Jump to content

Master X

Members
  • Posts

    4
  • Joined

  • Last visited

  • Days Won

    1

Everything posted by Master X

  1. “Olmayacaq duaya amin demə!” (Anonim xalq deyimi) Vərdişdir ki, duaların, müsbət diləklərin və xahişlərin ardında; dinləyənlər, həmsöhbətlər həmişə böyük bir ‘AMİN!’ ifadəsi ilə cavab verirlər. AMİN; Arami və ibrani dillərində bu ifadəyə – “Elə olsun!” – məzmununda bir məna yüklənir. Halbuki, hər şey göründüyü kimi deyil. “Amon”, “Amen’ ya da “Amin” sözləri arasındakı bu maraqlı bənzərlik elə asanca diqqətdən qaçmamalıdır. Türkcəyə ərəbcədən keçən söz “elə olsun, Allah qəbul etsin” kimi mənalarda istifadə edilir. “Amin”in sami mənşəli bir söz olduğunu düşünənlər yazının davamında sözcüyün mənşəyinin haradan gəldiyini öyrənincə çaşacaqdır. Kökü “əmin, möhkəm, sabit” kimi mənalara gəlir və “etibarlı (adam)” mənasındakı “əmin” sözcüyü ilə də qohumdur. Yunanca Köhnə Əhddə ümumiyyətlə “elə olsun” mənasında istifadə edilərkən, ingiliscə Tövratda “qətiliklə, həqiqətən də” mənasında istifadə edilir. Bu ifadə bəzi din fəlsəfəçiləri (teosofistlər), Afrika mərkəzli (Afrosentrik) tarix teoristlərinin və gnostiklərin arasında məşhur olan bir düşüncədir. Onlar sözün “tanrıların kralı” olaraq bilinən Antik Misir tanrısı Amonun (Amen) adından gəldiyini düşünürlər. Bununla birlikdə ibranicə söz ‘aleph’ (Amen) ilə başlarkən, Misircə olanı söz isə ‘yodh’ (Yamen) ilə başlayır. Antik Misirdə dua edənlər, duaların sonunda tanrının qəbulu üçün Amonun adıyla (Amen olaraq təkamülləşir) cümləni, duanı bitirirlərmiş. Əhli Sünnə oxunan duaların sonunda həmişə “amin” deyər. Səbəb isə Məhəmməd Peyğəmbərin, namazda Fatihə Surəsinin oxunması bitdikdən sonra “amin” deyilməsini əmr etməsidir. Belə ki, “İmam, Fatihəni tamamlayıb amin dedikdən sonra siz də ”Amin” deyin. Kimin bu sırada “Amin” deməsi mələklərin o anda “Amin” deyişi ilə eyni ana rast gəlsə keçmiş günahları bağışlanar. ” (Müslim, K. Salat, 72; Əbu Davud, Salat, 167-168; Tirmizi, Mevakittü’s-Salat, 116). Həmçinin bənzər hədis Əbu Hüreyyədən belə köçürülər: Məhəmməd peyğəmbər “İmam “Amin” dedikdən sonra siz də “Amin” deyin, çünki bir kimsə mələklərlə eyni anda amin desə, bütün keçmiş günahları bağışlanılar,” demişdir. Buna qarşı Anadolu şiələri; oxunan duanın sonunda “ya Allah, Allah” deyərlər ya da Şiə – Bektaşi – Mevləvi təriqət məktəbi oxunan duaların sonunda ‘Allah eyvallah!’ və ya yalnız ‘eyvallah!’ deyə cavab verərlər. “Eyvallah” Ərəbcə ( iy-vallah) – “Vallah elədir”, “Allah bilər” kimi mənalardadır. Anadolu xalq təsəvvüfündə isə təvəkkül ifadə edən bir ifadədir. “Xeyr də olsa, şər də olsa hər gələn Ondandır. O, ( Hua; Allahı işarələr.) ” mənasını ehtiva edir. “Eyvallah” ifadəsi ayrıca Türkcədə bu mənalarda da istifadə edilməkdədir: 1- Biri bir şey ikram edincə, “təşəkkür edirəm” mənasında, “Eyvallah” deyir. 2- Ayrılıb gedərkən, “xudahafiz” mənasında “Eyvallah” deyilir. 3- Birinə kömək edərsinizmi deyə soruşduqda, “bəli” mənasında “Eyvallah” da işlədilir. İfadənin etimoloji mənşəyi “Amin” sözünün kökü, Nişanyanın “Türkcə etimoloji lüğəti”nə görə, ərəbcə ilə yəhudicə ortaq olmaqla birlikdə, yəhudicə “āmīn” dua sözü olaraq da istifadə edilir. Başqa tərəfədən baxsaq, Osmanlı lüğətində “āmīn” sözünün açıqlaması belə verilməkdədir: “Ya Rəbbi! Elə olsun, qəbul et! (tərcüməsində olub, duanın sonunda deyilir). İncildə iki yerdə bu haqda danışılır. Tövratda da var. Yəhudicə və süryanicədə də vardır. “Həqiqət, çox doğru, tamam” mənasındadır. Aydın olduğu kimi, söz yəhudiləri Misirdən çıxaran Musa peyğəmbərin ənənəsindən gəlmiş və bu ənənə yəhudilikdən sonra müsəlmanlıqda da yaxşıca kök salaraq “Amin!” formasında qalmışdır. Ayrıca kişilərin hətta qızların sünnət edilmə ənənəsi də Musa peyğəmbərdən, Antik Misirdən qalaraq bugünümüzə kimi gəlib çıxıb. İlk təktanrılı məşhur din, Antik Misirdə meydana gəlmişdir. Bu tək tanrılı inancın memarı IV Amenhotep olan firondur. On səkkizinci sülalədə hökm sürən Amenhotep (“etibarlı”, “razı salınar” mənasındadır. Özü ‘Əmin olunan natiq’, ‘sözlərinə güvənilən elçi’ olaraq xarakterizə edilir) öz dövründə məşhur bir şəkildə mənimsədiyi inanc, ilk tək tanrılı böyük kumulatif inanc kimi xarakterizə edə bilərik. Amon hər dua və diləyin arxasında öz adının deyilməsini də şərt qoymuşdu. Yəni bu dinin mənsubları AMON dəyincə; ‘mən razı oldum’, ‘mən güvəndim, mən əmin oldum’ demək istəyirlər və bu ifadələr axtardığımızı hansısa bir şəkildə təsdiq edir. Ən böyük məbədləri isə Thebe (Teb) məbədidir. Bu dövrün baş rahibi I Tutmosisin (Moses, Musa) III Amonhotepin əmi oğlusu Musa peyğəmbər olduğu da izah edilir. Səmavi dinlər, təktanrılı dinlər olaraq bilinir. Səmavi dinlərin qabaqcılı olaraq da İbrahim qəbul edilmişdir. Gəlin, bir balaca tarixə səyahət edək. Özünüzü Misirdəsiniz kimi təsəvür edin, bərəkətli Nilin torpaqlarında, fironlar dövründəyik. Misirin inanclarında bir çox tanrıya inanılır. Zaman-zaman bu tanrılardan biri önə keçərdi. Realda siyasi güc və o gücün bağlı olduğu tanrı zamanca əhəmiyyət qazanar və ya itirərdi. Qısacası, güclünün tanrısı güclü olardı. Amon, arvadı Mut və oğulları Xensu (Khensu) Theban qəbiləsinin müqəddəs insanları idi. Miladdan əvvəl 1550-1070 illərdə Thebenin Misirin paytaxtı olduğu dövrdə var olub. Amon ya da Amenin Misirdə əhəmiyyəti getdikcə artır və Amon sonunda Misirin baş Tanrısı və ya ” tanrıların kralı” olur. Adı da “Amen Ra” ya da “Amon Ra” olaraq dəyişir. Yəhudilərin o bölgədə kölə olaraq yaşadığı və 400 il davam etdiyi təxmin edilən dövrdə “Amen” sözcüyünün əvvəl yəhudi dilinə, oradan da digər dillərə girmiş olduğu şübhə doğurmur. Bu söz Quranda yoxdur və islama girişi isə Məhəmməd peyğəmbərin ölümündən sonra, təxminən 200-300 il sonra yazılan hədis kitablarıdandır. Müqəddəs sayılan kitabda ən köhnə istifadələrdə söz “başqa bir natiqin sözlərini təsdiqləmək, eyni fikirdə olduğunu ifadə etmək” üçün istifadə edilirdi. Rəsmi andlarda vurğulamaq məqsədi ilə bəzən təkrarlanırdı. İsa peyğəmbərin İncilindəki rəsmi ifadələrinin girişlərində istifadə edilən təkli və ya çoxlu formadakı “amin”lərin, yəhudilikdəki istifadəsiylə bilavasitə paralelliyi var. Bu öncül aminlər İsa tərəfindən deyiləcək ifadələrin doğru və qəti olduğunu bildirirdi. Bu növdəki aminlər sinoptik İncillərdə (Matta, Markos və Luka) 52 dəfə, Yuhanna İncilində 25 dəfə keçər. Yəhudilərdə duadan sonra “amen” dəmə ənənəsi antik çağlardan qalmaqdadır. Yəhudilikdə məbəddə camaat tərəfindən doksoloji (tanrını tərifləyici sözlərlə ifadə etmək) sonunda və ya din adamının etdiyi bir duanın ardından “amen” deyilməsinə m.ö. IV əsrdə də rast gəlinir. “Amen” anlayışının bu ayinsal istifadəsi sonradan xristianlığa keçmişdir. Xristian əzizlərindən şəhid Justinusun (b.e. II əsri) ifadə etdiyinə görə “amin”in istifadəsinə Efkaristiya ayinindən başlandı və zamanla baptizm mərasimində də istifadə edildi. “Amen”in, şükrdən və ya duadan sonra (içdən və ya səsli olaraq) deyilməsi ənənəsi, sözün danışmadan sonra deyilənləri təsdiqləmək məqsədiylə istifadəsindən törəmişdir. Bu şəkildəki istifadə Zəburda və Yeni Əhddə olduqca məşhurdur. Xristianlıqda bütün dualar “amin” ilə bitir. İslamda “amin”in istifadəsi nisbətən daha az olmaqla birlikdə, “Fatihə surəsi” hər oxunduğunda “amin” ilə bitir. Tarixi mənşə Belə bir mühitdə Thebae (Teb) şəhəri əhəmiyyət