Şimal Mifologiyası Latest Topics

Runlar nədir?
Runların qədim pragerman xalqların əlifbası olduğu, tarixi bilən hər kəsə aydındır. Bu mövzuya lazım olduqda toxunacağıq.

Skandinav miflərinə görə, runlar Odinə (Votan) bəxş edilmişdir. Bunun üçün, o, özünü İqqdrasil Dünya Ağacında qurban vermişdir. Dünya Ağacı obrazı bir çox mədəniyyətlərdə və müxtəlif ənənələrin magik mətnlərində mövcuddur. Hər hansı bir əfsanə, xüsusən də magiya ilə əlaqəli olan əfsanə, hərfi mənada başa düşülməməlidir. Bu əfsanələrin bir çox mənəvi qatları vardır. Eyni zamanda Dünya Ağacı obrazı reallığın strukturunu təsvir edir və botanika ilə heç bir əlaqəsi yoxdur.

Slavyan ənənələrində də runik yazı mövcud idi və bu yazını yalnız runların həqiqi mənasına bələd olan bəzi seçilmiş şəxslər – volxvlar, vedunlar, çarodeyilər, kahinlər bilirdi. Yeni dinin gəlməsi, slavyanların və skandinavların xristianlaşdırılması ilə qədim dinin ənənələri və nəticə etibarilə məlumat ötürmə vasitələri – runlar (slavyanlar onlara "çizmələr" deyirdi) demək olar ki unuduldu. Runlar "bütpərəst" irsi olaraq qəbul edildi və beləliklə, təhlükəli hesab olunub qadağan olundu. Bu cür biliklər yeni dinin prinsiplərini və dəyərlərini sarsıdırdı. Günümüzdə bəzi insanlar slavyan runlarını yazı işarələri kimi yenidən qurmağa cəhd etsələr də, onların magik sistem kimi ilkin forması artıq itirilmişdir.

Bunu türk runlarına da aid etmək olar. Orxon-Yenisey abidələrindən qalan türk runları hazırda bizə məlum olsa da, onların magiyada istifadəsi barədə günümüzə qədər məlumat gəlib çıxmamışdır. Ona görə də, bu və digər mövzularda runların daha çox reallığa təsir üçün istifadəsindən danışacağıq. Burada, müəllifin runlara baxışı digər ezoterik mənbələrdəki baxışlardan bir qədər fərqlənə bilər.

Runların tarixi nöqteyi nəzərdən hansı mədəniyyətə aid olmasından asılı olmayaraq - onlar universaldır və Yer üzündə məskunlaşan bəşər övladına verilən qədim müdrik biliklərin qalıqlarıdır. Tarixi, mifologiyanı və əcdadlarımızın mədəni irsini öyrənərək, onların dəyərləri haqqında bilikləri qoruyaraq, ruhumuzu zənginləşdiririk. Bu biliklər bizim bir parçamıza çevrilir və beləliklə, həyatımızı dəyişdirir. Qədim ənənələri insanın şüurundan çıxarmaq mümkün deyil. Bizə hər hansı yad dəyərlər təlqin edilsə belə, bizə aid dəyərlər hər birimizdə kodlaşmışdır. Onları oyatmaq və şüurumuzun bir hissəsinə çevirmək üçün, biz, bu bilikləri əməllərimizlə həyata keçirməyi öyrənməliyik.

Mifologiyaya görə, Odin könüllü olaraq özünə əzab verib, "özünü özünə qurban etməsi" ilə runlar haqqında biliyə sahib olmuşdur. Bu magik təkris (inisiasiya) aktını o, runları – özü və kainat haqqında bilikləri, həmçinin bu sahələrə hakim olan qüvvələri əldə etmək üçün həyata keçirir. O, gözünü qurban verərək "açıq-aşkarı görməkdən" imtina edərək, "səthi" olanlarla qane olmaqdan imtina etdi və bununla da əşyaların gizli mahiyyətini dərk etməyə nail oldu. Əzablı təkris prosesində o, mənəvi biliklərin sirlərinə sahib olur və nəticədə 24 runluq "Futark" nazil olur.

