Şumer Mifologiyası Latest Topics

Şumer panteonu: müqəddəs yeddilik
Şumer panteonunun ən əsas tanrısı An (Akkadlılara görə isə Anu) idi. O, səma allahı olaraq, həm də cənnətin ağası hesab edilirdi.

Enlil: şumerlərin ikinci ən böyük tanrısı

Panteonda ikinci pillədə hava, külək və tufan allahı Enlil dururdu. O, An ilə Kinin övladı idi. Atası öləndən sonra o, tanrıların rəhbəri funksiyasını yerinə yetirməyə başlayır. Onu bəzən tanrıların yaradıcısı da hesab edirlər.

Enki: insanın yaradıcısı

Akkadlılar və babillilər onu Ea adlandırır. O, müdriklik və magiya tanrısı, eyni zamanda insan nəslinin yaradıcısı idi.

İnanna: əsas tanrıça

Assuriyalılar və babillilər ona İştar deyirdilər. Cinsəllik, ehtiras, sevgi və müharibə tanrıçası idi.

Şumer yeddiliyi

Şumer panteonunun əsas tanrıları olan An, Enlil, Enki və İnannadan başqa, daha üç tanrı da vardı.

Onlardan biri günəş və ədalət tanrısı Utu idi. O, İnannanın əkiz qardaşı idi.

Digər tanrıça – Ana ilahə – Ninhursaq idi. Eyni zamanda o, bolluq, təbiət və yaşam tanrısı idi. Əlavə olaraq, Ninhursaq, qadınların və uşaqların, xüsusilə də, hamilə qadınların və kiçik yaşlı uşaqların himayədarı idi.

Yeddilikdə sonuncu tanrı ay və müdriklik tanrısı Nanna idi. Bəzən o, İnannanın atası hesab olunurdu.

Karma
Karma

Təsir əks təsirə bərabərdir. Nyutonun 3-cü qanunu ədalət prinsipinə dayanıqlı və hər şeyi də olmasa çox şeyi təbiətdə açıqlayan nadir klassik qanunlardan biridir. Bu qanun təbiətdə olduğu kimi əslində digər sahələrdə də aktualdır. Cəmiyyətdə mənfi təsirə məruz qalındıqda ekvivalenti cəzadır. Ədalət prinsipi burda nə dərəcədə dəqiqdir bu isə sual altındadır. Cəmiyyətdə qurulan qanunlar insan təfəkkürünün məhsulu olduğu üçün təbiətdə olan dəqiqlik dərəcəsi burda təhrif olunur çox zaman. Yəni əgər sən təbiətin məhsulu olan pişiklərin nəslini kəsəcək olsan bunun əks təsiri, yəni cəzası olaraq qarşılığında xəstəliklər yayacaq gəmiricilərin yayılmasına yol açarsan. Bu isə təsirin nə dərəcədə əks təsirə bərabər olduğunu sübut edir. Sən əgər öz EQO-nu təbiətdən üstün tutsan o da götürüb sənə nə qədər aciz və cılız olduğunu və dolayı olaraq yerini göstərər. Təbiətin süura malik olmasını oturub burda müzakirə edərək sübuta gətirmək niyyətində deyiləm. Ancaq əgər insan bu canlı aləmin bir kiçik parçasıdırsa deməkdir ki, onun hərəkətlərini, fikirlərini və hisslərini də idarə edən məhz bu şüurdur. Kəpənək effektinin uzaq Çin Xalq Respublikasının bilmirəm hansısa vilayətindən başlayıb işıq pulunu ayın sonunda necə ödəyəcəyi haqqında düşünən sadə bir azərbaycanlının həyatına girməsi kimi incə ancaq qanunauyğun bir sistemlə qurulmuş böyük sistemdir təbiət. Onun özünə aid yumor hissi var. Özünə aid ölçü vahidləri və ən gülməlisidə öz siyasətləri vardır. Daha doğrusu bir siyasəti var. Yaşamaq, həyatda qalmaq. Onun üçün çin, avstriyalı, yasamal uşağı, demokratlar, faşistlər, biznesmenlər, kasıblar və s. kimi insanların qurduğu ayırmaları yoxdur. Onun üçün dağlar, dərələr, toxumu bir yerdən başqa bir yerə lazım olduğu üçün daşıyan külək, quşlar, lazımsız bitgiləri balansda saxlamaq üçün lazımlı canlılar vardır və onları daim tarazlıqda saxlamaq üçün nizamlayıcı amillər vardır. Yəni həyatda qalma siyasətində Pandaların nəsli tükənir, qoy onlar üçün bir zoopark düzəldim bir dənə də fond düzəldim ki kenqurular Avstraliyadan, Lemurlar bilmirəm hardan onlar üçün okeanlardakı cərəyanlar vasitəsilə ərzaq göndərsinlər.  Insan bədənində necə ki, süd dişlərinin vaxtı keçib düşməlidirlər yerinə yeni dişlər gəlməlidirsə, Pandalarda elə düşməlidirlər. Yerinə də onları lazımi dərəcədə əvəz edəcək başqa bir heyvan gəlməlidir. Bu nəslin tükənməyinə insanlar səbəb olsa belə bu icazə verilmiş qədərdir.