qazanmış və buradakı Amon məbədi görkəminə görkəm qatmışdır. Amon rahibləri imtiyazlı sinfi meydana gətirirdi. Tanrının evi sayılan məbədlərdə vəzifə yerinə yetirən ruhanilər sinfinin zənginliyinə deyiləcək söz yox idi. III Ramzes dönəmində Amonun mal varlığı 235.000 hektar torpaq, 81.000 kölə, dirilərə bərabər rəftar görən 5.000 heykəl və 421.000 baş heyvan olaraq qeydə alınmışdır. Gündəlik dini mərasimlərdə Tanrını yedirtmək, tualetini etdirmək, geydirmək kimi işlər görərdilər. İnanca görə, firon tanrı qanı daşıyardı. Buna görə də müqəddəs qan pozulmasın deyə, fironlar çox vaxt öz bacıları ilə (insest) evlənərdilər. Maraqlıdır, eyni ənənə Antik yunan Ptolomeylər sülaləsi dövründə də olmuşdur. Beləcə bütün Kleopatralar qardaşları ilə evlənmişlər. İndiki vaxtda da soylu (zadəgan) ailələr arasında evliliklərin olması səbəbi də bənzər səbəblərdir. Yenə inanca görə, “Tanrı göydən yerə enmiş və kralı şəxsən özü yer üzündəki anasına doğuzdurdurmuşdur”, yəni bir simvolik Tanrı ilə evlənməsi (tarixdə buna bənzər işarələrin təkrar istifadə edildiyini görürük. Ən yaxşı bilinənlərdən biri bakirə Məryəmin etdiyi doğumdur. İkincisi isə Brahmanın Şivadan doğumudur) olmuşdur. Yaşadığı müddətdə özü tanrı Horus ilə bərabər tutulardı və bu sifətlə inanılardı. Ölümündən sonra isə ‘Kənar Dünya Tanrısı’ olan tanrı Osirislə bərabər tutularaq yenə inanmaya davam edərdi. Qısaca söyləsək, Misirdə bəziləri daha təsirli rollara sahib olmaqla birlikdə bir çox tanrıya tapınma ənənəsi vardı ancaq hər dövr Tanrıların bəziləri digərlərinə nəzərən bir az daha önə çıxardı. E.ə. 1375-ci il, XVIII Sülalə dövründəyik. Atası III Amenhotepdən sonra Misir taxtına oturan oğulu IV Amenhotep (IV Amenophis deyə də bilinər) oldu. O, da öz növbəsində yeni bir təcürbəni həyata keçirməyə başladı. Bu Tək Tanrıcılıq idi. Misirdə tək tanrıçılıq inancını qurmağa çalışan IV Amenhotep başa keçdiyində artıq Misir sivilizasiyası dönüş nöqtəsinə gəlmişdi və ən parlaq dövrlərini yaşamaqda idi. Bir çox sivilizasiyada olduğu kimi burada da bəzi mövzularda korlanmalar, xalqın məmnuniyyətsizliyi üzə çıxmağa başlamışdı. Firon sülaləsinin qurucusu Menesin zamanından bəri təxminən 4000 il keçmiş idi. Anadolu torpaqlarına qədər sərhədləri genişlənmişdi. Atası III Amonhotep də müvəffəqiyyətli bir firon olmuşdu. Parlaq bir həyatı olmuşdu. İri quruluşlu güclü bir idi. Xalq tərəfindən sevilər, sayılardı. IV. Amonhotep isə taxta keçdiyində çox gənc idi. Bəzi qaynaqlar 11 yaşında olduğunu yazır. Döyüşlər və siyasi tənzimləmələrlə keçən bir həyatdan sonra yaşlanmış olan ata III Amonhotep və oğul IV Amonhotepdən ətraf hökmdarlar da daxil hər kəs kömək istəməkdə idi. Ənənəyə görə, yeni firon bu kömək istəklərinə cavab verəcəkdi, orduların başına keçəcək, siyasi tənzimləmələrlə məşğul olacaq və Misirin güclü mövqeyini davam etdirəcəkdi. Halbuki IV Amonhotep heç də gözlənildiyi kimi davranmadı. Onu ordular və ya siyasət deyil, inanc, din, ilahiyyat, fəlsəfə mövzuları maraqlandırırdı. Bu çox gənc firon anası kraliça Tiy və arvadı Nefirtitinin təsiri altında idi. Buna görə qadın tərəfindən istiqamətləndirilməklə şəkillənirdi. Söz mövzusu iki qadın və baxıcısının əri olan rahib yeni fironun ən yaxın ətrafını və təsirlənmə çevrəsini meydana gətirirdi. Ölkədə ruhanilər sinfi inanılmaz səlahiyyətlərlə təchiz edilmiş olaraq tanrı adına xalqı istismar və idarə etməyə çalışırdı. Yeni firon isə incə duyğularla yetişdirilmişdi, sənətə düşkün idi, din və inanc mövzularında davamlı məlumatlanmaqla zamanını keçirmişdi, bir komandir, imperator olmaqdan çox, xalqa sevgiylə yaxınlaşmaq istəyən, incə düşüncəli bir idarəçi olmağı istəyirdi. Bu vaxt