Böyük Edda – "Şimal" ənənələrinə aid xalqların həyatı və dünyagörüşü haqqında miflər və əfsanələr toplusudur. Bu topluda uzaq əcdadlarımızın dünyagörüşünün açarları və runlarla bağlı bir çox biliklər vardır. Böyük Eddanın 138 və 139-cu misralarında (Hündürboylunun Nitqləri) Odinin İqqdrasil ağacından asılması təsvir olunmuşdur.

"Hündürboylunun Nitqləri"nə əsasən, Tanrı Odin runları icad etməyib. O, runları "əldə edib". Onları əcdadlarından, ilkin qüvvələrdən miras olaraq alıb. Odinin gətirməli olduğu qurban runlara sahib olmaq üçün deyil, runların biliklərinə yiyələnmək üçün idi. O, runları deşifrə etdi, anladı, hiss etdi və bu bilikləri öz gələcək nəsillərinə – bizə, Midqardın sakinlərinə çatdırdı.

Böyük Edda əfsanələrində şifrələnmiş həmin bu biliyə yiyələnmə prosesi, runik simvolizm vasitəsilə dünyanı magik olaraq öyrənmək yolunda olan birbaşa hər kəsə aiddir. Runların biliklərini əldə etmək yolunda gedən hər kəsin, Tanrı Odin kimi, "gözünü" qurban verməsi lazımdır, yəni hadisələrə və əşyaların mahiyyətinə materializm məntiqi prizmasından baxmaq vərdişindən imtina etmək lazımdır. Əşyaların mahiyyətinə varmaq üçün dəyişmək, indiyə qədər olduğun şəxsiyyəti silmək lazımdır. Köhnə norma və dəyərlərdən əl çəkmək və nəhayət, həmişə göz önündə olan, lakin məntiq və fiziki qanunlar dünyasında mövcud olmayan, diqqətdən qaçan şeyləri görməyi öyrənmək lazımdır. Bunun üçün, davamlı şəxsi transformasiya yolunu getməlisən.

"Böyük Futark" 24 rundan ibarətdir. Onlar dəqiq müəyyən edilmiş ardıcıllıqda yerləşdiriliblər (iki sonuncu runun yeri dəyişdirə bilər). Runların ardıcıllığında hər hansı bir dəyişiklik Futarkda əks olunan sistemi poza bilər. Maraqlıdır ki, insan genomu da müəyyən bir ardıcıllıqla yerləşdirilmiş 23 cüt xromosomdan ibarətdir və yalnız sonuncu – cinsi xromosom cütü ya kişi, ya da qadın ola bilər. Beləliklə, insan irqinə 24 cüt xromosom xasdır, lakin hər bir insan, cinsinə görə, 23 cüt xromosoma malikdir. Runlarla və insan genomu arasında bu açıq-aşkar əlaqəni runik magiya ilə dərin məşğul olan praktiklər hiss edə biləcəklər.

Bizə görə, Runlar nəinki sadəcə qrafik magiya elementləri, yəni siqillər, simvollardır. Onlar həm də - kosmik mənşəyi olan mürəkkəb ruhlardır, onların şüuru və xarakteri vardır. Növbəti mövzularda buna toxunacağıq.

Şəkildə: Dünya Ağacı - İqqdrasil, 9 dünya və onlara məxsus olan Runlar.

Odin yoxsa Müqəddəs Nikolay?
Bütün bütpərəst ənənələrdə tanrılar qismən xeyirxah, qismən isə şər hesab olunur, eynən insanlar kimi, yalnız bir fərqlə ki, tanrılara aid olan bütün keyfiyyətlər daha möhtəşəm təsvir olunur.

Edda mətnlərində isə Odin tamamilə fərqli bir şəkildə təsvir olunur. Bu mətnlərin xristian müəllifləri adətən bu tanrını nifaq salan və pis bir cadugər kimi göstərirdilər.

Odin kultunun xeyrixah və arzuları yerinə yetirən kimi təsvir olunan qalıqları Niderland, Almaniya və bəzi digər ölkələrdə Müqəddəs Nikolay bayramı şəklində qorunub saxlanılıb. Bu bayram 6 dekabrda qeyd olunur. Son zamanlara qədər Niderland və digər yerlərdə ilin ən məşhur bayramı idi; xüsusilə uşaqlar bunu çox sevirdi. Milad və Pasxa ilə yanaşı, bu da xristian kilsəsinin öz ənənələrini bütpərəstlikdən götürüb və hətta bütpərəst tanrılarının xristian müqəddəslərinə çevrildiyini göstərən bir nümunədir.