İnsan cəmiyyəti tarix boyu təbiətin yəni dolayı yolla desək orqanı olduğu canlının bədənini işğal etməyə çalışır. Ancaq özü də bilmədən bədənin tələbatını yerinə yetirir. Bunu mən həmişə beynin ayağı, əli, ağciyərləri idarə etməsinə oxşatmışam. Beynin sadəcə iradi, qeyri iradi və yarımiradi idarə etdiyi bu orqanlar onun verdiyi siqnallar vasitəsilə hərəkət edir. İnsan cəmiyyəti də bu təbiətdəki beynin qeyri iradi həyatda hərəkət etdiyi bir orqan kimidir. Biraz qarmaşıq bir açıqlama olduğunu başa düşürəm. Bunu sadə bir misalla izah etmək istərdim. İnsan beyni vasitəsilə öz eqosunu yüksəltmək niyyətindədir daim. Ağıllı insan bu bədəni daim sağlam tutmaq üçün onu bəsləyir, təmizləməyə çalışır və öz əhatəsini münbit etməyə çalışır. Yəni çoxlu pul qazanmağa çalışır ki, yesin, içsin, əylənsin və s. Ancaq bir müddətdən sonra hər şey ona sıxıcı gəlir və yeni macəralar axtarmağa, eksperimentlər etməyə, yeni dadlar dadmağa başlayır. Bunu edən elə öz qoruduğu yüksəltdiyi EQO-dur. Artıq beyin bədəni idarə etmir. EQO beyni idarə edir. EQO deyir ki ay beyin sən bir az gül. Beyin isə araşdırır ki, EQOnu razı salmaq üçün mən necə gülə bilərəm. Axırda tapır ki, bir bitgi var. Onun tüstüsünü ciyərlər vasitəsilə özümə hopdursam güləcəm və EQO razı qalacaq. Beyin amma bilir ki bununla ciyərlər yad bir cismə məruz qalacaq. Yavaş yavaş öləcək amma beyin artıq EQO-nun köləsi olduğu üçün o nə deyirsə onu da edir. Təbiətdə EQO İnsanlıqdır. Adamlar deyil. Məhz insanlıqdır ki, tarix boyu özünü təbiətdən üstün bilərək onu virus kimi işğal etməyə çalışır. Təbiətdə isə beyini idarə edəndən başqa bir şeydə vardır. İstər buna ruh deyin istər fövqal qüvvə mən buna Karma deyirəm ki, onun isə bir siyasəti var. Tarazlıq. Tarazlıq isə təsirin əks təsirə bərabər olmasıdır.