özü dinlə məşğul olarkən, imtiyazlı sinifdə nüfuz döyüşləri başlamışdı. Bir-birlərini yeyirdilər. Bütün ölkə “sən-mən” döyüşünə dönüşmüşdü. Ölkədə fırtına buludları gəzirdi. Misirin ən güclü quruluşları olan dinlə dövlətin arası açılmışdı. Misirlilər dinlərinə düşkün olmaqla bilinirlər. Dinlərindəki tanrı sayı da xeyli qabarıq idi. İnsan-heyvan qarışığı tanrılarla, yer və göy tanrılarına da inanırdılar. Zamanla yeni tanrılar da yaradılır, dərhal din bazarına dürtülürdü. Xalqın inancını istismar etmək bir qazanc qapısı olmuşdu. Artıq iş elə bir hal almışdı ki, misirlilər zaman-zaman tanrı sayını endirmə gərəyini belə düşünmüşdülər. Belə hallarda, eyni tanrının dəyişik adlar daşıdığını bildirərək, ədədi azaltmağa çalışırdılar. Belə izdihamlı bir tanrı birliyi, əlbəttə, başsız ola bilməzdi. Bu müqəddəs kəslərin başçılığı da günəş tanrısı Raya verilmişdi. Ranın məbədi deltadakı Heliopolis ( yunanca “Günəş şəhəri”) şəhəri idi. Göylərin hakimi Ra mövsümləri nizamlayır, qaranlığı və işığı yaradardı. Misirlilər fironların Ranın oğlu olduğunu qəbul edirdilər. Ancaq zamanla, Ranın din aləmində tək başına sürdüyü səltənət, bölgələr arası bəzi küsəyənliklərə səbəb olmağa başladı. Ayrıca Heliopolis rahibləri əks halda gözdən düşəcək, güclərini itirəcək olduqlarını anlamışlardı. Nəticədə, Ranın güclü adının yanına, bir başqa tanrı adı da əlavə olunmasına qərar verildi. Thebes şəhəri kiçik bir şəhərkən əhəmiyyətsiz bir tanrı olan Amon üçün burada kiçik bir məbəd vardı. Zamanla şəhər böyüdü, məbəd əhəmiyyət qazandı. Thebes şəhərinin hakimiyyəti qüvvətləndikcə Amon da qüvvət qazandı. Hələ Thebes şəhəri əhəmiyyət qazanıb paytaxt da olunca məbəd və tanrı Amonun əhəmiyyəti daha da əhəmiyyət qazandı və artıq baş tanrı mövqeyinə keçdi. Bu dövrdə Heliopolis rahibləri onu doğan Günəş tanrısı Ra ilə bərabər tutma hiyləgərliyini göstərmiş və imtiyazlarını qaçırmamaq istəmişlər. Beləcə, bu dövrdə baş tanrı Amon-Ra adıyla xatırlanmışdır. Ancaq “sən-mən” döyüşləri sürürdü. Amonun yüksəlişi hələ IV Amonhotep başa keçmədiyi dövrə rast gəlir. Bu dövrdə Misir bir çox döyüşə də girmişdi. Döyüşlərin çox olduğu və qalibiyyətlərin alındığı bu dövrdə, bütün qalibiyyətlərin səbəbi Amon olaraq düşünülurdü və qənimətlərin ən böyük payı ona ayrılardı. Beləcə, Amon rahibləri fövqəladə zənginliklərinə çatdılar. Fəaliyyətləri böyük idi. Belə ki, fironun adı da ‘Amon məmnundur’ mənasını daşıyan Amonhotep şəklində verilmişdi. Ancaq bizim gənc firon bu vəziyyətdən heç məmnun deyildi. Onun din anlayışıyla bu olub bitənlər heç uyğun gəlmirdi. Ona görə Günəş bütün yaranmanın qaynağı idi. Günəşin simvolu başqa heç bir şeylə birləşdirilməməli və bərabər tutulmamalı idi. Buna görə Günəş yumrusunu işarələyən və günəşin izlədiyi yol mənalarını verən Aton adının mənimsənməsini istədi. Səltənətinin dördüncü ilində paytaxtdan ayrıldı. Orta Misirdə, Günəş yumrusunun üfüqü mənasını verən və bu günki adı Tel -əl-Amarna olan Akhet-Aton adlı yeni bir şəhər qurdu. Primitiv cəmiyyət inanclarında bir şeyin adı, təsviri özündən belə əhəmiyyətlidir. Bu səbəbdən tanrıların adlarının da cadulu bir əhəmiyyəti vardır. Necə ki, Misirdə Amon adı belə bir əhəmiyyətə sahib olmaqda idi. Rahiblər hər yerə Amonun adını yazdırmışdılar. Qayalarda, təpələrdə onun adı yazılı idi. Amenhotepdən sonra gələn firon isə əvvəlcə hər yandan Amonun adını sildirməklə məşğul oldu. O biri Tanrıların adlarını sildirmədi, amma onlara inanılmasını qadağan etdi. Öz adını da “Atonun ruhu” ya da “Atonun ehtişamı” mənasını verən şəkildə “Akhenaton” olaraq dəyişdirdi. Firon Akhenaton xalqı öyrətmək və düşüncəsini yerləşdirmək üçün Tanrı Atona ilahilər