Bu bayramla bağlı mərasimlər və inanclarda Vodanın xeyirxah cəhətləri aydın şəkildə təzahür edir.

Xristian ənənəsinin gətirdiyi bəzi fərqlərə baxmayaraq, Müqəddəs Nikolay ilə Vodanın çox ortaq cəhətləri var. Əvvəla, Müqəddəs Nikolay evlərin damları üstündə boz və ya ağ atla gəzər. Onun yanında iki köməkçisi var - ikisi də "Qara Peter" adlanan qara dərililərdir. O, həmçinin qırmızı plaş və yepiskop mitrası geyinir, əlində uzun bir əsa var. Bu mənzərəni Vodanın ənənəvi obrazı ilə əlaqələndirmək çətin deyil: iki qarğa ilə müşayiət olunan, Sleypnir atı minərək, plaş və geniş günlüklü şlyapa geyinən, əlində yol əsası tutan qoca.

Müqəddəs Nikolay daha çox uşaqların sevimlisidir. Burada da Vodanla bağlı elementlər görmək olar. Qədim dövrlərdə arzuolunmaz körpələri yolayrıclarına ataraq onları Vodan və Holdu ilahəsinin ixtiyarına verirdilər. Onlar bu uşaqları öz dəstəsinə götürürdülər. (Müasir günümüzdə uşaq evlərinə yerləşdirilən uşaqlar, əslində, oxşar vəziyyətdədirlər və buna görə də Vodan və Holdu tərəfindən xüsusi diqqət altında olduqları hesab olunur). Vodanın dəstəsinə qoşulan bu uşaqlar ov dəstəsinə qatılırdılar. Şlyapa və əsalar günümüzə qədər estrada fokusçularının atributları olaraq qalır. Niderland folklorunda arzuları yerinə yetirən şlyapa mövcuddur və oxşar rol oynayan sehrli çubuq vardır, German xalqlarının bir çox nağıl və miflərində bu elementə rast gəlinir. Bu çubuq haqlı olaraq Vodan/Odinin nizəsi (və ya əsası) ilə eyniləşdirilir, hansı ki, bundan başqa fallik simvol da sayıla bilər. Müqəddəs Nikolayın dəcəl uşaqlara gətirdiyi ağcaqayın budaqları, Vodanın himayəsi altında keçirilən qədim məhsuldarlıq bayramlarının ənənəvi mərasimlərinin qalıqlarıdır: bəy və gəlin bir-birini ağcaqayın budaqları ilə döyürdülər, ümid edirdilər ki, bu onların daha tez uşaq sahibi olmasına kömək edəcək.

Sonda qeyd edək ki, ağcaqayın ağacı, əlbəttə, Berkana runu ilə əlaqəlidir, hansını ki, Vunyo runu ilə birləşdirərək məhsuldarlıq üçün rituallarda istifadə etmək olar.

Şəkillərdə: Odin (Vodan) və Müqəddəs Nikolay

Allahın və Odinin 100-dən çox adı
Bu yazıda paqanizmlə ibrani dinlərinin daha bir oxşarlığından, tanrılara verilən çoxsaylı adlardan danışılacaq.

Əsmayi-hüsna - Allahın gözəl adları, islamda islam tanrısına verilən 99 addır. Məhəmməd peyğəmbərdən rəvayət hədislərdən birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər".

Quranda qeyd olunan ilahi adlar 100-dən çoxdur; Müxtəlif hədislərdə Allaha aid edilən başqa adlar da vardır. Esma-i Hüsna kompozisiyasının bütün bunları geniş mənada ehtiva etdiyi, lakin bir termin olaraq daha çox doxsan doqquz adı ehtiva etdiyi qəbul edilir.

İslama görə "Allahın şəxsi adı Allahdır. Digər adların bu adın hərəkətləri, xüsusiyyətləri və təzahürləri olduğu düşünülür."

Həmin adlar və onların mənaları aşağıdakı kimidir:

Allah: Hər adın xüsusiyyətlərini ehtiva edən öz ad. Özündən başqa ilahı olmayan yeganə Allah. Bu ad Uca Allahın bənzərsiz adıdır. Bu baxımdan başqa adlarla ifadə olunan bütün gözəl sifətləri və ilahi sifətləri özündə ehtiva edir. Yalnız digər adlar onların mənasına rəhbərlik etməlidir. Bu baxımdan heç bir ad Allahın adını əvəz edə bilməz. Bu adı məcazi olaraq Allahdan başqasına vermək olmaz. Onun başqa adlarından bəzilərinin Allahdan başqa adlar kimi verilməsi caizdir.

