Hermanubis Posted June 3, 2024 Posted June 3, 2024 Artıq qeyd etmişdik ki, astralda rast gəlinən varlıqlardan biri də sağ ikən astral müstəviyə çıxa bilən insanlardır. Qeyd etmək lazımdır ki, ezoterik nöqteyi nəzərdən, insanın fiziki bədənindən başqa, efir, mental, astral, kauzal və s. bədənləri vardır. İnsan astral bədəndə öz fiziki bədənindən çıxa bilər. Bu zaman sonuncu sanki yuxuya gedir, şüur isə astral vücuda bürünərək astral dünyaya daxil olur. Lakin astral bədən fiziki bədəndən uzaqlaşa bilsə də, aralarında həmişə incə flüidik bağ qalır ki, bu bağ vasitəsilə astral bədən həyat qüvvəsini və bədənin orqanlarının fəaliyyətini dəstəkləyir. Bu bağın qırılması ölümə səbəb olur. Astral bədəndə insanın çıxışı adi yuxu zamanı və letargiya vəziyyətində şüursuz ola bilər. Şüurlu astral bədən çıxışında insan ruhu fiziki bədəndən öz iradəsi ilə çıxır və astral dünyada gördüklərinin hamısını dərk edir. Somnambulizm vəziyyətində, insan təlqin olunmanın təsiri altında da astrala çıxış edə bilər. Bu çıxış həm şüurlu, həm də şüursuz ola bilər. Şüurlu astral çıxışında insan astral bədəni idarə edir və ani vaxt ərzində istənilən yerə gedə bilir, çünki astral dünyada bizim zaman və məkan anlayışlarımızın heç bir əhəmiyyəti yoxdur. Bu sürət elektrikin və ya işığın sürətinə bənzəyir. Astral bədəndə çıxış zamanı insan fiziki dünyada da peyda ola bilər. Məsələn, digər insanlara görünə bilər, telepatiya, səs-küy yarada bilər, əşyaları hərəkət etdirə bilər və s., amma bunun üçün heç olmasa natamam materializasiya tələb olunur. Bu da xüsusi bacarıq tələb edir. Quote
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.