yazdı. Bu ilahilər Tanrının tək olduğunu işləməkdə idi. O da Aton ilə işarələnirdi. Düşüncə dənizində bir inqilab edirdi. İndi də Enis Akdağdan bir Akhenaton ilahi – şeirinə nəzər salaq; “…Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Bir dənədir. Odur, hər varlığı yaradan….” Xeyr, xeyr bu yazdıqlarım Azan deyil, Misir hökmdarı (fironu) Akhenatonun (Amenofis’ en) yazdığı bir, ilahidir şeirdir. İlahi – şeir belə davam edir: “…Bir ruhdur Tanrı, görünməyən bir ruh, Və başlanğıcda vardı Tanrı, Tək varlıq idi o, Heç bir şey yoxkən o vardı. Hər şeyi o yaratdı, Əzəldən bəri davam edən varlığı, Əbədiyyətə qədər sürəcək, Gizlidir Tanrı, kimsə görməmişdir onu, İnsanlara və yaratdıqlarına sirr qalar hər vaxt…” Tək tanrılı dinlərin gerçək qurucusu Amenofis, hər duanın sonunda öz adının ; “Amen!” deyilməsi təlimatını vermiş və tətbiq olunmuşdur. Əvvəl Tövrata oradan da İslamiyyətdə keçən “amin” də oradan gəlir. Demək ki, “Amen!” sözcüyünün mənşəyi köhnə Misir dili olan Qipti dilindəndir (Kopt). O dövrdə qıtlıq səbəbiylə Misirə köç etmiş olan yəhudilər də o zamanki Misir ənənəsinə uyğun gələrək belə söyləməyə başlamışlar. Gənc firon, özündən əvvəlki fironların gerçəküstü şəkil edilməsi yolundakı qaydalarını dəyişdirmiş, həqiqətə dönüşməsini dəstəkləmişdi. Öz portretlərinin də özü nəyə bənzəyirsə elə edilməsini istəmişdi. Kraliça Nefirtiti çox cazibədar bir qadın idi, şəxsiyyəti ilə də daim ərinin fikirlərinə dəstək olmuşdu. Akhenatonla xoşbəxt bir ailə həyatı sürməkdə idi. Bütün bunlar olub bitərkən, mühafizəkarlar, ənənəçilər hər sahədə beləcə meydana gəlmiş olan inqilabı xoşlamamışdılar. Ruhanilər mənfəətlərinə toxunan, imtiyazlarının əlindən alan bu ictimai dəyişimi qəbul etmirdilər. Akhenaton isə öz inancını qoruya bilmək və yerləşdirə bilmək üçün ruhanilər sinfi ilə mübarizə edirdi. Ancaq Akhenaton iyirmi doqquz yaşında, e.ə.1358-ci ildə ölər-ölməz mürtəcenin reaksiyası başladı. Qarşı inqilab başladığında mumiyası hələ məzarına qoyulmamışdı. Oğlu olmadığından hökmdarlıq böyük qızının əri Sahareyə qaldı, ancaq qısa bir müddət sonra taxtdan endirildi. Hökmdarın böyük kürəkəni ancaq bir il səltənət sürdü; kiçik kürəkəni Amon dininin rahiblərinə boyun əydi. Bunlardan yalnız baş rahib peyğəmbər Musa (Tutmosis) müqavimət göstərdi və Köhnə Misiri tərk etmək məcburiyyətində qaldı. Bu yeni inancın əleyhdarları rahiblərlə əməkdaşlıq edərək, kiçik kürəkəni taxtdan endirdi və yerinə iqtidara keçdi. Amarnanı tərk edib Thebaeyə getdi və Tutankhaton adını, Tutankhamon olaraq dəyişdirdi. Akhenatonun qızıldan mumiyası da Thebesdə kralı tərəfindən Tiyin məzarına qoyuldu, mumiya 1907-ci ildə bir ingilis arxeoloq qrupu tərəfindən tapıldı. Tutankamonun yerinə keçən Horemheb, rahiblərin oyuncağı olan bir əsgər idi. Məbədləri yıxdırdı, Aton adını sildirib hər yerə Amon adını yenidən yazdırırdı. Ərəbcədən “Amin” sözü 3 hərfli (elif-mim-nun) “amana” sözündən formalaşıb, ibrani köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda “amin” sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq “əlif-lam-mim” və “əlif-lam-ra” ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. “Əlif-Lam-Mim” (Bəqərə, Əl-i İmran, Ankebut, Rum, Lokman, Secde); “Əlif Lam-Ra” (Yunus, Hud, Yusuf, İbrahim, Hicr)… Gördüyünüz bu surələrdə İncildən,Tövratdan, Musadan, İbrahimdən, firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərfi – günəş mənasını verir. (Amen Ra – Günəş allahı). Məhəmməd peyğəmbərin də qəbul etdiyi “Əl-İlah” da (sonradan dəyişilərək Al-lah kimi deyilməsi) Ay tanrısı sayılır. Quranda günəş tanrısı olan “amin”dən söhbət açılmır, yalnız ay tanrısı sayılan “əl-ilah”dan daha çox danışır.