Rəhman: Dünyadakı bütün məxluqata mərhəmətli, şəfqətli və xeyirxah olan.

Rəhim: Axirətdə sadəcə möminlərə mərhəmət edən.

Məlik: Mal sahibi, kainat, mülk sahibi və hökmranlığı daimi olan.

Kuddus: O kəs ki, hər cür nöqsanlardan uzaq və hər cür nemətlərə layiqdir.

Salam: Bütün təhlükələrdən qurtulmaq. O kəs ki, cənnətdə xoşbəxt bəndələrinə salam verir.

Mömin: Güvən verən, əmin edən, qoruyan, iman nuru verən.

Muheymin: Hər şeyi görən və nəzarət edən, hər bir varlığın etdiyindən xəbərdar olan.

Əziz: Şərəf sahibi, hər şeyə qalib gələn, qarşısıalınmaz.

Cabbar: O, əzəmətli və qüdrətlidir. İstədiyini edən və istədiyini elətdirəndir. Ona qarşı etiraz etmək mümkün deyil.

Mütekebbir: Böyüklükdə tayı bərabəri olmayan

Xalik: Yaradan, yoxdan var edən. Varlıqların keçirəcəyi halları təqdir edən.

Bâri: Hər şeyi mükəmməl və mütənasib şəkildə yaradan.

Musəvvir: Varlıqları formalaşdıran və onları müxtəlif xüsusiyyətlərlə yaradan.

Qaffar: Günahları örtən və çoxunu bağışlayan. O kəs ki, istədiyini günahdan qoruyar.

Kəhhar: İstədiyini etməyə qadir olan, qalib və hakim olan.

Vəhhab : Qarşılıqsız nemət verən, çox ehsan verən.

Rəzzək: Hər bir varlığın ruzisini verən və ehtiyacını ödəyən.

Fəttah: Hər cür bəlaların aradan qaldıran.

Alim: Əbədi və əzəli elmi ilə sirri və aşkarı, keçmişi, gələcəyi, hər şeyi bilən.

Kəbid: O kəs ki, istədiyinin ruzisini daraldar və ruhuhu alar.

Basit: O kəs ki, istədiyinin ruzisini genişləndirir və ruhunu verir.

Hafid: O, kafirləri və fasiqləri zəlil edər.

Rafi: Şərəf verib yüksəldən

Muiz: O kəs ki, istədiyini əzizləyir

Muzil: O kəs ki, istədiyini zəlil edər, xar edər və alçaq edər.

Səmi: Hər şeyi ən yaxşı eşidən, duaları qəbul edən.

Bəsir: Gizli açıq, hər şeyi ən yaxşı görən.

Həkəm: Doğrudan batili ayıran mütləq hakim. Hikmət sahibi.

Ədl: Mütləq ədalətli, yerli yerində edən.

Lətif: Hər şeyi bilən, mərhəmətli və xeyirxah.

Həbir: O, hər şeydən xəbərdardır. Hər şeyin gizli tərəfini bilir.

Həlim: Cəzada tələsməz, yumşaq davranar, hilm sahibi.

Əzim: Böyüklükdə bənzəri olmayan. Çox uca

Qafur: Əfvi, bağışlaması bol olan

Şəkur: Az əmələ çoxlu savab verən.

Alliy: Uca, çox yüksək.

Kəbir: Böyüklükdə bənzəri yox. Çox böyük

Hafis: Hər şeyin qoruyucusu.

Mukit: Ruzilərin yaradıcısı.

Həsib: Bəndələrin hesabını ən yaxşı görəndir.

Cəlil: Cəlal və əzəmət sahibi

Kərim: Səxavətlə, bol lütf və xeyirxahlıqla verən və çox verən.

Rəkib: Hər zaman hər varlığı, hər işi seyr edən. O, bütün işlərə cavabdehdir.

Mucib: Dua və istəkləri qəbul edən.

Vasi: O kəs ki, mərhəmət və qüdrət sahibidir, elmi ilə hər şeyi əhatə edir.