Mənə elə gəlir ki, Təbiət insanlığa bir şans verib. Onun edə bilmədiyi şeyləri insanlıq etsin. Canlı olan təbiət özündə olan bütün elmi, məlumatları insanlıq vasitəsilə yaymaq və bu məlumatlardan daha başqa cür istifadə etmək istəyir. İnsanlıq vasitəsilə ilişib qaldığı bu planetdən çıxıb səyahət etmək istəyir. İstəyir ki, İnsanlıq öyrənsin və elə bir ixtira etsin ki, onda olan məlumatlardan daim asanlıqla istifadə edərək digər ənginliklərə yayılsın. Başlanğıcda axı canlı heç bir şey yox idi. Yalnız böyük bir partlayış var idi. Bu partlayışdan doğan təmiz energi get gedə soyuyaraq maddəni meydana gətirdi. Kainatın EQO-su daha da irəli gedərək eko sistem qurdu özünə və öz laboratoriyasında canlı aləmə dönüşdü ki, qanunlarını məlumatlarını həyata keçirtsin. Ancaq bu qanunları artıq süurla etməli idi. Daha sonraki pilləyə keçid almalı idi. Bir etapın gəlməsi üçün ondan öncəki etap dağılmalıdır prinsipi ilə bu dəfə İnsanlıq üçün münbit bir laboratoriya şəraiti qurdu. İnsanlıq öz EQOsunu inkişaf etdirir artıq. Çünki buna təbiət icazə verir. Katastrofaları ilə, təbii fəlakətləri ilə. Ağzı yoxdu ki, başa salsın. Onun da özünə məxsus başa salma dili var. Əvvəl axır insanlıq anlayacaq ki, onun EQO-su elə təbiətin EQO-sudur. Və bu Eqo yeni bir şeylər dadmaq istəyir. Yenilənmək istəyir. Adı planetə verilmiş həmyerlimizin sözləri yadıma düşdü: “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam.” Təbiət artıq yanğınları ilə, xəstəlikləri ilə, fəlakətləri ilə İnsanlığa hayqırır ki, bəsdirin çoxaldız. Bəsdirin bir birinizi yediniz. Kainatda enerjidən çox nə var ki?! Neft üstündə hakimiyyət üstündə bəsdirin bir birinizi qırdınız. Çıxın artıq bu cılız çərçivədən. Başqa planetlərə ayaq açın. Enerjinizi bir birinizi yeməkdən öz evinizi yaşanılmaz yer etməkdən öz ölümünüzü yaxınlaşdırırsınız. Qaldırın bir yerinizi yerdən və yuxarı baxın. İstədiklərinizin hamısı göydə gözünüzün önündədir. Sadəcə fikrinizi cəmləyib gedib götürmək lazmdır.

Təbiət Şivanın rəqsini edir. Bizdə Korona virus belə gəldi, Tramp yenə gijdiyir. Problemlərinizi böyük tutun insanlıq!

Anunnakilər
Anunna və ya annunaki - şumer mifologiyasında "İqiqlər"-lə yanaşı digər tanrılar qrupudur. Mifologiyaya görə bəzən göylərdə, əsasən isə yer üzündə, yeraltı dünyada məskunlaşan və bəzi yazılara görə xtonik hesab olunan və ölülər dünyasının hakimləri hesab olunan tanrılardır. Adətən, cəm halında, heç bir ayrıca ad olmadan adlandırılırlar, Məlumdur ki, şumer panteonunda tanrılar iki ailəyə və ya fratriyə bölünürlər: İqiqlər və Anunnaki. İqiqlərə adətən əsas tanrılar: Anu, Enlil, Marduk, Nerqal daxildir. Onların məskəni əsasən səma idi. Annunaki kiçik tanrılar hesab olunurdular,

Qeyd etmək lazımdır ki, tanrıların İqiqlərə və Anunnakilərə bölünməsi akkad dövrünə təsadüf edir və kiçik tanrılar sayılan Anunnakilərə çox güman ki, yerli panteonların tanrıları aid ediliblər. Bu bölgü sərt olmayıb və geniş mənada bəzən İqiqlər və Anunnakilər sinonim kimi də istifadə olunublar.

Ən erkən Şumer mətnlərinə görə, Anunnakilər çoxsaylı panteondakı tanrıların ən güclüsü idilər və tanrıların ən böyüyü olan Andan və Kidən törəmişdilər. Daha sonra onlar yeraltı dünyada taxtda oturan yeddi hakim oldular. Onlar hətta Gilqameş dastanında bu cür təsvir olunurlar. Köhnə Babil mətnlərinə görə, onlar göylərin deyil, yeraltı dünyanın tanrıları idi. Üçüncü Ur sülaləsinin dövründə Anunnakilər onlardan səmada doğulmalarını əmr edən səma tanrısı Anunun övladları hesab olunurdular.  Şumerlərin "Lahar və Aşnan" mifində Anunun bu tanrıları "göy və yer dağlarında" yaratmasından və onların ilkin mövcudluğundan bəhs olunur. Mifə görə, o vaxt dünya hələ qurulmamışdı və Anunnakilər otla qidalanmağa, su içməyə və ağır işlə məşğul olmağa məcbur idilər. Tanrıların həyatını asanlaşdırmaq üçün Lahar (böyük buynuzlu mal-qaranın hamisi olan tanrı) və Aşnan (əkinçilik tanrısı), həmçinin insanlar yaradıldı. "Enki və Ninhursag" mətnində Anunnakilərin doğuluşu və onların dünyanın qurulmasında rolu haqqında danışılır. Babil kosmoqonik mifində "Enuma Eliş" (təxminən İkinci İsin sülaləsi dövründə, e.ə. XII əsrdə yaradıldığı güman edilir) Mardukun altı yüz Anunnakini bölməsindən bəhs edilir, bunlardan yarısı yerdə, digər yarısı isə göydə yaşamalı idi. Xaos qüvvələri üzərində qələbə münasibətilə Anunnaki tanrıları Marduka, möhtəşəm Esagila məbədi və Etemenanki zikkuratı ilə birlikdə, bünövrəsini qoyduqları Babil şəhərini hədiyyə edirlər.