  2. Tot Hermes Trismegistus (Thoth Hermes Trismegistus) və ya Merkuri (Trismegestus – Üçqat böyük anlamına gəlir) insan bədənli ibis (durnaya bənzər quş) başlı, başının üzərində aypara təsvir olunan qədim Misirin ay tanrısıdır. Onun simvolu qanadlı ilandır. O, müdriklik, hərf və zaman tanrısı hesab olunurdu. Lakin o, təkcə misirlilərə məlum deyildi. Şumerlər onu Ningizzida, yəhudilər, güman ki, Enox, skandinavlar Odin, tevtonlular Votan ilə assosiasiya edirdilər. Ola bilsin ki, hindlilərin Buddası da onunla eyniləşdirilirdi. İslamda isə sabilərin peyğəmbəri olan İdris ilə eyniləşdirilir. Xristianlıqda müqəddəs “üçlüyün” (ata, oğul və müqəddəs ruh) hermetizmdən gəldiyi düşünülür. Tanrı olmazdan əvvəl Hermes, Misirin ilk filosofu və qədim biliklər məktəbinin banisi idi. O, 40-dan çox kitabın (Zümrüd tableti, Tot və Müəqddəs Paymandr kitabı) müəllifi olub. Kitablarda tibbdən tutmuş, kimyaya, hüquqa, incəsənətə, musiqiyə, ritorikaya, magiyaya, fəlsəfəyə, coğrafiyaya, riyaziyyata, anatomiyaya və natiqlik sənətinə aid bilgilər toplanmışdı. Tot kitabı heroqliflə yazılıb, qızıl qutuda saxlanılır. Mistik biliklər məktəbi Karnaka Ustad Sənətkar Kral Məktəbi kimi də tanınır. III Tutmos tərəfindən əsası qoyulub. Ona inanılır ki, məktəbin əsasını qoyanlar Şumerdən gəliblər. Bu məktəb, həmçinin Ali Ağ Qardaşlıq kimi də tanınırdı. Hermetizm ideyaları sonradan bir çox ezoterik və okkult cəmiyyətlərin də ana ideyasını təşkil etməyə başladı. Qızılgül və Xaç qardaşlığı (Rozenkreyserlər) öz məktəblərini Hermeslə bağlayır. Eyni zamanda, hermetizm masonluğun da əsasını təşkil edir.
  3. Şumer panteonunun ən əsas tanrısı An (Akkadlılara görə isə Anu) idi. O, səma allahı olaraq, həm də cənnətin ağası hesab edilirdi. Enlil: şumerlərin ikinci ən böyük tanrısı Panteonda ikinci pillədə hava, külək və tufan allahı Enlil dururdu. O, An ilə Kinin övladı idi. Atası öləndən sonra o, tanrıların rəhbəri funksiyasını yerinə yetirməyə başlayır. Onu bəzən tanrıların yaradıcısı da hesab edirlər. Enki: insanın yaradıcısı Akkadlılar və babillilər onu Ea adlandırır. O, müdriklik və magiya tanrısı, eyni zamanda insan nəslinin yaradıcısı idi. İnanna: əsas tanrıça Assuriyalılar və babillilər ona İştar deyirdilər. Cinsəllik, ehtiras, sevgi və müharibə tanrıçası idi. Şumer yeddiliyi Şumer panteonunun əsas tanrıları olan An, Enlil, Enki və İnannadan başqa, daha üç tanrı da vardı. Onlardan biri günəş və ədalət tanrısı Utu idi. O, İnannanın əkiz qardaşı idi. Digər tanrıça – Ana ilahə – Ninhursaq idi. Eyni zamanda o, bolluq, təbiət və yaşam tanrısı idi. Əlavə olaraq, Ninhursaq, qadınların və uşaqların, xüsusilə də, hamilə qadınların və kiçik yaşlı uşaqların himayədarı idi. Yeddilikdə sonuncu tanrı ay və müdriklik tanrısı Nanna idi. Bəzən o, İnannanın atası hesab olunurdu.
      • 1
      • Like
  4. Bu məqalə Orfey – qədim yunan ezoterizminin başlanğıcı, həmçinin insanlığı aydınladan Delfi məbədi haqqındadır. Dünya sivilizasiyasının iki beşiyi olan Misir və yunan sivilizasiyaları arasında uzun bir sürədə bağlılıq mövcud olmuşdur. Bu təsir daim təktərəfli qaydada, yəni yeninin qədimdən, şagirdin müəllimdən təsiri kimi anlaşılmalıdır. Bir sözlə deyə bilərik ki, yunan sivilizasiyası Misirdən çox böyük ölçüdə təsirlənmişdir. Misir paqanizmindən 2 axın doğdu: 1. İudaizm (Tanrı Yehovah Musanı öyrətmişdi); 2. Orfeizm (Tanrı Zeus Orfeyi öyrətmişdi) Yunan uyqarlığının qurucularından olan Orfey (Orfeus), eləcə də, sonralar bu yolu davam etdirən Evklid, Siseron, Herodot, Pifaqor və Platon kimi filosoflar, fəlsəfə məktəbləri və din qurucularının hamısı Misirdə, məşhur “Osiris məbədi”ndə inisiasiya olunublar. Orfeyin atasının Trakya kralı Oiagros olduğu deyilir. Musiqi alətində ifa etməyi Apollondan öyrənmişdir. Bu alət, Apollonun Hermesdən aldığı 7 simli lira idi. Onun kral Midasa Eley (Eleusis) sirlərini və ayinlərini öyrətdiyi