Hakim: Hər şeyi hikmətli və hər şeyi hikmətlə yaradan.

Vədud: Yaxşılığı sevən, yaxşılıq edənlərə xeyirxah olan. sevgiyə layiq.

Məcid: Neməti sonsuzdur, izzəti çox ucadır, hər cür tərifə layiqdir.

Bais: Axirətdə ölüləri dirildən, peyğəmbər göndərən.

Şəhid: Zamansız, məkansız, heç yerdə mövcud olmayan və həmişə hər yerdə mövcud olan.

Haqq: Onun mövcudluğu dəyişməz olaraq qalır. Mövcud olan, haqqı ortaya çıxaran.

Vəkil: Qullarının işini bitirən. Ona güvənənlərin işini ən yaxşı nəticəyə çatdıran.

Kafi: Onun qüdrəti üstündür və heç vaxt azalmır.

Mətin: Güc və qüdrət mənbəyi, çox güclü.

Vəli: Müsəlmanların dostu, onları sevən və onlara kömək edən.

Həmid: O, hər cür tərifə layiqdir.

Muhsi: O yaratdığı və yaradacağı bütün varlıqların sayını bilir.

Mübdi: Maddəsiz, nümunəsiz Yaradan.

Muid: O kəs ki, məxluqatını məhv edəcək, sonra dirildəcək.

Muhyi: Canlandıran, yaratdıqlarına can verən.

Mümit: Hər canlıya ölümü daddıran.

Hayy: Əbədi həyatla diri olan biri.

Kəyyum: Məxluqları varlıqda durduran. Zatı ilə möhkəm olan

Vacid: Ondan heç bir şey gizli qalmayan, heç bir şeyə möhtac olmayan

Macid: Böyük qüdrət və şöhrət sahibi olanın səxavəti çox olan.

Vahid: Yeganə odur ki, mahiyyətində, sifətində və felində oxşarı və ortağı yoxdur.

Səməd: Heç nəyə ehtiyacı olmayan, hər kəsin möhtac olduğu

Qədir: O, istədiyini istədiyi kimi yaratmağa qadirdir.

Müqtədir :İstədiyi kimi qənaət edən, hər şeyi rahatlıqla yaradan qüdrət sahibi

Müqəddim: İstədiyini yüksəldən, önə sürən, irəli aparan.

Muahhir : İstədiyini alçaldan, geriyə, sona qoyan

Əvvəl : Əbədi, varlığın başlanğıcı olmayan.

Ahir: Əbədi olan, varlığın sonu olmayan.

Zahir: Yaratdıqları ilə varlığı aydın və aşkar olan, qəti dəlillərlə tanınan.

Batin: Ağlın təxəyyülündən gizli olan .

Vali: Bütün kainatı idarə edən və onların işlərini nizama salan.

Mütəali: Son dərəcə əzəmətli.

Bərr: Yaxşılığı və ehsanı bol olan

Ət-Təvvab: Tövbələri qəbul edib və günahları bağışlayan.

Müntəkim: Üsyançıları və zalımları cəzalandıran.

Əfüvv: Əfviçox olan. Günahları bağışlayan

Rauf: Çox mərhəmətli, çox şəfqətli

Məlik-ül Mülk: Bütün əmlakın sahibi.

Zül-Cəlali vəl İkram: Cəlal böyüklük, şərəf, kamillik və şərəf sahibi olan .

Muksit: Məzlumun haqqını alan, ədalətlə hökm edən, hər şeyi bir-birinə uyğun edən.

Cami: İki əksin birləşməsi. Qiyamət günü bütün məxluqları bir yerə toplayan.

Qənni: Ehtiyacsız, möhtac olmayan hər şey Ona möhtacdır.

Muğni: Müstəqil edən. Ehtiyacları bitirən, zəngin edən

Mani: İstəmədiyi şeyin qarşısını alan.

Əd-Darr: Zərər verənlərin yaradıcısı.

Ən-Nafi: Faydalı şeylərin yaradıcısı.

Ən-Nur: Aləmləri nurlandıran və istədiyinə nur verən.

Hadi: Hidayət verən

Bədi: Analoqu olmayan, bənzərsiz möcüzələr yaradan. (Tayı bərabəri olmayan).

Baqi: O, əbədidir, sonu yoxdur.