Bəzən Anunnakilər kiçik tanrılar deyil, əksinə böyük tanrılar adlandırılırdı; bu mənada Anunnakilər İqiqlər ilə sinonim idi. Xüsusilə, akkad "Atrahasis Rəvayəti"ndə (ən erkən versiyası qədim Babil dövrünə aid edilir) "Yeddi Anunnaki"yə böyük tanrılar aid edilirdi, onlara kiçik tanrılar – İqiqlər xidmət edirdi; burada həmçinin tanrıların dünyanın qurulmasından və insanların yaradılmasından əvvəlki ilkin yaşayışı təsvir edilir. Ədəbiyyat mətnlərində, Anunnakilərə əsas tanrılardan biri aid ediləndə, onun adı tez-tez "Anunnakilərin birincisi", "Anunnakilər arasında ən nəcib" və ya "Anunnakilərin qəhrəmanı" epiteti ilə müşayiət olunurdu.

Qeyd edildiyi kimi, başqa miflərə görə, Anunnakilər böyük tanrılar hesab olunurdular. Bir daşqın mifində, İqiqlər altıncı nəsil tanrılar kimi Anunnakilər üçün işləyirlər. Lakin, 40 gündən sonra onlar ağalarına qarşı üsyan edirlər və Anunnakilərdən biri onları insanlar ilə əvəz edir. Bu hadisənin İncil daşqını ilə olan oxşarlıqları və rəqəmləri diqqətəlayiqdir. Aydındır ki, Mesopotamiya mifləri İncilin Əhdi-Ətiqinin çox hissəsinə böyük təsir göstərmiş və ya onun mənşəyi olmuşdur. "Enuma Eliş" kimi tanınan Babil yaradılış mətnində, tanrı Marduk Anunnakiləri bölür və onlara rollar verir. 300-ü göydə və 300-ü yerdə. Təşəkkür əlaməti olaraq, Anunnakilər Marduk, Enlil və Ir üçün Esagilanı və Babili hədiyyə etdikdən sonra, özləri üçün də məbədlər tikirlər. Sonrakı Assur mətnlərində, onlar Anu və Kin-in övladları kimi qeyd olunurlar; onlar qardaş və bacı olmaqla bərabər, səma qütblərinin tanrılarının övladlarıdır və onların nəsli ilk tanrılar olan Tiamat və Abzuya qədər uzanır. Burada biz burada artıq tanrıların göy cisimləri, ulduzlar ilə bağlılığının ilk işarələrini görməyə başlayırıq.

Ən azı e.ə. beşinci minillikdə Mesopotamiyada yaranan, erkən şumer sivilizasiyası, əsasən qeyri-semit mədəniyyət idi. E.ə. 3000-ci ilə qədər, inkişaf etmiş suvarma əkinçiliyi hesabına, şumerlər bir sivilizasiya kimi çiçəklənir və Ur, İrek kimi çoxsaylı əhalisi olan şəhər-dövlətlərin inkişafı ilə əhəmiyyətli bir iz buraxıblar. Şumerlərin mixi yazını icad etmləri ilə zamanlarını çox qabaqladıqları hesab olunur. Həmçinin onlar musiqi, poeziya, incəsənət, riyaziyyat və astronomiyada irəliləmiş biliklərə malik idilər.