deyilir. Orfey tanrı Apollona tapındığı üçün Baküs (Bacchus) ayinində öldürülmüşdü. O, Apollon dininin islahatçı lideri və Dionis kültünün qurucusudur, Osiris rahiblərinin ilk yunan tələbəsidir. Nuh tufanından sonra bəşəriyyət çox böyük geriləmə yaşadı. Sanki ibtidai yaşama qayıdıldı. Cəmiyyətdə anaxaqanlığı (matriaxat) quruluş hakim idi. Mu dinində Tanrının dişi tərəfini simvolizə edən Ay, qadınların üstün olduğu bütün cəmiyyətlərdə baş tanrıça statusuna yüksəldildi. Artıq Günəş tanrılarına olduğu kimi, Ay tanrısına da qurbanlar verilməyə başlandı. Apollon, Anadoluda ilk uyqarlığı yaradan Luvilərin günəş tanrısı idi. Ay tanrısına sitayişi isə Baküs dini tərəfdarları (Hekat rahibələri / Bakant) həyata keçirirdi. Bu iki toplum arasında barışmaz mübarizə getməkdə idi. Əslində bu mübarizə, cəmiyyətin matriaxat və ya patriaxat sistem üzərində inkişafını qətiləşdirmək üstündə idi. “Apollon” kəlməsi finikiya dilində “Evrənsəl ata” anlamına gələn “Ap O Len” sözündən yaranmışdır. Apollonun ilk olaraq, Anadoluda meydana gəlməsi, onun Atlantis kökənli olmasını sübut edir. Bundan əlavə, Apollona ithafən tikilmiş Delfi məbədində həyata keçirilən inisiasiyalar da bu bağlantıya sübutdur. Belə bir iddia var ki, Orfey, Apollonun şərəfinə tikilmiş Delfi məbədinin bakirə rahibələrindən birinin oğlu olub. Bu məbəddə olan rahibələrin bakirə olması zəruri idi. Belə çıxır ki, onda bakirə rahibə tanrı Apollondan hamilə qalıb. Bu inanış, sonradan digər inanışlara da siraət etmişdir. Örnək olaraq, xristianlığı göstərə bilərik – bakirə Məryəmdən İsanın doğulmasını. E.ə. 700-cü illərdə Yunanıstanda Apollon tərəfdarları azlıqda idi. Baküs tərəfdarları onları yox etmək üzrə idi. Buna görə, Orfey Yunanıstandan qaçdı və Misirdə Osiris rahiblərinə sığındı. O, burada inisiasiya edildi və təxminən 20 il burda yaşadı. Bundan sonra o, Apollon inancını yenidən qurmaq görəvi ilə Yunanıstana qayıtdı. O, Baküs dininin tərəfdarlarına qalib gəldi. Lakin yeni dini köhnə dinin (Baküs/Bachus dini) təməlləri üzərində qurdu. Nəticədə ortaya çoxtanrılı Zeus dini və Dionisis kültü çıxdı. Orfeik inanışa görə, ruh bədəndə sanki həbsdədir. İnsanın görəvi ruhu arındırmaq və azad etməkdir. Ruh, istər bu dünyada, istərsə də, o biri dünyada yalnız rituallar ilə arına bilər. Ölümdən sonra ruh, əgər insan həyatda doğru işlər görübsə, cənnətə, əksinə, pis işlərlə məşğul olubsa isə cəhənnəmə göndərilir. Mükafat və ya cəza aşamasından sonra ruh başqa bir bədəndə yenidən doğar. Yalnız üç dəfə doğru yaşam sürən bir ruh, yenidən doğuş yaşaya bilər. Yeddi simli lira musiqisinin müşayiəti ilə, göyün yeddi kürəsindən keçər və Uca Tanrı qatına çatar. Orfeik inanışa görə, tanrıların ən böyüyü Zeus, bütün kainatın özündən var olmuş tanrıdır. Dionisis isə onun oğlu, yəni təzahür etmiş İlahi Kəlamdır. Onun bir digər adı Horusdur. İnsanlar Dionisisin parçalarıdır. İnisiasiyalar isə insanoğlunun Hermesləri, yəni ikinci tanrılardır. Orfey, “Tanrılar bizdə ölür, bizdə dirilir” deyirdi. Yenidən doğuşa inanan Orfey, gerçək Tanrının tək, ikincil tanrıların isə sonsuz sayda və müxtəlif olduğunu qeyd edirdi. Göründüyü kimi, bakirə rahibə qadından doğulmuş olması, eləcə də Uca Tanrı ideyası Orfeyin xristianlığa böyük təsir etdiyini ortaya qoyur. Hətta erkən xristianlıqda bəzi mozaiklərdə bu elementləri görmək olar. Sonradan xristianlıqda Mitra elementlərinin aradan qaldırılması zamanı, Orfey elementlərinin də çıxarılmasını sezmək mümkündür. Orfey inisiasiyasının parolu “Evohe” idi. Misirdə “İod-He-Vau-He” şəklində tələffüz edilən bu kəlmə Musa tərəfindən işlədimişdi. Burada “İod”un Osirisi, “He-Vau-He”nin isə İsisi təmsil etdiyi deyilir. Bu kəlməni Pifaqor da işlətmişdir. Bu dönəmdə Orfeik inanc kimi Misirdən Yunanıstana başqa inanclar da daxil oldu. Bu, Hermesə ithafən adlandırılan “Hetairies”lər idi. Onlar da cəmiyyətə insanları inisiasiya vasitəsilə alırdılar. Hermesi müqəddəs sayan və misirlilər kimi ona üç dəfə ulu anlamına gələn “Trismagestis” deyən bu cəmiyyətin üzvləri özlərinə “Dionisis işçiləri” deyirdilər. Bu gün heyranlıqla izlənilən antik yunan əsərlərinin və İonik sütunlarının hər birinin altında bu işçilərin imzası vardır. Onlar bir-birilərini tanımaq üçün gizli işarət və kəlmələrdən istifadə edirdilər. E.