Varis: Hər şeyin əsl sahibi.

Rəşid: Hidayətə ehtiyacı olmayan, doğru yolu göstərən.

Sabur: Cəza verməyə tələsməyən.

"Böyük Edda"dakı poemalardan biri olan "Qrimnir Nitqləri"ində (Grímnismál) Odinin 60-a yaxın adı sadalanır. Ümumi olaraq isə Odinin 170-ə yaxın adı qeydə alınıb.

İslamda da olduğu kimi, hər bir adın Odinlə bağlı xüsusiyyətləri və təzahürləri var.

Adlardan bəzilərini nəzərdən keçirək:

Alfödr (Alfǫðr, «hamınıın atası»)

Atrid (Atríðr)

Baleyq (Báleygr)

Bölverk (Bǫlverkr, «yaramaz»)

Bivlindi (Biflindi, «zəhmli qalxan»)

Bileyq (Bileygr)

Vavud (Váfuðr)

Vak (Vakr)

Valfödr (Valfǫðr, «mərhumların atası»)

Veqtam (Vegtamr, «səyyahlığa öyrəşmiş»)

Vidrir (Viðrir)

Vidur (Viðurr)

Qaqnrad (Gagnráðr, «qələbə ilə hökmranlıq edən»)

Qanqleri (Gangleri)

Qaut (Gautr)

Göndlir (Gǫndlir)

Qlapsvinn (Glapsviðr)

Qrim (Grímr)

Qrimnir (Grímnir, «maska altında gizlənən»)

İqq (Yggr, «vahiməli, qorxulu»)

Kyalar (Kjalar)

Odin (Óðinn)

Omi (Ómi)

Oski (Óski)

Ofnir (Ófnir)

Sann  (Saðr)

Sannqetal (Sanngetall)

Svafnir (Sváfnir)

Svidrir (Sviðrir)

Svidur (Sviðurr)

Svipul (Svipall)

Siqfödr (Sigfǫðr, «zəfər atası»)

Sidqrani (Síðgrani, «uzun saqqal»)

Sidskeqq (Síðskeggr, «uzun saqqallı»)

Siddhött (Síðhǫttr)

Skilvinq (Skilfingr)

Tekk (Þekkr)

Tridi (Þriði, «üçüncü»)

Tror (Þrór)

Tud (Þuðr)

Tund (Þundr)

Ud (Uðr)

Farmatür (Farmatýr)

Fenq (Fengr)

Fyölnir (Fjǫlnir)

Fyösvinn (Fjǫlsviðr)

Har (Hár, «yüksək»)

Harbard (Hárbarðr, «ağsaqqal»)

Helblindi (Helblindi)

Henqikyöft (Hengikjǫptr, «əngi sallaq»)

Herteyt (Herteitr)

Heryan (Herjann, «döyüşçü», «ordu başçısı», eynherlərin başçısı)

Hnikar (Hnikarr, «ixtilaf salan»)

Hnikud (Hnikuðr, «ixtilaf salan»)

Hroft (Hroptr, «döyüşçü»)

Hroftatür (Hroptatýr)

Hyalmberi (Hjálmberi)

Yavnhar (Jafnhár, «bərabər hündür»)

Yalk (Jálkr)

Tanrıların çoxsaylı adlarına digər dinlərdə də rast gəlinir. Məsələn, vişnuizmdə ali tanrı olan Vişnunun "Vişnu Sahasraname"yə görə 1000 adı var.

Odin, İsa Məsih və Baldr
Hazırki mövzuda şimal paqanizminin xristianlıq rəvayətlərinə daha bir oxşarlığından söz açacağıq.

Baldr - As qrupuna daxil olan tanrılardan biri, Odinin və onun həyat yoldaşı Friqq ilahəsindən ikinci oğludur. Qədim skandinavların "Parlayan Tanrı" adlandırdıqları Baldr, hamı və bütün digər tanrılar tərəfindən sevilirdi. O heç kimə pislik edə bilməzdi və heç kim də ona pislik edə bilməzdi. Baldr Nannanın əri və Forsetinin atası idi və onlarla birlikdə cənnətin qədim skandinav ekvivalenti hesab oluna bilinən Breidablikdəki palatasında yaşayırdı. Bu yerdə əxlaqsız və natəmiz heç nə ola bilməzdi, ona görə də dünyanın bütün məhkəmələrinin ən böyüyü burada idi; onun sayəsində Breidablikdə ədalət bütün tərəfləri tamamilə qane edirdi. Baldrın özü kimi mükəmməl bir həyatının ironiyası onun həyatını itirməsinin özəlliyindədir. Parlayan Tanrı məhz ölüm epizoduna görə xatırlanır.