Qədim şumerlər üçün musiqi kosmosu təsvir etməkdə bir vasitə idi. Şumerlər daha sonra uzun müddətli rəqibləri olan, Sargon I dövründə akkadlılar tərəfindən fəth edildilər. Akkadlılar paytaxtları Akkad olan bir semit xalqı idi. E.ə. 2000-ci ildən sonra Şumer-Akkad bir dövləti zəifləyir və daha sonra Babil və Assuriyanın genişlənən imperiyaları tərəfindən udulur. Şumer yaradılış mifində, Ananaj, Anunnaki və ya Böyük Anu Oğulları kimi tanınan mələklər onların mədəniyyətinin qurucuları idilər. Mələk (angel), Ananaj və Anakim adlarının çox oxşarlığı var.  Maraqlıdır ki, Anunnaki fonetik olaraq iudaizmdə adı keçən nəhənglər irqi olar Anakim ilə oxşardır. Onlar "Parlayanlar" kimi tanınırdılar. Parlayanlar haqqında ən erkən məlumatları dörd əsas mənbədən əldə etmək olar. Birinci mənbə, Nippur kitabxanasından olan Şumer lövhələrində onlara Ananaj deyilir. İkinci, Enox kitabında onlara mələklər, gözətçilər və Nefilimlər kimi istinad edilir. Üçüncü, Yubelum (Jubilee) kitabında. Dördüncüsü isə, İncilin Yaradılış kitabında onlara Elohim adı verilir. Şumer dilində "El" adətən Tanrı kimi tərcümə edilir, lakin qadın cinsində "Elohim" "El"-in cəmidir. Yaradılış kitabında "Elohim" ifadəsi də istifadə edilir. "El" parlaqlıq və işıqlanma deməkdir. Həqiqətən də, semit sözü olan "el" qədim dillərdə tapılır. Məsələn, anqlo-sakson əfsanələrində "elf" parlayan varlıq deməkdir və beləliklə, "el" təkcə "Tanrı" kimi deyil, həm də "parlayan varlıq" kimi tərcümə edilir, və cəm halda olan "Elohim", "parlayanlar" da ola bilər.

Anunun iki oğlu var idi. Enlil, fırtına tanrısı, havanı və atmosferi idarə edirdi, Enki isə suyun hakimi idi. Enki həmçinin Ea və ya Oannes kimi tanınan müdrik idi, dənizdən gələn balıq varlıqlarına rəhbərlik edirdi. Enki balıq quyruğu olan keçi kimi təsvir edilirdi və bu təsvir, Oğlaq bürcünün işarəsinə bənzəyir. Enki və ya İr'in yoldaşı Ninki və ya Damkina idi, onların uşaqları isə Marduk və Nanç idi. Enlil, Bel və ya Bal kimi də tanınırdı və onun himayədar şəhəri Nippur idi, sonrakar o orabı Anunun adından idarə edirdi. Ninlil və ya Ninkarsag yerin hakimi idi. Erkən şumerlər özlərini böyük ana ay tanrıçası Ninkarshaqın südü ilə daim bəslənən kimi təsvir edirdilər. Suriyalılar onu Atarqatis, su pərisi kimi tanıyırdılar. Enlil və Ninlilin oğlu olan müharibə tanrısı Ninurtu, həmçinin Nimrod kimi də tanınırdı və Horus və Osiris kimi Orion ulduz bürcü ilə əlaqələndirilirdi. Burada həmçinin Nana, ay tanrıçası, və Utu, günəş tanrısı, Oqmaş və Şamaş kimi də tanınırdı. Şamash sonradan Kral Hammurapiyə 29 qanunu verən hesab olunur. İnanna və ya İştar Venera ilə əlaqələndirilir və beşguşəli ulduzla simvolizə edilir.

Şəkildə: E.Ə. 2300 aid Şumer lövhəsində, Anunnaklara aid olan İnanna, Utu və Enki tanrıları.

Şumer magiyasının əsasları
Şumerdə magiya həyatın əsasını təşkil edirdi. Şumerlər dörd əsas coğrafi səmtə və dörd ünsürə sitayiş edirdilər. Məhz buna görə də hər hansı bir ritualın əsas atributu mərkəzində qonom, mənsubiyyət simvolu və ya büt olan xaç idi. Şumerlərin qara magiyası dövrümüzdə geniş yayılmış magiya ilə qarışdırmaq olmaz. Qara magiya çoxlarının düşündüyü kimi mütləq pislik deyil, universal və insan ehtiyaclarını və istəklərini təmin etmək üçün nəzərdə tutulmuşdur. Amma insanların özlərinin nə istəməsi tamam başqa sualdır.