ə. 594-cü ildə qəbul edilmiş “Solon qanunları” bu işçilərə bir çox imtiyazlar tanımışdır. Onlar ölkə ərazisində sərbəst gəzə bilərdilər və bir çox vergi imtiyazlarına malik idilər. Hər bir kəs müəyyən əxlaqi imtahanlardan keçdikdən sonra, müəyyən məbləğ ödəmək müqabilində Dionisis qardaşlığına üzv ola bilərdilər. Zamanla bu qardaşlıq sistemi Romada korporasiyalarda və “Collegia”da özünü biruzə verməyə başladı. Özlərinə məxsus binalarda (Schola) toplanan birlik üzvləri əcdadları kimi sirlərini saxlamaq üçün and içir və bu sirri digər nəsillərə ötürürdülər. Onlara da bir çox imtiyazlar verilmişdi. Göründüyü kimi bu oxşarlıqlar orta əsrlərdə digər birliklərdə özünü göstərdi. Orta əsr daş ustaları da bu imtiyazlara sahib idilər. Günəş tanrısı Apollon İşıqdır, tanrısal Nurdur. Ona ithaf edilmiş Delfi məbədinin qapısı üzərinə “Özünü tanı” ifadəsi yazılmışdı. 4 dorik sütun üzərində üçbucaq damdan ibarət olan Delfi məbədi, ezoterik təlimin təməllərini özündə əks etdirir. Bu 4 sütun, Mu dinindəki dörd yaradıcı gücün, Misir və Kabbala ezoterizmindəki dörd təməl elementin simvollarıdır. Bu 4 sütun həmçinin insanın var olduğu fiziki ortamı, dünyanı və mikrokosmosu təmsil edir. Dörd sütun üzərində ucu yuxarıya üçbucaq dam isə, insanın ucalmaq istədiyi Tanrını, yəni Makrokosmosu ifadə edir. Damının üç bucaqlı olması tanrısal üçləməni, yəni kutsal kəlamı – Oğulu bildirir. Hermetik Eleuisis gizəmlərinin mərkəzində, ölən və yenidən doğulan bir Tanrı-insan mifi vardır. Bu ayinlər baharın ilk gündönümü zamanında, təxminən otuz min insanın iştirakı ilə gerçəkləşdirilirdi. Ayaqyalın şəkildə müqəddəs Eleuisis məbədinə 30 kilometr məsafə qət edilirdi. İştirakçılar məbədin ətrafına dövrə vururdular. Ümid edirəm ki, bu səhnə sizlərə bir şeyi xatırladır. Yol boyunca oruc tutulur və qurbanlar kəsilirdi. İnsanlar əvvəllər inisiasiya olunmuş üzü maskalı şəxslər tərəfindən müxtəlif təcavüzlərə məruz qalırdılar. Bunun məqsədi, yeni inisiasiya olunacaq şəxslərin səbrini və dözümünü yoxlamaq idi. İzdihamın başında Dionisisin heykəli daşınırdı. Yeni namizədlər çılpaq şəkildə dənizdə çimdikdən sonra törənə aparılırdılar. Salona yalnız yeni namizədlər və əvvəllər inisiasiya olunmuş şəxslər daxil ola bilərdi. Namizədlər sirri saxlayacaqları üçün Dionisis üzərinə and içirdilər. İnisiasiya güclü musiqinin müşayiətilə, gur işıqlar vasitəsilə aparılırdı. Baş rahib (Hyorofan) Dionisis kimi geyirdi. Proses ölümü və yenidən doğuşu simvolizə edirdi. Ümumiyyətlə, yunan hermetik inisiasiyalarının məqsədi, törənə qatılanlara yeni nəsə öyrətmək deyil, yeni bir fərqliliyi yaşatmaq idi. Getdikcə Baküs dini tərəfdarları yenidən ortaya çıxdı və Orfey dini tərəfdarlarını yox etmək qərarına gəldilər. Hətta sonralar elə oldu ki, Orfeyin real şəxsiyyət olması belə şübhəli məqama çevrildi. Bu inancın daşıyıcıları özlərini müdafiə etmək üçün üzdə özlərini Baküs dini tərəfarları kimi göstərsələr də, altda öz inanclarını saxladılar. Hətta e.ə. 570-ci ildə anadan olmuş Pifaqor belə, Delfi məbədində inisiasiya edildi. O da Orfey kimi Misirə, Memfisə getdi, orda 22 il qaldı və Osiris qardaşlığı cəmiyyətinə üzv oldu. ************************************ Qaynaq: • Cihangir Gener – Ezoterik, Batini Doktrinler Tarihi • Edouard Schure – İnsanlığı Aydınlatan Büyük İnisiyeler/Dinlerin Gizli Tarihi • Lady Queenborough &Edith Starr Miller – Occult Theocracy • Charles Freeman – Mısır, Yunan, Roma (Antik Akdeniz Uygarlıkları)
      • 1
      • Like
×
×
  • Create New...