Bir tanrının ölümü, tanrıların ölməz və yenilməz olduğuna dair ümumi inancdan maraqlı bir uzaqlaşmadır. Yunan və Roma panteonunun bütün tanrıları əbədi mövcud idi, bu, qədim inanclar üçün standartdır. Halbuki Skandinaviya mifologiyasında bütün tanrılar ölməli idi. Bütün Aslara məlum olan vaxt və məkan müəyyən idi və hamı bilirdi ki, tanrılar yıxılacaq və dünya qaçılmaz Raqnarokla qarşılaşacaq. Balderin ölümü Raqnarokun müjdəçisi idi, ona görə də ən təmiz tanrının ölümü təkcə kədərləndirici deyil, həm də qorxuncdur.

Baldrın ölümü Böyük Edda əsərində daha yaxşı təsvir olunmuşdur. Lakin, buradakı maraqlı aspekt xristinalıqla olan paralellərdir.

Odin və İsa Məsih kimi Baldr də qaçılmaz ölümünü bilirdi. Baldrı kor tanrı Höd öldürür. Kor tanrılar taleyin və hökmün əksidir (Themis, Triglav). İsa da onun kimi mühakimədən (ədalətsiz, yəni “kor”) keçir. Onun qatilləri “nə etdiklərini bilmirlər” (Luka 23:34), yəni onlar əslində kordurlar. Höd Balderi bağamburc iynəsi ilə öldürür (Mistlteinn, “Dumanlı Tiyə”), yəni. Allahın Oğlunun Ox/Nizəsi ilə. Ölümdən sonra Baldr Helə, Məsih isə Ölülər Dünyasına enir. Lakin sonra hər iki tanrı dirilir ki, bu da onları Hind-Avropa panteonlarındakı ölən və dirilən (günəş və bahar) tanrılarının arxetipinə bənzədir.

Baldrın ölümündən sonra tanrılar dünyanı dolaşır və hər şeydən (məxluqlardan və əşyalardan) Baldrın ölümü üçün ağlamağı xahiş edirlər ki, bu da bir növ “evangelizm” adlandırıla bilər. Onun ölümündən sonra Fimbulvetr adlanan apokaliptik dövr başlayır. Bu, Əhdi-Cədid mifindəki Dəccal hökmranlığına bənzəyir. Maraqlıdır ki, Fimbuvetr də Yəhyanın Apokalipsisinə görə Dəccal Hökmranlığı kimi üç il davam edir, lakin bu, İsa Məsihin ölümü ilə dirilməsi arasında üç günü də göstərə bilər.

Baldr atası Odinin öldüyü Apokalipsisdən (Ragnarok) sonra diriləcək. Bundan sonra Baldr xristianlıqda hökmün/gücün Atadan Oğula ötürülməsinə bənzəyən bir yolla, yeni ali tanrıya çevriləcək (hakimiyyəti atasından sülalə olaraq miras alır). Biz bu motivi bir çox ənənələrdə görə bilərik, burada (səmavi) Ata dünya üzərində hakimiyyəti öz (günəş) Oğluna verir və özü də təqaüdə çıxır. Pravoslavlarda bu, belə bir çaşdırıcı ifadəni xatırladır - "Allah öləndə Nikola allah olacaq." Bu həm də qədim teoloji motivdir, ona əsasən Yaradan Tanrı-Demiurq Dünyanı yaradaraq onun üzərində hakimiyyəti arxontlara, “tanrılara” ötürür.

Odin (Qaranlıq) Göy Tanrısıdır. Onun oğlu Baldr Günəş, bahar tanrısıdır, İncil mifinə paralel misal gətirsək, o, Oğuldur, Odin isə (hamının/Allfather) Atasıdır. Lakin artıq qeyd etdiyimiz kimi, İncil hekayəsi çərçivəsində Oğul Ata ilə həm də mahiyyətcə eynidir. Səma ayrı bir obyekt deyil və bir çox ayrılmaz hissələri üzərində yerləşən və ona daxil olan Ay, Ulduzlar və Günəşi ehtiva edir. Onlar Vahid Səmanın təzahürləri, emanasiyalarıdır.