Şumer magiya ritualları

Hər bir ritual yalnız bir qaranlıq tanrının iştirakını nəzərdə tuturdu. Yalnız Şumer Yeni ilində bütün on iki cin rituala daxil edilirdi. Yeraltı Dünyanın qüdrətli qüvvələrinin bu festivalında ən güclü hesab olunan magiya ritualında qara öküz qurbanı edilirdi. Öküz səmavi tanrılar arasında müqəddəs heyvan sayılırdı. O, tanrıça Annlura tərəfindən himayə olunan Müqəddəs İnək kultuna mənsub idi. Buna görə də, Qaranlıq tərəfin qurbanı və sakitləşməsindən sonra kahinlər Annlura məbədinə bəxşişlər gətirərək ondan bağışlanmalarını xahiş edirdilər.

Qara Şumer magiyasının atributları elə də müxtəlif deyil. Bəzi əşyalar qurban kəsilmiş öküzdən hazırlanır. Məsələn, ritual şeypuru öküzün sol buynuzundan, ritual nağarası isə öküz dərisindən hazırlanırdı.

Şumerlərin magiya ritualları üç qrupa bölünür: xidmət, dəfn, təmizlənmə və müqəddəsləşdirmə. Bütün rituallar ritualı yerinə yetirən ustanın konsentrasiyasına, düşüncələrinin gücünə əsaslanırdı.

Şumer maqları bütün rituallarda küknar və sərv kimi müxtəlif buxurdan istifadə edirdilər. Qurban şərabı deyilən şey də bütün ayinlərdə iştirak edirdi. Bu qırmızı şərab üç gün paklaşdırılırdı. Un və qaymaqdan müxtəlif ritual kuklaları hazırlamaq üçün istifadə olunurdu ki, bu da şumer magiyasını vudu dininə yaxınlaşdırır.

Şumer ritualları çox mürəkkəb bir quruluşa malikdir. Maqın yerinə yetirdiyi hərəkətlərin sırasını nəzərdən keçirək.

Birincisi, maq bütün lazımi atributları öz yerlərində yerləşdirir, sonra dörd əsas səmtə baş əyir. Sonra buynuzu müqəddəs qurbanlıq şərabla doldurur və ətirli yağla müqəddəs məsh edir. Sonra ustad tanrının bütü və ya onun Qonomunu xaçın tələb olunan tərəfinə qoyur, sol əlinin şəhadət barmağından ritual buynuza dörd damcı qandan qurbanlıq axıdır. Maq dörd qurtum içdikdən sonra qalan şərabı xaçın dörd tərəfinə səpir və özünü onun ortasına qoyur.

Bu hazırlıq mərhələsindən sonra qurban kəsmə anı gəlir. Qurban hər şey ola bilər. Bu qurban kəsilən tanrıdan asılıdır. Heyvanı bağlayıb dörd dəfə ritual dirəklə vururdular, yaralardan axan qanı bütə və onun ətrafındakı torpaqlara yuyardılar. Əgər tanrı qurban tələb etmirdisə (bu son dərəcə nadir hallarda olurdu), onda hər cür yemək və çiçəklər torpağa basdırılırdı. Ayin başa çatdıqdan sonra, maq mütləq dəstəmaz alır və gecənin qalan hissəsini açıq havada keçirir ki, ayində iştirak edən tanrının onun üçün göndərdiyi enerjini bədəni qəbul etsin.

Şumerlərdə çoxlu müxtəlif tanrılar və cinlər var idi. Əsas olanlar bunlardır:

Anunnaki - yeraltı dünyada yaşayan dörd cin;

od tanrısı İşum;

xəstəliklər və lənətlər göndərən iblis Asakku;

Balbeiro yeraltı dünyanın ən yaşlı iblisidir;

dostları ayıran və düşmənçilik toxumu səpən iblis Labasu;

magiya və elmin hamisi olan, yeraltı dünyanın kralı Nabu və s.

Qədim şumerlərin Qaranlıq qüvvələrə açıq bir meyli var idi.

Xristian inancı müəyyən dərəcədə bu vəziyyətin əks-sədasıdır. Məbədlər Məsihin adı ilə tikilir, lakin demək olar ki, hər kəs yalnız Qaranlıq tərəfin verə biləcəyini istəyir: güc, pul, cinayətkarın cəzası və s.

Şumer kahinləri hipnozu mükəmməl bilirdilər. Onlar ondan təkcə rituallar üçün deyil, həm də xəstələri müalicə etmək üçün istifadə edirdilər, bunu aşkar olunan abidələrdəki fraqmentlər sübut edir. Şumer kahinləri də hipnozun üç mərhələsini bilirdilər: yüngül, orta və dərin. Bu gün biz hipnozun bu üç dərəcəsini eyni şəkildə ayırırıq.