu tək buraxmaq olmaz, xüsusi diqqət və qayğı ilə onun ruhuna və astral bədəninə güc vermək lazımdır. Əlavə edək ki, şüurlu astral bədəndə çıxış xüsusi təlim tələb edir. Qədim maqlar, məsələn, Misir və Assuriya kahinləri, astral bədəndə çıxışla tanış idilər, amma astral proyeksiya zamanı müxtəlif ehtiyat tədbirləri görülürdü. Adeptin bədəni yun ədyallara bükülürdü və bir neçə kahin onun üzərində keşik çəkərək, lyarvaları dəf etmək üçün və astrala çıxmış adepti öz psixi enerjiləri və iradələri ilə dəstəkləmək üçün magiya zənciri əmələ gətirirdilər. Sonda qeyd etmək istərdim ki, yuxarıda qeyd olunan təhlükələr, nəzəri olaraq qorxulu səslənsə də, doğru hazırlıq, normal səviyyədə psixi enerji və sağlam düşüncə ilə yanaşıldıqda minimuma və yoxa endirilir. Əslində, astralla bağlı "qorxulu nağıllara" nə qədər az inanırsansa bir o qədər də onların sənin astral reallığında yaranması ehtimalı azalır. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.