Günəş Səmadan ayrılmazdır (sanki dəmirçi allah tərəfindən ona “mixlanmışdır”) və Oğul da Atası ilə birdir. Oğul Atasının yenidən doğuluşu (və ya davamıdır).

Tanrı Odin
Odin və ya Votan (qədim skan. Óðinn) - German-skandinav mifologiyasında baş tanrı. Valhallanın sahibi. German mifologiyasındakı "Woden" və "Wodanaz" ilə bənzərlikləri vardır. Adı "təhrik", "hiddət" və "şeir" mənasını verən "óðr"dan gəlir. Skandinaviya panteonundakı digər bir çox ilahi varlıq kimi mürəkkəb bir rola malikdir; döyüş və müdriklik tanrısıdır. Bundan əlavə, cadu, zəfər və ov tanrısı kimi də tanınır. Günəş və kelt xaçı ilə simvolizə edilir.

Tanrıların atası (Allfather -  Hər kəsin atası); Asqarddakı sarayı Valhalla və onun zalı "Valaskjalf"da (qətlə yetirilmişlərin sığınacağı) "Hlidskjalf" (taxtı) yerləşir. Bu taxtdan doqquz diyarda baş verən bütün hadisələri izləyir. Bundan əlavə, yer üzü və səmanın hakimidir, onu daim iki köməkçisi, quzğunlar Huqin (düşüncə) və Munin (yaddaş) müşayət edirlər. Bu quzğunlar ona dünyadan xəbərlər gətirir.  Bundan başqa, ona Freki və Geri adında iki qurd yoldaşlıq edir. Odinin yalnız günəş kimi parlayan tək bir gözü vardır. Digər gözünü müdriklik quyusundan su içə bilmək üçün fəda etmiş və sonsuz bilik əldə etmişdir. Xəbərçiləri valkirlər, vəfat etmiş döyüşçülərin ruhlarını Valhallaya daşıyırlar. İngilis dilindəki "Wednesday" (Çərşənbə günü) "Woden's Day" (Odinin günü) deməkdir.

Heç vaxt hədəfdən yayınmayan nizəsi "Qunqnir", hər doqquzuncu gecədə yeni səkkiz üzük meydana gətirən üzüyü Draupnir və səkkiz ayaqlı atı Sleypnir vardır. Sleypnir suda, quruda və havada gəzə bilir.

Rəvayətə görə Odin nizəsi ilə özünü Həyat ağacı İqqdrasildən asaraq qurban vermişdir. Bu element xristianlıqda İsanın ağacdan asılaraq qurban verməsi ilə oxşarlıq təşkil edir. Odin 9 gün Varlıq və Ruh ağacı olan Iqqdrasild'n başı aşağı asılarkən əzabları böyük idi: sonra o Runları eşitməyə və onları ağacda çizməyə başladı. Tanrılar və qəhrəmanlar haqqında qədim İslandiya mahnıları toplusu olan "Böyük Edda" əsərində bu hadisə belə danışılır.

Runların əldə edilməsi Həqiqətə nail olmağı simvollaşdırır və doqquz gün və gecə başı aşağı sallanan bir əzabkeşin şüurlu bir hərəkətidir, O "Mən" indən imtina etməyə hazırdır. Tanrının fədakarlığı Ali Mənə keçid oldu və qəfil daxili vəhy adi şüur üçün əlçatmaz olan runlarin əsl mənasını dərk etməyə imkan verdi. Asılmış Odinin ağacın köklərinə yönəlmiş baxışları məvhumların mahiyyətinin dərkini simvollaşdırır.

Xristianlıq əsrlər sonra Şimala gəldikdə, çarmıxdakı İsa Məsihin əzabları skandinaviyalılara İggdrasildə asılan Odinin əzabını xatırlatdı, buna görə də yeni xristianlıq dini onlar üçün məqbul idi. "Mən"dən imtina, həqiqət naminə özünü inkar - bu əsas məqamlarda xristianlıq və Şimal xalqlarının qədim inancları oxşar idi.

Şəkillərdə: Tanınmış Taro arkanı olan "Asılmış adam" və İqqdrasildən asılan Odinin illüstrasiyası